Banqladeş: Rohincalar qaçqın düşərgələrində qalmalıdır

Qaçqınlar

Şəklin mənbəyi, AFP

Banqladeş hakimiyyəti Myanmadan gələn rohinca qaçqınlarına qarşı hərəkət məhdudiyyəti tətbiq etməyə başlayıb.

Banqladeşdə sığınacaq tapan rohincaların sayı 400 minə yaxındır.

Onların çoxu qonşu ölkəyə avqust ayında gəlib.

Yeni qaydalara görə rohinca qaçqınlarına xüsusi düşərgələrdən kənara çıxmaq qadağan olunur.

Videonun alt yazısı,

Rohinca müsəlmanları kimdir?

Banqladeş həmçinin Koks-Bazar şəhəri yaxınlığında 400 min nəfərlik yeni qaçqın düşərgəsinin inşasına başladığını elan edib.

Ekspertlərə görə rohincaların qaytarılmasına ümid bəsləyən Banqladeş onların yerli əhaliyə qarışmasını istəmir.

Müsəlman rohincalar ordu və buddistlər tərəfindən təqiblərə məruz qaldığını deyirlər. Həftənin əvvəlində BMT bildirib ki, Myanmada həyata keçirilən təqiblər "etnik təmizləmə" təşkil edə bilər.

Myanma bu iddiaları rədd edib və bildirir ki, ordu rohinca "terrorçularına" qarşı döyüşür.