Rex Tillerson: İraqın şiə silahlı dəstələri "evə qayıtmalıdır"

Members of the Hashd al Shaabi patrol in Kirkuk Fotonun müəllifi EPA
Image caption Xalq Səfərbərlik Hissələri (PMU) qüvvələri ötən həftə İraq hökumətinin Kərkükə daxil olmasında iştirak edib

ABŞ Dövlət Katibi Rex Tillerson bəyan edib ki, İraqda özünü İslam Dövləti (İD) adlandıran qrupla mübarizə aparan İranın dəstəklədiyi silahlı dəstələr döyüşün başa çatmasına az qaldığı üçün evə qayıtmalıdır.

Cənab Tillerson bildirib ki, bütün xarici döyüşçülər İraqı tərk etməli və ölkənin bərpasına imkan verməlidir.

O, qismən regionda İran təsirinin qarşısının alınması istiqamətində Səudiyyə Ərəbistanına səfəri zamanı çıxış edib.

Onun səfəri ABŞ prezidenti Donald Trump-ın Tehrana daha çox qarşıdurma yanaşmanın elan etməsindən sonra baş tutub.

ABŞ və onun müttəfiqləri eyni müharibədə, mövcudluğuna Vaşinqtonun müqaviməti göstərməsinə baxmayaraq iranlılar kimi eyni düşmənlə mübarizə aparır.

ABŞ-ın dəstəklədiyi İraq hökumət qüvvələri İD-lə yanaşı, İran tərəfindən maliyyələşən və dəstəklənən, əsasən şiə döyüşçülərindən ibarət koalisiya Xalq Səfərbərlik Hissələri (PMU) ilə də mübarizə aparır.

Fotonun müəllifi AFP
Image caption Hazırda Qətərdə olan cənab Tillerson çıxışı zamanı İranın dəstəklədiyi silahlı dəstələrin evə qayıtmalı olduğunu deyib

Bəzi PMU döyüşçüləri İraqda əvvəlki İD-dən əraziləri geri qaytarmaq əməliyyatları zamanı sünni dinc əhaliyə qarşı işgəncə və qətllər də daxil olmaqla sui-istifadədə ittiham edilib.

PMU döyüşçüləri ötən həftə 2014-ci ildən başlayaraq kürdlər tərəfindən nəzarət edilən böyük əraziləri ələ keçirmək üçün İraq hökumətinin əməliyyatında da iştirak edib.

Cənab Tillerson İraqın şiələrinin ya İraq ordusuna inteqrasiya etməsini və ya silahı yerə qoymasını istəyir, ABŞ rəsmisi BBC-yə bildirib. Onlardan İran tərəfdarları ölkəni tərk etməlidir, rəsmi bildirib.

Cənab Tillerson bildirib ki, bu İraqa İD-ə qarşı döyüşdən sonra öz ayaqları üzərində dayanmağa və ölkədə İran təsirinin bir qismini azaltmağa kömək edəcək.

Dövlət katibi Səudiyyə səfərindən sonra Qətərə yollanıb

Əlaqəli mövzular

Bu barədə daha geniş