#MeToo cinsi zəmində təhqirin miqyasını göstərir

Alyssa Milano Fotonun müəllifi Reuters
Image caption Aktrisa Alyssa Milano cinsi zəmində təhqir və təcavüz qurbanlarını təşəbbüsə qoşulmağa çağırıb.

Cinsi zəmində təhqirə məruz qalan dünya boyu qadın və kişilər bu barədə əhvalatlarını "me too" həştəqi ilə sosial mediada bölüşərək seksual təcavüz hallarının miqyasını göstərir.

Bu təşəbbüs Hollywood prodüseri Harvey Weinstein-ə qarşı zorlama ittihamları irəli sürüldükdən sonra başlayıb.

Aktrisalar Angelina Jolie, Gwyneth Paltrow və Rose McGowanore daxil olmaqla, 20-dən artıq qadın Harvey Weinstein-ə qarşı zorlama və cinsi zəmində təcavüz barədə ittihamlar irəli sürüb.

Həmin ittahmlar irəli sürüldükdən sonra, bir sıra məşhurlar seksual zəmində təcavüz məsələsini qabartmaq üçün sosial mediada cinsi zəmində təhqirlərlə bağlı şəxsi əhvalatlarını bölüşüb.

Bazar günündən başlayaraq #MeToo həştəqi 200,000-dən çox dəfə istifadə olunub.

Bu həştəqdən istifadə edənlərin sayı aktrisa Alyssa Milano-nun çağırışından sonra artıb.

O, seksual təcavüz qurbanlarını önə çıxmağa və istifadəçiləri onlarla həmrəy olmağa çağırıb.

Onun bu çağırışına bir sıra müğənni, aktyor və aktrisalar cavab verib.

Bir çox digər sosial media istifadəçiləri seksual zəmində təcavüzə qaldıqları barədə şəxsi əhvalatları ilə bölüşüblər.

Anonim qalmaq istəyən bir Twitter istifadəçisi yazıb: " 19 yaşım var idi. O, mənə alkoqol içirtdi, sonra dil öpüşü etməyə məcbur etdi və sinəmə toxundu. İçkili olmağımın günahı özümdə idi. #MeToo."

Kişilər və transgender icmasının üzvləri, o cümlədən aktyor və müğənni Javier Munoz da bu təşəbbüsə dəstək bildirib.

"Me too kişiləri və oğlanları da yaddan çıxarmamalıdır. Onların "me too"-su eyni dərəcədə vacibdir və çox vaxt gizli qalır", - Cortney Anne Budney Facebook-da yazıb.

Image caption BBC-dən Rajini Vaidyanathanr #MeToo barədə: "Çox adam paylaşdıqca, bu cür hallarla baırışanlar azalır"

#MeToo həştəqi əsas trend qalmaqla yanaşı bu mövzuda digər həştəqlər də yaradılmaqdadır.

Fransada Twitter istifadəçiləri #balancetonporc və #Womenwhoroar həştəqlərindən istifadə edərək, seksual təcavüz qurbanları ilə həmrəylik və onlara dəstək bildirirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş