İraq qüvvələri şimal-qərbdəki Sincar şəhərinə "daxil olur"

Bazar ertəsi İraq qüvvələri Kərkük şəhərini nəzarət altına alıblar Fotonun müəllifi EPA
Image caption Bazar ertəsi İraq qüvvələri Kərkük şəhərini nəzarət altına alıblar

Bağdad hökumətinin dəstəklədiyi qüvvələrin şimal-qərbdəki Ninəva əyalətində yerləşən Sincar şəhərinə daxil olduğu xəbər verilir.

Peşmərgələrin müqavimət göstərmədən geri çəkilməsindən sonra Sincara yezidi kürdlərin Laleş birləşmələri nəzarət edir.

Sinjar şəhərinin əhalisi özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən amansız vəhşliklərə məruz qaldmışdı. 2014-cü ildə şəhəri ələ keçirən cihadçılar minlərlə yezidini qətlə yetirmişdi.

Bundan əvvəl İraq federal polisi və ordu birləşmələri Kərkükün şimalındakı iki böyük neft yatağını nəzarət altına alıblar.

Kərkük və Sincar şəhərləri İraq Kürd Regional Hökumətinin rəsmi nəzarət etdiyi ərazilərin xaricində yerləşir.

İraq qüvvələri Kərkük və onun ətrafındakı mühüm mövqeləri ələ keçirəndən sonra ABŞ "təmkinliyə" dəvət edib.

Dövlət departamentinin nümayəndəsi Heather Nauert tərəfləri "əlavə toqquşmalardan yayınmağa" səsləyib.

İraq qüvvələri əraziyə Kürdüstan regional hökumətinin keçirdiyi müstəqillik referendumundan sonra yeridilib.

Bağdad İD-in ərazidən çəkilməsi ardınca kürdlərin nəzarətinə keçən mövqeləri geri almaq niyyətindədir.

Kərkük də daxil, bu ərazilərdə yaşayan əhalinin çoxu 25 sentyabrda keçirilən referendumunda müstəqilliyin lehinə səs verib.

Kərkük İraq Kürdüstanı kənarında yerləşsə də, bu şəhərin sakinlərinə səs verməyə qatılmaq izni verilmişdi.

İraqın baş naziri Heydər əl-Abadi referendumun Konstitusiyaya zidd olduğunu bildirir.

Fotonun müəllifi Xəritə

İraqın Kürdüstan Regional Hökuməti isə (İKRH) təkid edir ki, səsvermə qanuna uyğun keçirilib.

Kərkük niyə böhranın mərkəzidir?

Neftlə zəngin Kərkükə qarşı ərazi iddilarını həm mərkəzi hökumət həm də ki, kürdlər irəli sürür.

Kərkük əyalətində kürdlərin əksəriyyətdə olduğu hesab edilir, hərçənd ki, Kərkük şəhəri çoxsaylı türkmən və ərəb icmasına sahibdir.

2014-cu ildə, İD əraziyə daxil olandan sonra İraq ordusu məğlub olub.

Bundan sonra bölgədə peşmərgələrin mövqeyi güclənib.



Referendum ardınca İraq parlamenti Kərkük və digər mübahisəli ərazilərə hərbi qüvvənin göndərilməsi barədə qərar çıxarıb.

Silahlı qarşıdurma istəmədiyini deyən baş nazir Heydər əl-Abadi bölgədə "müştərək administrasıyanın" idarəçiliyini təklif edib.

Şənbə günü Bağdad bildirib ki, kürdlər Kərkükdə PKK-da daxil olmaqla, qeyri-peşmərgə qüvvələri yerləşdirir. Mərkəzi hökumətə əsasən bu müharibə elanı sayıla bilər.

İKRH iddiaları rədd edib.

Böhranla bağlı ABŞ hansı mövqeni tutur?

Bazar ertəsi yayılan bəyanatında xanım Nauert "Kərkükdə zorakılıq barədə xəbərlərlə bağlı dərin narahatçılığını" bildirib.

"Biz bütün mübahisəli ərazilərdə İraq Konstitusiyasına uyğun olaraq mərkəzi və regional hökumətlərin müştərək administrasiyasının dinc fəaliyyətini dəstəkləyirik".

Xanım Nauert "dialoqa həvəsləndirmək" naminə bütün tərəfləri təmsil edən rəsmilərlə işlədiyini qeyd edib.

Fotonun müəllifi Reuters
Image caption İraq qüvvələri Kərkük yaxınlığındakı neft yataqlarına nəzarət edir.

O, İraqda "İD-ni dəf etmək üçün qarşıda xeyli işin qaldığını" vurğulayıb.

Daha əvvəl ABŞ prezidenti ixtilaf edənlərin arasında tərəf tutmadığını deyib.

"Onların toqquşması faktı xoşumuza gəlmir", - Donald Trump bildirib.

Senatda silahlı qüvvələr komitəsinin başçısı John McCain öz xəbərdarlığında bildirir ki, Bağdada verilmiş ABŞ silahlarının kürdlərə qarşı istifadəsi "ağır nəticələr"ə səbəb ola bilər.

Onun sözlərinə görə "Birləşmiş Ştatlar İraq hökumətini kənar hədələrə qarşı təhlükəsizliyini təmin etmək" üçün təchiz edib və ABŞ silahları regional hökumətə qarşı istifadə olunmamalıdır.

Fotonun müəllifi Reuters
Image caption Kərkük həndəvərlərindəki Dibis məhəlləsində velosiped sürən oğlan İraq bayrağını daşıyır

Bağdad və Kürdüstan rəsmiləri nə deyir?

Bazar ertəsi yayılan bəyanatda İraqın baş naziri deyib ki, Kərkük əməliyyatı referendumdan sonra "parçalanmaq təhlükəsilə üzləşən ölkənin ərazi bütövlüyünü qorumaq" məqsədilə həyata keçirilir.

"Biz bütün vətəndaşları mülkilərin müdafiəsi, təhlükəsizlik, qayda-qanun, dövlət orqanları və idarələrin müdafiəsi üzrə öhdəliklərinə sadiq olan qəhrəman ordumuzla əməkdaşlığa səsləyirik", cənab Abadi bildirib.

Bazar ertəsi İraq hərbiyyəsi, Baba Gurgur neft və qaz yataqları, dövlət neft şirkətinin binası və K1 hərbi bazasının nəzarət altına aldığını elan edib.

Bağdad hökuməti kürd peşmərgə birləşmələrinin müqavimət göstərmədən geri çəkildiyini bildirib.

Hərçənd ki, bölgənin cənub ərazilərində toqquşmaların baş verdiyi xəbər verilir.

Buradakı nəzarət-buraxılış məntəqələrindən birində çəkiliş aparan BBC qrupu atəş səslərini qeydə alıb.

Bazar ertəsi günorta çağlarında toqquşmaların başlayacağını gözləyən minlərlə sakin Kərkükü tərk edərkən İraq qüvvələri şəhərin mərkəzinə doğru irəliləməkdə idi.

Sosial mediada yayılmış şəkillərdə qubernatorun ofisində olan İraq döyüşçülərinin görmək olardı.



Reuters agentliyinə əsasən idarənin üzərində İraq bayrağı ilə yanaşı dalğalanan Kürd bayrağı aşağı salınıb.

Cənab Abadi bütün mübahisəli ərazilərdə İraq bayrağının qaldırılmasını əmr edib.

İraq qüvvələrinin çevik şəkildə şəhər mərkəzinə çatmasına görə kürd birləşmələri bir-birlərini "xəyanətdə" ittiham edirlər. Rəhbəri Kürdüstan Demokratik Partiyasının (KDP) lideri Məsud Bərzani olan Peşmərgənin Baş Komandanlığı rəqib Kürdüstan Vətənpərvər İttifaqını (PUK) təqsirləndirib.

O, PUK-u "Kürdüstan xalqına qarşı sui-qəsdə köməyə" görə qınayıb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İraq Kərkükə əlavə qüvvə göndərir

PUK onlarla döyüşçü itirdiyini deyərək geri çəkilmək barədə əmrə aidiyyəti olmadığını bildirir.

Eynilə qrup " Peşmərgələrin Kərkük döyüşlərində bir nəfər də olsun şahid vermədiyini" vurğulayır.

Bu arada Türkiyə ehtiyat edir ki, İraqda baş verənlər yerli kürd azlığı arasında müstəqillik çağırışlarını gücləndirə bilər.

Ankara Bağdada dəstəyini bildirərək "İraq ərazisində PKK mövcudiyyətinə son qoymaq naminə İraq hökumətilə hər hansı əməkdaşlıq formasına hazır" bəyan edir.

Kürdlərin PKK qrupu 1980-ci illərdən başlayaraq Türkiyə ərazisində muxtariyyət uğrunda mübarizə aparmaqdadır. O, Türkiyə, ABŞ və Aİ tərəfindən terrorçu təşkilat olaraq tanınır.

Bu barədə daha geniş