Kataloniya: Puigdemont birbaşa idarəçilik planını qəbul etmir

Puigdemont Fotonun müəllifi AFP/Getty
Image caption Kataloniya lideri Puigdemont bildirib ki, Madrid dialoqdan imtina edir.

Kataloniya prezidenti, Carles Puigdemont, bildirib ki, muxtariyyət Madridin birbaşa idarəçilik planını qəbul etməyəcək.

O, Madridin bu təşəbbüsünü 1939-1975 illərdə general Franco diktatorluğu dövründə muxtariyyətin ləğv olunması ilə müqayisə edib.

Puigdemont deyib ki, Madridin indiki hərəkəti Franco dövründən bəri Kataloniya institutlarına qarşı edilən hücumların ən pisidir.

İspaniyanın Baş naziri Mariano Rajoy-un planı Kataloniya liderlərinin idarəçilikdən kənarlaşdırılması və regional parlamentin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Kataloniyada müstəqillik referendumu oktyabrın 1-də keçirilib, baxmayaraq ki, İspaniya Konstitusiya Məhkəməsi referendumun keçirilməsini qadağan etmişdi.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Şənbə günü Barselonada təşkil edilmiş etiraz aksiyasında 450,000 insan iştirak edib, polis bildirib.

Puigdemont deyib ki, İspaniya höküməti dialoqu rədd etməklə Kataloniya seçicilərinin demokratik yolla ifadə etdiyi iradənin əleyhinə hərəkət edir.

O bildirib ki, Mariano Rajoy-un planına Kataloniyanın cavabını müzakirə etmək məqsədi ilə muxtariyyətin parlament sessiyasını çağırmaq niyyətindədir.

Barselona polisinin bildirdiyinə görə, şənbə günü Kataloniya paytaxtında keçirilmiş etiraz aksiyasında 450,000 adam iştirak edib.

İştirakçıların çoxu "azadlıq" və "müstəqillik" şüarlarını səsləndirib.

İspaniyanın Baş naziri Mariano Rajoy Kataloniyaya qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq ediləcəyini bildirib.

Həmin maddə, ölkənin muxtar bölgələrində böhranlı vəziyyət yarandıqda, birbaşa idarəçilik üsulunu tətbiq etməyə icazə verir.

Fotonun müəllifi EPA
Image caption Mariano Rajoy Konstitusiyanın 155-ci maddəsinin işə salınacağını bildirib.

Xəbərlərə görə, İspaniya Daxili İşlər Nazirliyi Kataloniya polisinə nəzarəti ələ almağa və Kataloniya polis rəhbərini vəzifəsindən kənarlaşdırmağa hazırlaşır.

Kataloniya polisinin rəhbəri Josep Lluís Trapero-ya qarşı artıq itaətsizlik ittihamı irəli sürülüb.

El País qəzetinin yazdığına görə, İspaniya höküməti eləcə də TV3 Kataloniya İctimai televiziyasını nəzarəti altına almağa hazırlaşır.

Əlaqəli mövzular

Bu barədə daha geniş