100 Qadın: Qadınlar şirkətləri daha zəngin edirmi?

woman in suit walking across bridge

Ara-sıra yayılan statistik əsaslı xəbərlər insanın ürəyindən xəbər verir: "şirkət rəhbərliyində qadınların iştirakı daha yaxşı maliyyə göstəricilərinə səbəb olur" kimi başlıqlar.

Şirkətləri bərabərlik və müxtəlifliyə ruhlandırmaq üçün hansı üsullardan istifadə etmək olar?

2010-cu ildə Birləşmiş Krallıqda (BK) yaradılan 30% Klubunun məqsədi, şirkətlərdə idarə heyətinin ən az 30 faizini qadınların təşkil etməsinə ruhlandırmaqdan ibarətdir.

ABŞ-da The Thirty Percent Coalition-un (Otuz Faiz Koalisiyasi) - şirkətlərinin baş icraçı direktorları və rəhbəri olan bir qrup insan tərəfindən - yaradılmasında da məqsəd eynidir.

Əlbəttə ki, gender bərabərliyini müdafiə etmək üçün başqa çoxlu - və daha yaxşı - səbəblər mövcuddur, amma biz bu geniş yayılan iddianın nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq istədik: şirkət rəhbərliyində qadınların sayının çoxluğu şirkətin daha çox pul qazandığının göstəricisidirmi?

Alimlər sadə nəticələrə gəlməyin doğru olmadığını məsləhət bilirlər.



Credit Suisse tərəfindən ötən il dərc olunan bir hesabatda göstərilirdi ki, ən az bir qadın direktoru olan şirkətlər investisiyalarının qarşılığını, yalnız kişilərdən ibarət rəhbərliyi olan şirkətlərə nisbətən, daha yaxşı götürürlər.

Onlar deyirlər ki, idarə heyətinin ən az 15 faizini qadınlar təşkil edən şirkət, rəhbərliyinin yalnız 10 faizi qadınlardan olanlara nisbətən, 50% daha artıq qazanc götürər.

Lakin ABŞ-da yerləşən Northwestern Universitetindən professor Alice Eagly söyləyir ki, araşdırmaların əksəriyyəti korporasiyalar tərəfindən "sadə" qəbul olunur. Belə ki, burada digər dəyişən göstəricilər nəzərə alınmır.

Səbəb və təsir?

Fotonun müəllifi Getty Images
Image caption Bəzi Avropa ölkələri direktorlar şurasında qadınların sayı ilə bağlı kvota tətbiq edir

O izah edir ki, alimlər tərəfindən aparılan ən məharətli analizlər belə, qadın rəhbərlər ilə maliyyə uğuru arasındakı pozitiv əlaqənin kiçik olduğunu göstərir. Amma bu ortalama göstəricidir - bəzi şirkətlərdə bu münasibət neytral və ya neqativ nəticə verib.

Səbəbi sübut etmək isə çox qəlizdir. Şirkətin işlərinin yaxşı getməsinin əsası kimi rəhbərlikdə qadınların sayının çox olub-olmamasıdan və ya bunun başqa faktorlardan asılı olduğunu demək çətindir.

Professor Eagly-ə görə, bu, rəhbərliyində daha çox qadın olan şirkətlərin başqa tərəflərdən fərqli olmasından asılıdır.

Məsələn, mənfəəti müəyyən edən əsas faktorlardan biri şirkətin ölçüsüdür. Böyük şirkətlərin hər səviyyədə daha çox qadın işə götürmək şansı da yüksəkdir.

Daha qabaqcıl şirkətlər, cinsindən asılı olmayaraq bacarıqlı insanlara üstünlük verirlər. Və qazancı çox olan şirkətlər, müxtəlifliyə daha çox önəm verə bilərlər, Eagly deyir.

ABŞ-ın ən böyük şirkətlərinin idarə heyətlərindəki gender tərkibi ilə bağlı bir araşdırmada müəyyənləşib ki, müdirlərinin əksəriyyətinin qadınlardan ibarət olan şirkətlər, daha yüksək nəticələr əldə edirlər. Təəssüf ki, bu yalnız "innovativ" şirkətlər üçün keçərlidir.

