Pekində Çin Kommunist Partiyasının nəhəng qurultayı başlayır

This file photo taken on 1 August 2017 shows China"s President Xi Jinping arriving at a ceremony to commemorate the 90th anniversary of the founding of the People"s Liberation Army, at the Great Hall of the People in Beijing. Fotonun müəllifi AFP/Getty Images
Image caption Beş ildə bir dəfə qapalı keçirilən qurultay Çinin ən böyük siyasi hadisəsi sayılır

Pekində sərt təhlükəsizlik tədbirlərinin fonunda Çinin ən böyük siyasi hadisəsi sayılan Kommunist Partiyasının qurultayı başlayıb.

Çin prezidenti Xi Jinping paytaxtda iki mindən çox nümayəndə qarşısında təxminən üç saat ərzində çıxış edib.

Beş ildə bir dəfə qapalı keçirilən görüş Çinə və ölkənin hansı istiqamətə getməsinə rəhbərlik edəcək şəxsi müəyyənləşdirir.

2012-ci ildə lider olan cənab Xi hakimiyyəti möhkəmləndirib və onun partiya sədri olaraq qalması gözlənilir.

Həmçinin, növbəti beş il üçün Çinin yol xəritəsini müəyyən edəcək qurultayın gələn həftə sona çatacağı gözlənilir.

Qurultay başa çatdıqdan qısa müddət sonra partiyanın Çinin ali qərarverici orqanının və Siyasi Büro Daimi Komitəsinin yeni üzvlərini açıqlayacağı gözlənilir.

Pekin qurultay üçün salamlama bannerləri və bayram displeyləri ilə bəzənir.

Lakin paytaxtda həm də yüksək xəbərdarlıq vəziyyəti var. Həftə əvvəlindən nəqliyyat mərkəzlərində əlavə yoxlamalara görə dəmir yolu stansiyalarında uzun növbələr müşahidə olunub.

Qurultay, həmçinin müəssisələrə təsir göstərib, bəzi restoranlar, idman zalları, gecə klubları və karaoke barları gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə əlaqədar qapadılıb, Airbnb kimi yerləşdirmə-rezervasiya saytları mərkəzi Pekində sifarişlərini ləğv edir.

Cənab Xi-nin təsis etdiyi qənaət mexanizmi daha aşağı büdcəyə sahib qurultayın keçirilməsini nəzərdə tutub. Məlumatlara görə, nümayəndələrin yerləşdiyi mehmanxanalar bəzəklər, otaqlarda pulsuz meyvə və səxavətli yemək kimi ifratları azaldıb.

Fotonun müəllifi Reuters
Image caption Qurultay davam edərkən Tiananmen Meydanında turistlər şəkil çəkdirir

Bir çox müşahidəçilər hesab edirlər ki, cənab Xiqurultay zamanı partiya daxilində öz mövqeyini daha da möhkəmləndirəcək.

Bəziləri onun Maodan sonra heç bir liderin sahib olmadığı qədər çox hakimiyyət əldə etdiyini hesab edir və qurultay yalnız bir adamın əlində nə qədər hakimiyyət olduğuna dair ipuculara diqqətlə baxacaq, BBC-nin əməkdaşı John Sudworth deyir.

Prezident olduqdan bəri, cənab Xi partiya daxilində və həmçinin Çin cəmiyyətinə nəzarəti gücləndirib, senzura, hüquqşünaslar və fəalların həbsi artıb.

Onun hakimiyyəti dövründə Çində müasirləşmə və islahatlar da sürətləndirilib.

Cənab Xi Çində sadə vətəndaşlardan geniş dəstək almaqda davam edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş