London metro hücumu ilə bağlı ikinci şübhəli saxlanılıb

A forensic officer enters a property on Cavendish Road during a raid in connection with the terror attack at Parsons Green station Fotonun müəllifi Getty Images
Image caption Surrey qraflığındaki evdə axtarış aparılır

Cümə günü London metrosunda törədilən hücumla əlaqədar ikinci şəxs saxlanılıb, polis bildirib.

21 yaşlı kişi, şənbə günü gecə saatlarında qərbi Londonun Hounslow rayonunda terrorçuluqda şübhəli qismində saxlanılıb.

Bundan əvvəl, Parsons Green stansiyasında baş vermiş və 30 nəfərin xəsarəti ilə nəticələnən hücumu törətməkdə şübhəli bilinən 18 yaşlı kişi Britaniyanın cənub-şərqindəki Dover dəniz limanı rayonunda saxlanılıb.

Təhlükəsizlik orqanları ölkədə terror hücumu təhlükəsinin ən yüksək səviyyəyə qalxdığını deyiblər.

Polis Surrey qraflığında yerləşən Sunbury-on-Thames şəhərindəki evlərdən birində axtarışa davam edirlər.

Saxlanılan 18 yaşlının bu evdə yaşadığı deyilir.

Evin sahibləri, qaçqınlar daxil olmaqla yüzlərlə uşaqlara hamilik etmiş yaşlı cütlükdür.

Uşaqlara göstərdikləri xidmətə görə 88 yaşlı Ronald Jones and 71 yaşlı Penelope Jones 2010-cu ildə Kraliça II-ci Elizabeth tərəfindən Britaniya İmperiyasının Ordeni (MBE) ilə mükafatlandırılıblar.

Polis reydindən sonra, cütlüyün dostlarının evində qaldıqları deyilir. Reyd zamanı ətrafdaki evlər də təxliyə edilib.

Onların dostu, Alison Griffiths hazırda cütlüklə bir 18 və bir 22 yaşlının qaldığını deyib.

O, xanım və cənab Jones-un "cəmiyyətin möhkəm sütunları" olduqlarını və "çox adamın görmədiyi işi" gördüklərini vurğulayıb.

Fotonun müəllifi PA
Image caption Ronald və Penelope Jones 2010-cu ildə Kraliça II-ci Elizabeth tərəfindən Britaniya İmperiyasının Ordeni (MBE) ilə mükafatlandırılıblar
Fotonun müəllifi PA
Image caption Son 40 il ərzində Ronald və Penelope Jones yüzlərlə uşaqlara hamilik ediblər

Polis reydindən sonra, cütlüyün dostlarının evində qaldıqları deyilir. Reyd zamanı ətrafdaki evlər də təxliyə edilib.

Onların dostu, Alison Griffiths hazırda cütlüklə bir 18 və bir 22 yaşlının qaldığını deyib.

O, xanım və cənab Jones-un "cəmiyyətin möhkəm sütunları" olduqlarını və "çox adamın görmədiyi işi" gördüklərini vurğulayıb.

Fotonun müəllifi Reuters
Image caption Sunbury-on-Thames şəhərindəki evdə axtarış davam edir

Bu barədə daha geniş