Snapchat Səudiyyə Ərəbistanında Al Jazeera-ya çıxışı bloklayıb

Saudi Women with smartphones Fotonun müəllifi Getty Images

Snapchat sosial media platforması Səudiyyə Ərəbistanı ərazisində Al Jazeera-ya çıxışı bloklayıb.

Snapchat deyib ki, bu barədə xahiş Səudiyyə rəsmilərindən gəlib.

Səudiyyə Ərəbistanı rəsmiləri, Al Jazeera-ya məxsus Discover Publisher Channel-in yerli qanunları pozduğunu bildirərək onun bağlanmasını istəyiblər.

Qətər ilə Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və BƏƏ arasında gərginlik davam etməkdədir.

Dörd ölkə bu ilin əvvəlində Qətəri, terrorçuluğu dəstəkləməkdə ittiham edərək onunla əlaqələri kəsmişdi.

Səudiyyə Ərəbistanı, insan haqları qrupları və media azadlığı müdafiəçilərinin fikrincə, dünyada ən yüksək dərəcədə məhdudlaşdırılmış media mühitlərindən birinə malikdir.

Lakin Səudiyyənin Al Jazeera-ya qarşı xüsusi qərəzi də var - bir ara Ər-Riyad Qətər hökümətindən hətta kanalın tamam bağlanmasını da tələb edirdi.

Bu tələb ölkəyə qarşı sanksiyaların qaldırılmasının 13 şərtindən biri idi.

Sonradan, Səudiyyə həmin tələbini geri götürümüşdü.

Səudiyyə, Yaxın Şərqdə ən iri sosial media bazarlarından birinə malikdir, buna səbəb ölkədə smartfon istifadəçiləri sayının yüksək olmasıdır.

Nəticədə, ABŞ şirkətləri, misal üçün Snapchat-ın sahibi olan Snap Inc, çətin vəziyyətə düşür, çünki yerli qanunlar digər bazarlarla müqayisədə xeyli məhdudlaşdırıcıdır.

"Biz fəaliyyət göstərdiyimiz ölkələrin yerli qanunlarına uyğunlaşmağa çalışırıq", - Snapchat-ın sözçüsü bəyanatında qeyd deyib.

Bu barədə daha geniş