Çində dünyanın nəzarətdə saxlanılan ən yaşlı pandası ölüb

Basi sniffs a birthday cake prepared by her keepers at Fuzhou Panda World Fotonun müəllifi AFP
Image caption Bu ilin yanvar ayında Basi pandanın 37 yaşı qeyd olunub.

Çində dünyanın nəzarətdə saxlanılan ən yaşlı nəhəng pandası ölüb. Bu barədə Çinin Fuzhou şəhərində Basi adlı pandanın saxlandığı Nəhəng Panda Tədqiqat və Mübadilə Mərkəzinin rəsmi məlumatında bildirilib.

37 yaşında olan Basi panda mərkəzdə olan bütün pandalardan daha çox yaşayıb.

İnsan həyatı və yaşı ekvivalentində Basinin yaşı 100-dən yuxarı olub.

Nəhəng pandalar Çinin rəmzi sayılır və ciddi sürətdə mühafizə olunurlar.

Uzun illər ərzində qorunduqdan sonra pandaların tükənmək təhlükəsi artıq sovuşub.

Ölən pandaya Basi adı onun tapıldığı dərənin adına görə verilmişdi.

Basi, pandalar üçün ayrılmış mərkəzdə 4-5 yaşından yaşayıb.

Çin dövlət televiziyası cümə axşamı günü Basi pandanın xatirəsinə keçirilmiş mərasimdən canlı yayım verilişi təşkil edib.

Fuzhou Panda Mərkəzini təmsil edən rəsminin sözlərinə görə, 1990-cı ildə Asiya Oyunları üçün talisman yaradan müəllifləri ilhamlandıran, onlara nümunə olan məhz Basi panda olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş