Şəkillər: Emmy-2017 müsabiqəsinin qalibləri

Ən yaxşı teleseriallar və şou ulduzları Los Angeles-də keçirilən Emmy-2017 mükafatının təqdimetmə mərasimində maksimal dərəcədə dəbdəbəli görünməyə çalışıblar.

Риз Уизерспун Fotonun müəllifi Getty Images

Reese Witherspoon "Böyük xırda yalan" serialında baş rollardan birini ifa edib. Bu film beş Emmy mükafatına layiq görülüb. "Ən yaxşı aktrisa" nominasiyasında Reese, həmkarı Nicole Kidman-ı geridə qoyub.

Николь Кидман Fotonun müəllifi Getty Images

Kinoaktrisa kimi ad-san qazanan Nicole Kidman indi teleaktrisa kimi də öz gücünü sınamaqdadır.

Зои Кравиц Fotonun müəllifi Getty Images

Musiqiçi Lenny Kravitz-in qızı Zoe Kravitz də "Böyük xırda yalan" serialında çəkilib.

Дональд Гловер Fotonun müəllifi Getty Images

Aktyor və rejissor Donald Glover iki nominasiyada qalib gəlib. "Komediya serialının ən yaxşı rejissoru" nominasiyasında Donald Glover qalib gələn ilk afroamerikalıdır.

Ру Пол Fotonun müəllifi Getty Images

RuPaul-un Drag Race televiziya proqramı (şəkildə aparıcı Michelle Visage ilə çəkilib) ən yaxşı reality proqramı nominasiyasına təqdim olunmuşdu, lakin qalib çıxmış NBC kanalının The Voice proqramından geridə qalıb.

Лена Уэйт Fotonun müəllifi Getty Images

Lena Waithe ən yaxşı komediya ssenarisi nominasiyasında qalib gəlmiş ilk afroamerikalı kimi, Emmy mərasimlərinin tarixinə düşüb. O, "Hər şeyi bacaran usta" serialında epizodlardan birinin ssenarisinə görə bu mükafata layiq görülüb. Özünün qeyd etdiyi kimi, həmin ssenarinin ideyasını o, öz şəxsi həyatından götürüb.

Ной Шапп Fotonun müəllifi Getty Images

"Çox qəribə işlər" serialının aktyoru Noah Schapp-ın 12 yaşı var. Bu dəfə onun iştirak etdiyi şou heç bir mükafata layiq görülməyib.

Эван Рейчел Вуд Fotonun müəllifi Getty Images

Fantastika mövzusunda çəkilən serialın ulduzu Evan Rachel Wood-un namizədliyi "Dramatik serialın ən yaxşı aktrisası" nominasiyasında irəli sürülmüşdü, lakin "Xadimənin hekayəsi" filmində baş rolu ifa etmiş Elisabeth Moss onu geridə qoydu.

Клэр Фой Fotonun müəllifi EPA

Britaniya aktrisası Claire Foy da "Tac" serialında ifa etdiyi kraliça Elizabet roluna görə "Dramatik serialın ən yaxşı aktrisası" nominasiyasında mükafat uğrunda yarışanlar sırasında idi.

Милли Бобби Браун Fotonun müəllifi EPA

"Çox qəribə işlər" serialında çəkilən aktrisa Millie Bobby Brown "Dramatik serialın ən yaxşı ikinci plan aktrisası" nominasiyasında yarışsa da, qalib gələ bilməyib.

Алек Болдуин Fotonun müəllifi EPA

Alec Baldwin, Saturday Night Live komediya şousundakı işinə görə ən yaxşı ikinci plan aktyoru nominasiyasında qalib gəlib. Həmin tamaşada o, ABŞ prezidenti Donald Trump-ı təqlid edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş