İngiltərənin 10 ən vahiməli və kabuslu qəsri

Замок Болсовер в Дербишире Fotonun müəllifi English Heritage Trust/PA
Image caption Bolsover qəsri, Derbyshire

Ən vahiməli qəsr kimi Derbyshire-dəki Bolsover qəsri sayılıb. Deyilənə görə, həmin qəsrdə qonaqların əlindən hiss edilmədən tutan oğlan kabusu peydə olur.

Qədim məzarlığın başında ucalan həmin qəsri, İngiltərədə tarixi bina və abidələrə nəzarət edən "İngiltərə irsi" qeyri-hökümət fondunun əməkdaşları ölkənin ən vahiməli qəsri sayıb.

Sorğuda fondun 1800 əməkdaşı iştirak edib.

Bolsover qəsrinin əməkdaşları qəsrdə vahimə yaradan hallar kimi qəribə addım səsləri, səbəbsiz qapı çırpılmaları səsi, haradansa gələn zəif danışıq və hətta qışqırıq səsi, qəribə şövqlənmə və bütövlükdə götürəndə, ora gələnləri bürüyən məzarlıq soyuqluğu hissi.

Bolsover qəsri 12-ci əsrdə tikilib, 1883-cü ildən orada heç kim yaşamayıb.

Qəsrin rəsmi sahibi 7-ci Portland qrafı 1945-ci ildə qəsri dövlətin idarəçiliyinə verib.

Bu qəsr İngiltərənin ən mühüm və dövlət əhəmiyyətli qədim tarixi və memarlıq abidələri siyahısına daxil edilmişdir.

замок Кенилуэрт в Уорикшире Fotonun müəllifi Nigel Wallace-Iles/English Heritage Trust/PA
Image caption Kenilworth qəsri, Warwickshire

Yaşı 900 il olan Warwickshire-dəki Kenilworth qəsri vahiməli qalalar siyahısında ikinci yerdədir. Qəsr əməkdaşları burada kabus gördüklərini, eləcə də qaladakı qədim beşiyin öz-özünə yırğalandığını və ondan tənbəki tüstüsü iyinin gəldiyini bildiriblər.

Замок Карисбрук на острове Уайт Fotonun müəllifi Andrew Maybury/English Heritage Trust/PA
Image caption Carisbrooke qəsri, Wight adası

Wight adasındakı Carisbrooke qəsri, burada 1647-1648 illərdə devrilmiş kral I Charles-ın saxlanması ilə məşhurdur. Burada xeyli sayda kabusun, o cümlədən, yaxınlıqdakı dərin su quyusunda batmış qızın da kabusunun dolaşdığı deyilir.

Qəsrdə işləyənlər vaxtaşırı, sankı, uzaqdan gələn uşaq gülüşü səsi eşitdildiyindən şikayətlənir.

Готическое Аббатство Уитби в Северном Йоркшире тоже в списке наводящих ужас старинных зданий Fotonun müəllifi Nigel Wallace-Iles/English Heritage Trust/PA
Image caption Whitby abbatlığı, Şimali Yorkshire

"Bizim abidələrimizə, qəsr və qalaların daş-divarına tarix, qanlı döyüş hadisələri və qaranlıq qalmış əməllər, sankı, hopub, - "İngiltərə irsi" fondundan Lucy Hutchings deyir. - Qala və qəsrlərimiz vahiməli ola bilər, bəzi əməkdaşlarımızın gözünə gördüklərini isə izah etmək mümkünsüzdür".

Home of Charles Darwin - Down House, Kent Fotonun müəllifi English Heritage Trust/PA
Image caption Charles Darwin-nun evi - Down House, Kent

İngiltirənin 10 ən vahiməli yeri

  • Bolsover qəsri, Derbyshire
  • Kenilworth qəsri, Warwickshire
  • Carisbrooke qəsri, Wight adası
  • Pendennis qəsri, Cornwall
  • Whitby abbatlığı, Şimali Yorkshire
  • Beeston qəsri və Woodland parkı Cheshire
  • Dover qəsri, Kent
  • Charles Darwin-nun evi - Down House, Kent
  • Clifford qülləsi, North Yorkshire
  • Framlingham qəsri, Suffolk

Əlaqəli mövzular