ABŞ-ın dəstəklədiyi qüvvələr Raqqaya "nəzarət edir"

SDF döyüşçüsü Fotonun müəllifi Reuters
Image caption Raqqanın alınması barədə rəsmi açıqlama gözlənilir

ABŞ-ın dəstəklədiyi Suriya qüvvələri bildirir ki, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlində olan Raqqa şəhərini nəzarət altına alıblar.

Suriya Demokratik Qüvvələri (SDF) bir vaxtlar ictimai edamlar keçirilən al-Naim meydanını aldığını bəyan edib.

Raqqa şəhəri İD-nin qeyri-rəsmi paytaxtı sayılıb.

BBC müxbirinə əsasən yaxın vaxtlarda şəhərin ələ keçirilməsi barədə rəsmi açıqlama verilməlidir.

Bundan əvvəl yerli İD döyüşçüləri və onların ailələrinin ibarət karvan planlaşdırılmış şəkildə şəhəri tərk edib.

Xarici döyüşçülərə şəhərdən çıxmağa izn verilməyib, SDF bildirir.

Rəsmilərə əsasən son günlər ərzində şəhəri təxminən 3 minədək mülki tərk edib.

Son iki il ərzində Suriya və İraqda tutduğu ərazilərdən çəkilməkdə davam edən İD üçün Raqqa şəhərinin süqutu daha bir ciddi zərbəyə çevriləcək.

Bu barədə daha geniş