Madrid və Barselona: Kataloniyadakı referenduma iki baxış

Жительница Барселоны не скрывает ликования; мужчина в Мадриде призывает к единству Fotonun müəllifi AFP/Getty
Image caption Barselona sakini sevincini gizlətmir, Madriddəki kişi isə birliyə çağırır

Kataloniyada bazar günü keçirilən müstəqillik referendumuna əks baxışları olan Madrid və Barelona kimi iki şəhər tapmaq çox çətindir.

Barselona sakinləri İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qeyr-qanuni qəbul edilən və Madrid tərəfindən qadağan olunan müstəqillik referendumunda iştirak etmək üçün seçki məntəqələrinə gəliblər.

BBC müxbirləri bazar günü bu iki şəhərdə referendumun gedişatını müşahidə ediblər.

Barselonadan baxış - Pierce Schofield

İspaniyanın baş naziri Mariano Rajoy bazar günü axşam xalqa müraciət edərkən kataloniyalıların onu başqa dünyada yaşadığı qənaətinə gəlmələrini anlamaq olar. "Biz dünya üçün nümunə olduq",-deyə baş nazir bildirib.

Necə nümunə olmaları isə mübahisəli məsələdir.

"Onlar dəlidirlər, sadəcə dəli", - 21 yaşlı Meritxell Ros Barselona ətrafında xüsusi təyinatlı polis dəstələri ilə baş verən insidentdən sonra atasının çiynindəki yaraları və göyərmələri göstərərək bizə deyib. Milli polis dəstələri bülletenlər olan qutuluları müsadirə etməyə cəhd etmək üçün seçki məntəqələrinə gəlmişdilər.

Yüzlərlə insan xalqın gücünü nümayiş etdirərək rezin güllələr altında dəyənəklərlə edilən hücumlara baxmayaraq polisi geri çəkilməyə məcbur ediblər. Bu gözlənilməz zorakılıqla dolu olan günün unudulmaz bir anı idi.

Amma hər şey sakitliklə başlamışdı. Yüzlərlə kataloniyalı seçki məntəqəsini polisin mümkün hücumlarından qorumaq üçün öz çətirləri ilə leysan yağış altında səhər tezdən Barselonanın mərkəzindəki Garcia rayonundakı məktəbin qarşısına toplaşmışdılar. Danile Sanchez bura gecə 1-də gəldiyini söylədi.

"Babam mənimlə qürur hissi keçirdərdi" deyir və indiki İspaniya hökuməti ilə Franco dövrü arasında paralellər barədə danışmağa başladı. O, bu bənzərliyi dilə gətirən yeganə insan deyil idi.

Bu məktəbə səhər sübhdən iki mossos - Kataloniya polisi (Mossos d'Esquadra -Kataloniya polisi) gəlib. Girişin qarşında sakit böyük izdihamı görən polislər oranı tərk etmək qərarını verdilər. Məntəqədən uzaqlaşarkən izdiham onları alqışlayıb "Votarem!" - "Biz səs verəciyik!" şuarını səsləndiriblər.

Lakin tezliklə sosial şəbəkələrdə İspaniya Mülki Qvardiyasının(Guardia Civil) rəsmi Madridin göstərişinə əməl edərək seçki məntəqələrinə daxil olduqları və oradan insanları zorla çıxartdıqlarını əks etdirən fotolar paylaşılıb.

Girona-dan olan videoda qadınların yerdə saçlarından sürükləndiyi əks olunub.

Barselonada bir seçki məntəqəsindən şəkildə isə tünd rəngli uniformada olan polislər kişi və qadını pilləkənlərə itələdikləri görünür.

Milli polislə onların kataloniyalı həmkarları arasında ürək açmayan kadrlar paylaşılıb; dəyənəklərlə döyülən yerli yanğınsöndürənlər; Mülki Qvardiya bir məktəbə daxil olarkən yerli Kataloniya polislərini itələnməsi; Kataloniya polisi göz yaşları içində.

