Cenevrə: 500 avroluq əskinazların unitaza atılması səbəbləri araşdırılır

A toilet and then the 500 euro notes on a collage side by side Fotonun müəllifi PA/GETTY
Image caption 500 avroluq əskinazların unitazlara atılmasının səbəbləri araşdırılır.

İsveçrə prokurorları on minlərlə avro dəyərində əskinazların tualet unitazlarına atılmasının səbəbini araşdırır.

500 avro (600 dollar, 1011 manat) dəyərində olan əskinazlar kəsilmiş halda UBS bankının filialı və yaxınlıqda yerləşən üç restoranın tualetlərində tapılıb.

Əskinazların unitazlara atılması nəticəsində tutulmuş boruların təmizlənməsinə minlərlə frank dəyərində pul xərclənib.

Güman edildiyinə görə, yüksək nominalı olan avro əskinazları qeyri-qanuni fəaliyyəti asanlaşdıra bilər.

Bu səbəbdən həmin əskinazların 2018-ci ildə dövriyyədən çıxarılması nəzərdə tutulur.

Qeyd edilən banknotlar hüquqi baxımdam pul vəsaiti sayılsa da, Avropa Mərkəzi Bankı onların çapını dayandırıb, Avropa Komissiyası xətti ilə həmin əskinazların istifadəsi ilə bağlı araşdırılma aparılır.

Pul əskinazını məhv etmək İsveçrədə cinayət sayılmır, lakin yerli prokurorlar məsələnin araşdırıldığını təsdiqləyib.

"Əskinazların mənşəyi və cinayətdə istifadə edilib-edilmədiyini müəyyən etməyə çalışırıq", - Cenevrə prokurorluğundan Vincent Derouand BBC-ə bildirib.

"Aydındır ki, çox təəccüblü bir hadisədir", - prokurorluq rəsmisi bildirib.

Hadisə ilə bağlı dindirilmələrin aparılması barədə yerli mətbuatda dərc olunmuş xəbərləri Vincent Derouand şərh etməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş