Səudiyyə Ərəbistanı "daha əvvəlki kimi olmayacaq"

Saudi women Fotonun müəllifi Reuters

Səudiyyə Ərəbistanı kralı Salman ilk dəfədir ki, qadınlara avtomobil sürməyə icazə verən qərar çıxarıb, dövlət mediası deyir.

Nazirliklər 30 gün ərzində hesabat hazırlayacaq və qərar 2018-ci ilin iyun ayına qədər həyata keçiriləcək.

Səudiyyə Ərəbistanı qadınların sürücülük etməsini qadağan edən yeganə ölkədir.

Mövcud sistemə görə, yalnız kişilərə sürücülük lisenziyası verilir və əgər qadınlar sürərsə, ictimai təhlükə adı altında ya həbs oluna, ya da cərimələnə bilərlər.

Bu səbəbdən bir çox ailə qadınların daşınması üçün xüsusi sürücülərdən istifadə etmək məcburiyyətində qalır.

Krallıqdakı hüquq müdafiəçiləri, bir neçə ildir ki, qadınların sürücülük etməsinə icazə verilməsi üçün kampaniya aparırdı və onlardan bəziləri bu qaydanı pozduğu üçün həbs olunub.

"Kral fərmanı yol hərəkəti qaydalarını, o cümlədən kişilər və qadınlar üçün sürücülük lisenziyalarının verilməsini də tətbiq edəcək", Səudiyyə mətbuat agentliyi (SPA) bildirib.

Qərara nə reaksiya olub?

ABŞ dövlət departamenti qərarı müsbət qarşılayaraq "doğru istiqamətdə əla bir addım" adlandırıb.

BMT-nin Baş katibi Antonio Guterres də bənzər bir ifadə ilə qərara Twitter-də öz reaksiyasını verdib.

Women2drive kampaniyasının təşkilatçısı və qanunsuz olduğu zaman maşın sürdüyü üçün həbs edilən Manal əl-Şərif isə Twitter-də Səudiyyə Ərəbistanı "daha əvvəlki kimi olmayacaq" deyib.

Lakin hər kəs qərarı müsbət reaksiya ilə qarşılamayıb. Mühafizəkar dairələr hökuməti "şəriətin sözlərini əyməkdə" təqsirləndiriblər.

Qərardan sonra sosial şəbəkələrdə "Mən özümün mühafizəçisiyəm" və "səudiyyəli qadınlar sürə bilər" həştəqləri populyarlaşıb. Amma eyni zamanda "mənim evimin qadınları sürməyəcək" həştəqinin istifadəsidə də kəskin şəkildə artıb.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Səudiyyə qadınları bu yaxınlarda ilk dəfə olaraq bayram etmək üçün King Fahd Stadionuna buraxılıb

Təhlil: Səudiyyə cəmiyyəti üçün kütləvi dəyişiklik

Frank Gardner, BBC təhlükəsizlik müxbiri

Bu fərman Səudiyyə Ərəbistanı üçün önəmlidir. Çox yaxşı təhsil almış və iddialı olan Səudiyyə qadınları onilliklərdir ki, öz ölkələrinin iqtisadiyyatına tam şəkildə qoşulmaq şanslarını gözləyirdilər.

Onların ailələri cənub və cənub-şərq Asiya ölkələrindən gətirilən sürücüləri işə götürmək, onları evlə təmin etmək, dolandırmaq və sığortalamaq kimi işlər üçün büdcələrini sıxırdılar. Hazırda təxminən 800 min xarici Səudiyyə qadınlarınına sürücülük edir.

Vəziyyətin bu qədər uzun müddətdə eyni qalmasına səbəb "onlar sürmək üçün çox axmaqdır" və ya "bu cinslərə qarşı dözülməz birləşməyə gətirib çıxaracaq" kimi fikirlər söyləyən dindar mühafizəkarlar olub.

Buna baxmayaraq, bu fərman Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Mohammed bin Salman tərəfindən irəli sürülən "Vision 2030" adlı proqrama uyğun olaraq, Səudiyyə cəmiyyətini modernləşdirmək və dünya ilə daha çox bir araya gətirmək məqsədi daşıyır.

Bu barədə daha geniş