Raqqanı İD-dən alan silhalılar qələbəni qeyd edirlər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Raqqa: Döyüşçülər İD üzərində qələbəni qeyd edirlər

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın qeyri-rəsmi paytaxtı Raqqaya Suriya Demokratik Qüvvələrinin (SDF) döyüşçüləri nəzarət edir.

Raqqa stadionu üzərində kürd Xalq Müdafiə Birliklərinin (YPG) bayraqları dalğalanır.

YPG ABŞ-ın dəstəklədiyi SDF-in aparıcı tərkib hissəsidir.

Artıq bir müddətdir ki, güclü artilleriya və hava zərbələrinə məruz qalan Raqqa darmadağın edilib.

SDF qüvvələri qələbəni xarabalar içərisində olan şəhərdə qeyd edirlər, BBC müxbiri Quentin Sommerville-in məlumatında deyilir.