Fotonun müəllifi Boris Llona via Twitter

Keçmiş regional lider Artur Mas-la səsvermədən sonra aldığımız müsahibərə, o, burada bir çoxlarının düşündüyünü söyləyib: "Hər yerdə öz səsini vermək istəyən dinc sakinlər var və insanların səsvermədə iştirak etməsinin qarşısını almaq istəyən qəddar ispan hökuməti var ".

Kataloniyalıların çoxu referendumun mübahisəli olub-olmamasından asılı olmayaraq onun keçirilməsini istəmirdilər. Lakin bazar günü baş verən bu qəzəb doğuran hadisələr müstəqilliyə olan real tələblərə olan dəstəyi daha da gücləndirəcək.

Madriddən baxış - James Badcock

Kataloniyada zülm kimi qəbul edilən hadisələr Madriddə çoxları tərəfəndən ali qanun və milli birliyin qorunması kimi qəbul olunur.

İspaniya polisi seçki məntəqələrindən insanları çıxaran və seçki qutularını müsadirə edən zaman Madriddəki Plaza Mayor meydanına toplaşan yüzlərlə insan ispan bayraqlarını yelləyərək ölkənin təhlükəsizlik qüvvələrinin şərəfinə "İrəli İspaniya" mahnısını oxuyurdular.

"Biz İspaniyanı qorumalıyıq, çünki biz böyük xalqıq",- referendum əleyhinə bazar günü Madriddə toplaşan təqribən 10 min insanın toplaşdığı izdihamın içindən böyük İspaniya bayrağını yelləyən Roza Maria Gonzales belə deyir.

Fotonun müəllifi Getty Images
Image caption Madriddə bazar günü səhər anti-separat nümayiş keçirilib

Roza Maria Gonzales polisin qəddar davranışlarından nəinki narahat olmadığını, hətta fikrincə İspaniya hökumətinin Kataloniya liderlərinin itaətsizliyinə son qoymaq üçün etdiklərinin hələ çox az olduğunu deyib. "İndi yarımçıq tədbirlər vaxtı deyil. Biz səhiyyə, təhsil və digər xidmətlərdəki bütün səlahiyyətləri Madridə geri qaytarmalıyıq və Kataloniyanı qəpiksiz qoymalıyıq. Bu onlara yaxşı dərs olacaq."

Lakin 32 yaşlı bank işçisi Jorge Capillas deyir ki, artıq İspaniya ilə Kataloniya arasında danışıqlar qaçılmazdır. Lakin bu danışıqlar müstəqillik barədə olmayacaq.

"Biz radikal deyilik. Biz ölkənin vahid olaraq qalmasını istəyən normal ispanlarıq. Biz Kataloniyanı sevirik: mənim xanımım və anam kataloniyalıdır, lakin Kataloniya ittifaqa qoşulan Şotlandiya dövlətinə bənzəmir. Kataloniya həmişə İspaniya olub."

Kataloniya liderləri ilə öz müqəddaratını həll etmək məsələsi barədə danışıqlara hazır olmayan İspaniya baş nazirinin müavini Soraya Saenz de Santamaria səsverməninin nəticələrini gülünc adlandırıb. Bir neçə saat sonra İspaniyanın baş naziri Mariano Rajoy isə referendumun ümumiyyətlə olmadığını bildirib.

Lakin üzümüzə gələn aylarda cəhd edilən səsvermə ilə bağlı son söz Mardiddə olan başqalarına nəsib ola bilər.

İspaniyada ikinci böyük partiya olan Sosilist İşçi Partiyasının (PSOE) lideri Pedro Sanchez öz Twitter hesabında bazar günü "İspaniya demokratiyası üçün kədərli gün idi" yazaraq tərəfləri "sakitliyə və dialoqa" çağırıb.

Sanchez Kataloniyada və Basklar ölkəsində milli tələblərin federal həllini tapmaq üçün İspaniya konstitusiyasında islahlatlar etməyi təklif edib.

PSOE-nin hakimiyyətə gəlməsini üçün əməkdaşlıq qurması lazım olan solçu Podemos partiyası isə qanuni referendumun keçirilməsinin tərəfdarıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş