Mallima sürəti və ya Şimali Koreya qəzetlərini necə oxumalı?

Pxenyan Fotonun müəllifi Getty Images
Image caption Pxenyan sakinləri sahildə gəzirlər. Arxa planda isə Çuçxe Qülləsidir

Şimali Koreyada baş verən hadisələri təsvir etmək üçün ölkədəki kütləvi informasiya vasitələri kifayət qədər xüsusi terminlər və ifadələr işlədirlər.

Məsələn, KİV-lərdə sonqun və çuçxe sözlərinə hər gün rast gəlmək olar.

Bu sözlərdən rəhbərliyi mədh etmək üçün istifadə olunur. Bununla yanaşı ABŞ, Yaponiya və Cənubi Koreya kimi ölkələr barədə isə "mənfur" kimi sözlər işlədilir. Təqribən iki ildən az bir müddət sonra ölkənin Əmək Partiyası öz 70 illiyini qeyd edəcək.

Biz Şimali Koreyada daha çox yayılmış ideoloji ifadələri mediadan toplayaraq siyahısını tərtib etmişik. Sizə bu sözlərin nə məna verdiyini izah edəciyik.

Sonqun

Sonqun - Şimali Koreyada fəaliyyətdə olan "ordu birinci yerdədir" siyasətidir. Sonqun 1960-cı ildə Kim Il-sung tərəfindən rəsmi Pxenyanın rəsmi siyasi kursu elan edilib.

Bu sözə xüsusilə 8 oktyabrda, dövlət KİV-ləri Kim Il-sung -in oğlu Kim Jong-il-i vəsf edən zaman tez-tez rast gəlmək olardı.


Mədh edici məqalələrin dərc edilməsinə səbəb isə Kim Jong-il-in Əmək Partiyasının baş katibi seçilməsinin 20-ci ildönümü olub.

"Bu nüfuzlu siyasətçinin genişmiqyaslı fəaliyyəti inqilabi Sonqun siyasətində başlıca qüvvə olan Əmək Partiyasının möhkəmləndiriliməsində tam nümayiş etdirilib ", - Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

Sonqun günü - Şimali Koreyada avqustun 26-da rəsmi bayram kimi qeyd olunur.

Sonqun siyasətini Kim Jong-il-in oğlu ölkənin hazırkı lideri, sanksiyaların tətbiq edilməsinə və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq nüvə proqramının inkişafını sürətləndirən Kim Jong-unda davam etdirib.

Çuçxe

Çuçxe - Şimali Koreya dövlət müstəqilliyi ideologiyasıdır. Bu termin Kim Il-sung tərəfindən tətbiq edilib.

Tarixçilərin fikrincə, çuçxe ideologiyası Şimali Koreyanın stalinizm və maozim təsiri altında olmayaraq müstəqilliyini, həmçinin Kim Jong-il-in və onun varislərinin şəxsi rəhbərliyini vurğulamağı nəzərdə tutur.

Bu sözə 7 oktyabrda, Əmək Partiyasının qurultayı barədə yazılan media məlumatlarında tez-tez rast gəlmək olardı.

Jurnalistlər, xüsusilə diqqəti Kim Jong-un-ın partiya tərəfdaşlarını çuçxe prinsipləri əsasında iqtisadiyyatın inkişaf etdirilməsinə səy göstərmək çağırışındakı sözlərə yönəldiblər.

Fotonun müəllifi EPA
Image caption Sonqun siyasətini hazırkı lider Kim Jong-un də davam etdirib.

Pxenyanda həmçinin, Çuçxe Qülləsi adlanan heykəl də var. 1997-ci ilin iyulundan Şimali Koreyada yeni çuçxe təqvimi qəbul edilib.

Təqvim 1912-ci ildən, Kim Il-sung-in doğum tarixi ilə başlayır.

Beləliklə, 2017-ci il çuçxe təqvimi ilə 106-cı ildir.

Pyoncin

Kim Jong-un tərəfindən elan edilən bu siyası kurs nüvə proqramnın və iqtisadiyyatın eyni anda inkişafını nəzərdə tutur.

2016-cı ilin mayında, partiyanın qurultayında Şimali Koreya lideri ilk dəfə 2013-cü ildə elan edilən bu kursu inkişaf etdirməyi vəd etmişdi.

Partiyanın bir qədər əvvəl oktyabrın 7-də keçirilən qurultayında Kim Jong-un bəyan edib ki, hazırda mövcud olan vəziyyət və reallıq bu kursu seçməklə ölkə rəhbərliyinin tamamilə doğru addım atdığını söyləyir.

Çxollima

Gün ərzində min li (400 km) məsafəni qət edən mifioloji qanadlı Koreya atı.

Çxollima hərakatı 1950-ci illərin sonlarında 1950-53-cü il Koreya Müharibəsindən sonra ölkə iqtisadiyyatının bərpası istiqamətində kampaniya kimi meydana gəlmişdi.

Şimali Koreyada Çxollima polad istehsalı zavodu var.

Çxollima zavodu ölkədəki ən böyük istehsal müəssisələrindən biridir.

Mallima

Fotonun müəllifi AFP
Image caption Çxollima atı gün ərzində 400 km məsafə qət edir

Çox qısa bir müddətə böyük məsafəni qət edə bilən daha bir mifioloji qanadlı Koreya atı. Mallima Çxollimadan 10 dəfə tez qaçır.

"Mallima sürəti" ifadəsindən mediada adətən Şimali Koreya sakinlərini ölkənin müəyyən iqtisadi məqsədlərə nail olmasına çağırışı zamanı istifadə olunur.

"Mallima hərəkatının iştirakçısı və lideri olmaq çuçxenin vətənində doğulan və Cxollima çağı dövründə yaşayan bizim nəsil üçün müqəddəs borc və nəcib vəzifədir", - deyə Əmək Partiyasının Rodong Sinmun qəzeti mart ayında yazmışdı.

Kimirsenizm və kimçenirizm

Sonqun və çuçxe fəlsəfəsini əks etdirən kimirsenizm (Kim Il-sung - və ya Kim İr Sen) və kimçenirizm (Kim Jong-il və ya Kim Çen ir) ideologiyası Şimali Koreyanın Əmək Partiyası tərəfindən 2012-ci ildə elan edilib.

Dövlət KİV-lərində Kim Il-sung və Kim Jong-il-in şərəfinə adlandırılan bu ideologiyanın nüvə proqramının uğur qazanmasında və inkişafında əsas rol oynaması barədə tez-tez danışılır.

"Koreya sosializmi çuçxe yolunda zəfərlə irəliləyir... Bu kimirsenizm və kimçenirizm böyük ideologiyasının düzgünlüyünün və bacarığının açıq-aşkar sübutudur ", - deyə Rodong Sinmun mart ayının sonunda yazıb.

Kim Il-sung və Kim Jong-il-in şərəfinə həmçinin bəzi gül adları da var. Orxideyanın növlərindən biri kimirseniya, qırmızı beqoniya isə kimçerireya adını alıb.

Sədaqət kampaniyası

Bu kampaniya Şimali Koreya rejimi tərəfindən müəyyən vaxt ərzində əmək istehsalını maksimal şəkildə artırmaq üçün əmək mənbələrinin səfərbər edilməsi üçün istifadə olunur.

Fotonun müəllifi AFP
Image caption Kim Il-sung və Kim Jong-il-in portretləri demək olar ki hər evdə var

2016-cı ildə Şimali Koreyada iki belə kampaniya - müddəti 70-200 gün olan kampaniya elan edilmişdi.

Bu kampaniya nüvə sınaqlarıyla bağlı ölkəyə tətbiq edilən sanksiyaların ölkə iqtisadiyyatına təsir göstərmədiyini nümayiş etdimək cəhdi idi.

Buna bənzər kampaniyalar quraqlıq və daşqınlar zamanı KİV-lərdə elan edilir: bu vəziyyətdə onlar ölkə rəhbərliyinə təbii fəlakətin nəticələrini aradan qaldırmağa köməklik edirlər.

Çətin səfər

Şimali Koreyada açlığın evfemism ifadəsi 1995-ci ildən 1999-cı illərə qədər davam edib və 3 milyon insanın həyatına son qoyub.

Beynəlxalq sanksiyalar ucbatından mümkün iqtisadi çətinliklərə insanları hazırlamaq məqsədilə 2017-ci ildə KİV-lərdə bu ifadədən tez-tez istifadə olunmağa başlanıb.

Pektusan dağı

Şimali Koreyada artıq 70 ildir ki, hakimiyyətdə olan Kim-lər ailəsinin nəsli Pektusan dağlarından gəlir.

1948-ci ildən başlayaraq ölkəyə yalnız bu ailənin üzvləri - Kim Il-sung, Kim Jong-il və Kim Jong-un rəhbərlik edib.

Pektusan vulkanı Şimali Koreya ilə Çin sərhəddində yerləşir və Koreya yarımadasının ən yüksək zirvəsidir.

Rəvayətə görə, bu vulkan Koreya xalqının doğulma yeridir.

Fotonun müəllifi Wikipedia/Bdpmax
Image caption Pektusan vulkanı sonuncu dəfə min il əvvəl püskürüb

Vulkanı həmçinin müqəddəs dağ inqilabı da adlandırırlar.

Kim Jong-il-in rəsmi bioqrafiyası onun Pektusan dağlarında doğulduğunu iddia edir.

Lakin onun SSRİ-də doğulduğunu ehtimal etməyə də əsaslar var.

"Pektusan dağları nəslindən" ifadəsi ölkə sakinlərinin hakim ailəyə sadiq münasibətini formalaşdırmaq üçün nəzərdə tutulub.

"Pektusan dağlarının böyük sərkərdələri" - bunlar Kim-lər ailəsindən olan ölkə rəhbərləridir - Kim Il-sung, Kim Jong-il və Kim Jong-un.

Uçqat lənət

Bu sözdən Şimali Koreya KİV-lərində tez-tez istifadə olunur.

Bu sözün mənası bir insan ağır cinayət törədən zaman (burada söhbət əsasən ideoloji xarakterli cinayətdən gedir), cəzanın ailənin 3 nəslinə şamil ediləcəyi deməkdir.

Mətbuatda bu söz adətən Şimali Koreyaya düşmən ölkələr barəsində danışılarkən istifadə olunur.

Cənubi Koreyanın keçmiş prezidenti, öz ölkəsində korrupsiya cinayətlərində ittiham edilən Park Qeun-hye Şimali Koreya KİV-ləri tərəfindən hücuma məruz qalıb.

Şimali Koreya mediası "o, mənfur cinayətlərinə görə, Cənubi Koreyanı azadlıq məzarlığına çevirdiyinə görə bahasına cavab verəcək " yazıb.

Bu epitetdən həmçinin ABŞ prezidenti Donald Trump-a aid olan məqalələrdə də tez-tez istifadə olunur.

Trump-ın Şimali Koreyanın nüvə sınaqlarına toxunan BMT-dəki çıxışını Koreya Mərkəzi Teleqraf Agentliyi "ağlını itirmiş xuliqanın üç qat ləyənətlənən sofistikası" adlandırıb.

Bilavasitə rəhbərlik

Fotonun müəllifi KCNA
Image caption Kim Jong-un-la şəkillərdəki insanlar diqqətlə bloknota nəsə qeyd edirlər

Bu söz birləşməsindən isə Şimali Koreya liderinin cəmiyyət arasında görünməsiylə əlaqədar hadisələrin işıqlandırılmasında istifadə olunur.

Ölkə liderinin cəmiyyətdə görünməsi və çıxış etməsi - xarici ölkələrin Şimali Koreya liderinin hazırda harada olması və onun səhhəti barədə fikir yürütməsi üçün mövcud olan az olan imkanlardan biridir.

Dövlət KİV-ləri mütəmadi olaraq Kim Jong-un-ın iştirak etdiyi tədbirlər barədə məlumatlar və tədbirlərdən şəkillər dərc edir.

Bir qayda olaraq Kim Jong-un-ın müəssisə və hərbi zavodları ziyarət zamanı verdiyi göstərişlərdən sitatlar verilir.

KİV-lərdə dərc edilən şəkillərdə isə ölkə liderinin adətən formada olan insanlarla əhatə olunduğu və ona qulaq asanların bloknota nəsə yazdıqları təsvir olunur.

Bu barədə daha geniş