'Və bir az qadın əlavə edib qarışdırın'

Ən maraqlısı isə şirkətin işləkliyinə daha pozitiv təsir göstərən qadın rəhbərlərin, qadınların ən çox bərabər hüquqa malik olduğu və daha yaxşı münasibət gördüyü ölkələrdə olmasıdır.


Əvvəlki illərin 100 Qadın mövsümündən:


Görünür ki, uğurlu şirkətlər ilə yüksək vəzifələrində qadınların üstünlük təşkil etdiyi şirkətlər arasında bir əlaqə var, lakin bu, "və bir az qadın əlavə edib qarışdırın" məsələsi deyil, - deyə Harvard Biznes Məktəbindən professor Robin Ely əlavə edir.

Alman, holland və belçikalı tədqiqatçılardan ibarət bir qrupun apardığı digər tədqiqat göstərib ki, "əgər başqa faktorlar nəzərə alınmazsa, korporativ idarə heyətlərində qadınların təmsili, şirkətin maliyyə performansı ilə bağlı deyil". Burada güclü şirkət mədəniyyətinin varlığı mühüm rol oynayır.

Tədqiqatda müəyyənləşib ki, qadınlara qarşı ədavət ruhu ilə zəngin bir otaqda onlar azlıq təşkil edərsə, heç bir pozitiv təsirdən söhbət gedə bilməz və bu müxtəlifliyin bütün başqa növləri üçün də eynidir.

Professor Ely-ə əsasən, müxtəliflik məsələsini nəzərə almadan rəqəmlərə köklənmək də kifayət deyil.

Fotonun müəllifi Getty Images
Image caption ABŞ-da böyük şirkətlərdə direktorlar şurasının 16 faizini qadınlar təşkil edir

Rəhbərlikdə qadınların üstünlük təşkil etməsi, rəhbərliyin uğurlu olduğunun göstəricisi deyil və eləcə də bu, şirkətdə o qadınların sözünün keçdiyi və ya böyük nüfuza sahib olduğunu əks etdirmir, professor Ely vurğulayır. "Lövhədəki nöqtələrin hamısı eyni ola bilməz", o əlavə edir.

Bəzi dəlillər göstərir ki, 12-15 nəfərlik bir idarə heyətin üzvlərindən üçünün qadın olması onların səsinin eşidiləcəyi və təsir bağışlaya biləcəyi deməkdir. Buna görə də 30% qaydası heç də pis səslənmir - sadəcə olaraq, mənfəətin təminatçısı mənasını da daşımır.

Sosial məsuliyyət

Şirkət təşkilatın idarə olunması üzrə professor Corinne Post deyir ki, idarə heyəti üzvlərinin şirkətin ümumi imicinə birbaşa təsiri yoxdur, amma onlar korporativ sosial məsuliyyətə təsir göstərə bilirlər.

O müəyyənləşdirib ki, idarə heyətində qadınlar olan şirkətlərin ekoloji təmizlik və ya xeyriyyə işlərində iştirak etmək meyli beş dəfə daha güclüdür.

Rentabellik çox mürəkkəb mövzudur və şirkətin gəlirində icraçı direktorların bir o qədər də təsiri olmaması ilə bağlı sübutlar mövcuddur.

"İdarə heyətində əgər qadın işçi varsa, - adətən onların sayı bir və üç arasında dəyişir - həqiqətən bu üç insanın cinsinin şirkətə kökündən təsir göstərəcəyini düşünürsünüz?" professor Ely sual edir.

Nortwestern-in professoru Eagly-si isə sualı başqa cür qoyaraq deyir ki, idarəçilikdə bərabər status tətbiq olunmadığı müddətcə qadınların şirkətə kişilərdən daha artıq gəlir gətirdiyini sübut etmək mənasızdır.

"Niyə əhalinin 50 faizi mühüm işlərdən uzaq tutulsun ki? Bu mənfəət yox, sosial ədalət məsələsidir."

Əlaqəli mövzular

Bu barədə daha geniş