"Bitkilərin qorunmasında" nəbatət bağlarının mühüm rolu

Cambridge University Botanic Garden Fotonun müəllifi Cambridge University Botanic Garden
Image caption İngiltərənin Cambridge şəhərində yerləşən nəbatət bağında nadir bitkilərə rast gəlmək mümkündür.

Dünyanın nəbatət bağlarında elmə məlum olan bitkilərin üçdə biri toplanıb. Bu bağlar yoxa çıxmaq təhlükəsi həddinə çatan bitkilərin 40 faizini qorumağa imkan verib.

Alimlərin bildirdiyinə görə, yer üzündəki bitkilərin beşdə biri yox olmaq təhlükəsi altındadır, nəbatət bağlarında nadir bitkilərin becərilməsi isə onların qorunub saxlanmasında həlledici rol oynayır.

Nəbatət bağlarında toplanmış bitkilərin öyrənilməsi nəticəsində 100,000-dən artıq növ qeydə alınıb.

Bəzi nadir bitkilərin qorunması üçün səy göstərilməsi tələb olunur, alimlər deyib.

Tropik bitkilər, bitki növlərinə aid kadastrda tam miqyasda təmsil olunmayıb.

Misal üçün, mamır kimi bir primitiv bitkilər ekzotik sayılan səhləb və zanbaqlardan daha az sayda təmsil olunub.

"Nəbatət bağlarında bitki növü müxtəlifliyinin valehedici dərəcədə çoxsaylı olduğunu təsdiq edən bitki və toxum bankları toplanıb", - Beynəlxalq Nəbatət Bağları Qoruğu adlı xeyriyyə fondunun baş katibi doktor Paul Smith deyib.

Fotonun müəllifi Botanic Gardens Conservation International
Image caption Peridiniya Nəbatət Bağı, Şri Lanka: Tropik bitkilər müvafiq kadastrda tam miqyasda təmsil olunmayıb.

Hər il 500 milyona yaxın insan nəbatət bağlarını ziyarət edir.

Həmin bağlar populyar gəzinti və asudə vaxt keçirmək yerləri olmaqla yanaşı, eyni zamanda maarifləndirmə və təhsil bazası, mühüm tədqiqatların aparıldığı və konservasiya işlərinin görüldüyü meydança kimi də mühüm əhəmiyyətə malikdir.

Nature Plants jurnalında dərc olunmuş elmi məqalədə, dünya boyu 1,000-dən artıq nəbatət bağı və kolleksiyalarda boşluqların aşkar olunduğu qeyd olunub.

Nəbatət bağlarının çoxu Şimali Hemisphere-də yerləşir.

Soyuq hava şəraitinə görə bitkilərin çoxu bu ərazidə istixanalarda saxlanılır.

Tropik bitkilərin becərilməsi üçün isə ən uyğunu onların vətənindəki olan şəraitdir.

Cənubi Hemisphere-də belə şəraiti olan yerlərin sayı çox azdır.

Qlobal kolleksiyaların yalnız 10%-i təhlükə altında olan növlərə aiddir.

Bu isə, həmin bitki növlərinin qorunub saxlanması üçün nəbatət bağların potensialından daha səmərəli istifadə olunması məsələsini aktuallaşdırır.

Fotonun müəllifi Botanic Gardens Conservation International
Image caption Sinqapurun sahil xətti boyu bağlar

Doktor Samuel Brockington Cambridge Universitetində nəbatət bağına kuratorluq edir və eyni zamanda tədqiqat aparmış elmi qrupun üzvüdür.

Onun təbirincə, dünyanın ən nadir və yoxaçıxma təhlükəsi altında olan bitkilərin qorunub saxlanılması ümidləri, ilk növbədə, məhz nəbatət bağları ilə bağlıdır.

"Hazırda, bitki müxtəlifliyinin beşdə biri təhlükə altındadır. O və ya bu bitki növünün qorunub saxlanmasını mümkünsüz edən heç bir texniki əngəl yoxdur, - Samuel Brockington deyib, - Planetimizin bitki müxtəlifliyini qoruya bilməsək, bəşəriyyət ərzaq və yanacaq təhlükəsizliyi, ətraf mühitin deqradasiyası və iqlim dəyişikliyi kimi qlobal problemlərlə üzləşməli olacaq".

Əlaqəli mövzular

Bu barədə daha geniş