Rohinca böhranı: Myanmada mühafizəkar buddist rahiblərlə görüş

Photo of monks with Ma Ba Tha in a BBC interview
Image caption BBC rahiblərlə onların monastırında görüşüb.

Ma Ba Tha rahibləri beynəlxalq mediaya dərin şübhə ilə yanaşır.

Mandalay şəhərində Ashin Wirathu kameramızdan yayınmaq üçün biz ona yaxınlaşanda çətirini açdı.

Jurnalistlərə qarşı düşmənçilik, sərt xətt yürüdən millətçi hərəkatların ümumi cəhətidir.

Ma Ba Tha rahiblərinin baxışı yalnız bir tezisə əsaslanır - buddistlər qeyzlənmiş İslam qurbanlarıdır.

Aung San Suu Kyi höküməti bu qurumu qadağan edəndən 6 ay sonra, onlar hələ də şovinist məqsədlərini fəal şəkildə təbliğ edir.

Mandalay-da Kim Win Min Gyi monastırında 8 rahiblə görüşmək imkanımız oldu.

Eaindar Sakka Biwintha adlı rahibin sözlərinə görə, qanuna tabe olan müsəlman sakinlərlə problem yoxdur.

Banqladeşə 370 min Rohinca müsəlmanının qaçmasına səbəb olmuş Myanmada rohincalara qarşı basqını rahiblər buddist torpaqlarında İslam işğalı əleyhinə mübarizə sayır.

Fotonun müəllifi Reuters
Image caption Aung San Su Ky. Rohinca böhranına görə beynəlxalq qınağa məruz qalır.

Hökümətin qərarı ilə Ma Ba Tha, düşmənçiliyi qızışdıran çıxışlara görə iyul ayında buraxılmalı idi.

Rahib, qaçqın rohincaları "Benqal" adlandırır, rohincalar bu sözü özlərinə təhqir sayır.

Mən bu təşkilatın, Rakxayn böhranı ilə bağlı Aung San Suu Kyi-nin mövgeyini necə qiymətləndirməsilə maraqlandım.

"Aung San Su Kyi, Benqal məsələsində düzgün mövge tutur və düz sözlər söyləyir", - o dedi.

"Mən onu alqışlayıram. Tutduğu mövgeyinə görə bəzi insanlar onu tənqid edir, Facebook-da təhqir edir, barəsində yalan yayırlar. Ölkə rəhbərini təhqir etmək iyrənc bir işdir".

Əhalinin əksəriyyəti, rohincalara nə rəğbət bəsləyir, nə də dəstək göstərir.

Aung Suu Kyi-nin baçılıq etdiyi partiyanın təhlükəsizlik üzrə sözçüsü Myint Aung Mo hesab edir ki, Raxində gerçək qurbanlar buddistlər olub.

"Bizim Rakxayn ştatımız terrorçuların hücumuna məruz qalıb. Müsəlmanlardan xəbərim yoxdur. Mən ançaq bizim etnik buddistlərə görə narahatam".

Bu sözləri deyən, universal insan hüquqlarına sadiqliyini bildirmiş partiyanın təmsilçisidir.

Aung San Suu Kyi rohincalara qarşı basqını pisləsə və ya hətta ordunu təmkinliyə çağırsa, onu burada yalnız bir neçə nəfər dəstəkləyəcək.

Ordu bunu yaxşı bilir və bəzi yüksəkvəzifəli fiqurlar onun beynəlxalq arenada bu cür təcrid olunmasından məmnundur.

Rakxayn ştatında insan haqları və humanitar durum baxımından bir fəlakət baş verməkdədir.

İndiki böhran, uzağı, bir neçə həftəyə seyrəlib sovuşacaq.

Lakin bu böhran zamanı özünü aşkar etmiş, hərbi hakimiyyət və buddizm millətçiliyi ilə bağlı problemlər, bu ölkənin gələcəyi üçün narahatedici suallar yaradan amil kimi qalmaqdadır.

Əlaqəli mövzular

Bu barədə daha geniş