Rumıniyada onlarla qurbanı olan qasırğa Ukraynaya doğru hərəkət edir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Qasırğa ağacları yıxıb və evlərin damını uçurub

Rumıniyada sürəti saatda 100 kilometr təşkil edən qasırğa 8 nəfərin həlak olmasına və azı 67 nəfərin yaralanmasına səbəb olub.

Qasırğanın qurbanları əsasən Timisoara şəhərində və onun ətrafında yaşayan sakinlərdir.

Rumıniyanın üçüncü ən böyük şəhəri olan Timisoara ölkənin qərbində yerləşir. Burada qasırğa ağacları yıxıb və evlərin damını uçurub. Bir çox elektrik xəttlərinə və su təchizatı kanallarına ziyan dəyib.

"Bizə qasırğa barədə xəbərdarlıq edilməyib. Hava proqnozunda yalnız yağışın yağacağı barədə məlumat verilib ", - deyə Timisoaranın meri Nicolae Roby Rumıniyanın Digi 24 kanalına müsahibəsində bildirib.

Ölkənin fövqəladə hallar xidməti sakinlərdən küçəyə çıxmamağı xahiş edib.

Sinoptiklərin məlumatına görə, qasırğa hazırda Ukraynaya doğru hərəkət edir.