Körfəz böhranı: Qətər öz iqtisadiyyatını dəstəkləmək üçün 38 milyard dollar xərcləyib

Katar borsası 100 günde yüzde 15 değer kaybetti Fotonun müəllifi AFP
Image caption Qətər birjası 100 gün ərzində 15 faiz dəyər itirib

Beynəlxalq kredit reytinq şirkəti Moody's Qətərin, Ərəb ölkələri ilə gərginlik fonunda son iki ayda iqtisadiyyatını dəstəkləmək üçün 38,5 milyard dollar xərclədiyini bildirib.

Moody's-ə görə, bu ümumi daxili məhsulun 23 faizini təşkil edir.

Şirkətin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn tərəfindən qoyulan məhdudiyyətlərdən ən çox təsirlənən turizm, bank və ticarət sektorları olub.

Şirkət ehtimal edir ki, Qətər banklarından təxminən 30 milyon dollar xərclənib.

2017-ci ilin ortasında Qətərlə qonşu olan ölkələr, "terrorizmə dəstək vermək" səbəbi ilə onunla əlaqələrini kəsib.

Qətər, radikal dəstələrə yardım etməsinə dair iddiaları rədd edib və böhranın siyasi səbəblərdən qaldırıldığını bildirib.

Səudiyyə Ərəbistanı başda olmaqla, Ərəb ölkələri 5 iyun tarixində Qətərlə olan əlaqələrini kəsib.

Qətərin quru ilə olan tək sərhəd qapısı bağlanıb, Qətər bayraqlı gəmilərin bəzi limanlara yaxınlaşması qadağan edilib və bölgədəki uçuş sahəsinin böyük hissəsi Qətər təyyarələrinə və Qətərdən və ya Qətərə uçan təyyarələrə qadağan edilib.

Qətər birjası 100 gün ərzində 15 faiz dəyər itirib.

Şirkət xəbərdarlıq edir ki, diplomatik böhran bütün Körfəz ölkələrində qeyri-müəyyənlik yaradıb və bu, böhrana daxil olan bütün ölkələrin kredit perspektivinə təsir göstərə bilər.

Körfəz ölkələri arasında olan diplomatik qalmaqalın böyüklüyü misilsiz səviyyədədir, belə ki, bu da Körfəz Əməkdaşlıq Şurası ölkələrindəki iqtisadi, maliyyə və sosial təsirlər barəsində qeyri-müəyyənliyi artırır", - Moody's şirkətinin sədr müavini Steffen Dyck bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş