Onlara istirahət etmələri üçün 200 000 dollar ödənir

Scott Stohler Fotonun müəllifi Scott Stohler

Collette və Scott Stohler-lərin işi röya kimi görünə bilər. Onlar ilin altı ayını dünyanı gəzib dolaşır və sosial media kanallarında, öz saytlarında paylaşdıqları foto, video, qeyd və bloqlara görə pul alırlar.

Onların Instagram səhifəsi (@Roamaroo) istirahət etdikləri yerlərdə çəkdikləri gözqamaşdırıcı fotolarla doludur.

Collette deyir ki, fotolarda yalnız bir neçə məqam əksini tapır, kadr arxasında qalan əziyyət isə elə də cazibədar deyil.

Fotonun müəllifi Scott Stohler
Image caption Collette və Scott Stohler Andaman dənizində qüruba tamaşa edirlər - Phuket, Tailand

Onun sözlərinə görə, sosial media "məşhuru" işi ağır zəhmət tələb edir: bu bazarda minlərlə rəqiblə rəqabət aparmaq lazımdır.

Stohler-lər kimi pul qazanan sosial media "məşhurlarının" sayı artmaqdadır - bu sahə sürətlə inkişaf edir.

Lakin bu işin hesabına özünü dolandıra bilənlər isə olduqca azdır.

Bu sahədə fəaliyyət göstərən Edelman marketinq şirkətinin başçısı Philip Trippenbach deyir ki, bu sahədə "ən yaxşıları" astronomik məbləğdə pul əldə etdikləri zaman, işini, sadəcə, "kifayət qədər yaxşı görənlərin qazancı, demək olar ki, olmur".

Adweek saytına görə, maliyyələşdirilən postun orta qiyməti təxminən $300 təşkil edir.

Los Angeles-də mənzillənən Collette Scott-un yaşı, müvafiq olaraq, 30 və 34-dür.

Onların dərc etdiyi postun qiyməti, təxminən 2,000 dollar təşkil edir, hər il isə qazancları təxminən 200,000 dollar olur.

Bu qazancın böyük bir hissəsi məşğul olduqları biznesə sərf olunur.

"Bu asan iş deyil. Hər 50 təklifdən orta hesabla yalnız ikisi bəyənilir", - Scott deyir.

Əvvəllər mühəndis menecer və prodüser kimi işləmiş bu cütlük iki ildir ki, Roamaroo saytını təsis edib.

Onlar ikinci ev üçün yığdıqları pulu dünya boyu səyahətə xərcləmək qərarına gəliblər və 7 ay çəkən səyahətlərinin sonunda gördülər kı, sosial mediada izləyicilərinin sayı artmaqdadır.

Bundan sonra cütlük səyahətə çıxmağı əsas biznesə çevirmək qərarına gəlib.

Qazanc gətirən postlar

Sonra Stohler-lər yaratdıqları foto, video və yazı materiallarına müştəri axtarışına çıxdılar.

Hazırda onlar müəyyən şirkətlərin (misal üçün, otellər) sifarişini yerinə yetirir.

Həmin şirkət onların səyahət xərclərini və "məzmunun yaradılması xərcini" ödəyir.

Digər şirkətlər, sadəcə çəkilən fotolarda öz məhsulunun əks olunması ilə kifayətlənir.

Fotonun müəllifi Scott Stohler
Image caption Cütlük Sardiniya adasında dincəldiyi anları lentə alıb - Spiaggia Del Principe, Porto Cervo, Sardiniya

Müştərilər Instagram-da postların sayını təyin etdiyi halda, cütlük hansı qeydi və fotonu dərc edəcəyinə dair qərarı özü verir.

Stohler-lərə görə, şirkətin nişanı altında dərc edilən postlar onların sosial media məhsulunun təxminən dörddə birini təşkil edir və onlar yeni təkliflər hazırlayarkən müraciət edən müştərilərin bir qismi şirkətlərdən ibarət olur.

Nəticədə, cütlük səyahətlərinin böyük bir hissəsini müştərilərinin obyektlərinə keçirir.

"Vaxtımızın böyük bir hissəsini şəkil çəkməyə sərf edirik", Collette deyir, "Səyahətimizdən ləzzət almağa vaxt qalmır".

"Orta təbəqə" qazancı

Fotonun müəllifi Idle Theory Bus
Image caption Instagram-da 150,000 pərəstişkarı olmasına baxmayaraq, Kit Whistler və J.R. Switchgrass digər işlərdə də çalışmalıdırlar ki, istədikləri həyat tərzini təmin edə bilsinlər.

Kit WhistlerJ.R. Switchgrass Cənubi Kaliforniyada yaşayan və səyahəti sevən digər bir cütlükdür.

Instagram-da pərəstişkarlarının sayı 150,000-ə çatıb.

Onlar @IdleTheoryBus ünvanında izləyiciləri özlərinin səyyar həyat tərzilə tanış edir - çayda çılpaq üzmələrindən, Amerika təbiətinin müxtəlifliyini əks etdirən parklarda gəzməklərindən bəhs edirlər.

Yaşları üçüncü onilliyin ikinci yarısı içində olan cütlük 2015-ci ildən başlayaraq, sosial mediada rəy formalaşdıran "məşhurlar" kimi davranmağa səy göstərib, lakin tez bir zamanda bu zəhmətin necə ağır olduğunu anlayıb.

"150,000 pərəstişkar ilə dolanışığı təmin etmək mümkün deyil", Kit deyir, "Bunun üçün hər bir postun sponsoru olmalıdır".

Hazırda onların yalnız bir şirkətlə uzunmüddətli müqaviləsi var. Həmin müqavilənin şərtlərinə uyğun olaraq çütlük, ayda bir dəfə su qablaşdıran şirkətə aid fotoları öz səhifələrində dərc etdirməlidirlər. Bu müqavilə cütlüyün aylıq qazancının 10 faizini təmin edir.

Fotonun müəllifi Idle Theory Bus
Image caption Kit Whistler və onun VW markalı mini-avtobusu.

Qalan qazancı cütlük öz hesabına dərc etdiyi fotoalbomlardan əldə edir.

Onlar bu qazancın "orta təbəqə" səviyyəsində olduğunu deyir.

Bu sahədə qazanc əldə etməyin çətinliklərinə baxmayaraq, bu növ fəaliyyət sahəsi sürətlə inkişaf etməkdədir.

Rakuten Marketing şirkətinin araşdırmalarına əsasən, brend şirkətlərin 38 faizi sosial media "məşhurlarının" həmin şirkətin məhsulunun satışının artımına necə təsir göstərdiyini təsvir etməkdə çətinlik çəkir, şirkətlərin 86 faizi sosial media "məşhurlarının" öz xərclərini necə hesabladıqlarından bixəbərdir.

Buna baxmayaraq, tanınmış şirkətlər gələn il sosial media "məşhurlarına" ayırdıqları xərcləri 75 faiz artırmaq niyyətindədirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş