Dubayda saxlanılmış şotlandiyalıya qarşı ittihamlar aradan qaldırılıb

Jamie Harron Fotonun müəllifi Detained in Dubai/Getty
Image caption Jamie Harron-a iyul ayından bəri Dubayı tərk etməyə icazə verilmirdi

Dubayda ictimai ləyaqətsizlikdə təqsirləndirilən şotlandiyalıya qarşı ittihamlar əmirliyin hökmdarının müdaxiləsindən sonra ləğv edilib.

27 yaşlı Stirling şəhəri sakini Jamie Harron barda bir kişinin ombasına əli ilə dəydiyi üçün üç ay azadlıqdan məhrum edilmişdi.

Cənab Harron-u təmsil edən Detained in Dubai (Dubayda Saxlanılmış) qrupu onun Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktum tərəfindən əfv edildiyini deyib.

Cənab Harron-un pasportunun qaytarıldığı və onun Dubayı tərk etməkdə azad olduğu deyilir.

Cənab Harron həmçinin spirtli içki içməkdə və ona qarşı şikayət etmiş iş adamına nalayiq əl işarəsi göstərməkdə ittiham edilib.

Detained in Dubai qrupundan Radha Stirling deyib: "Ona qarşı ittiham ləğv olunub və məhkəmənin ona qarşı dünən verdiyi hökm aradan qaldırılıb. Biz Şeyx Məhəmmədə xüsusi müdaxiləsinə və Jamie-ə bəratə verdiyinə görə ən dərin minnətdarlığımızı çatdırmaq istəyirik.

"Artıq məlum olub ki, Jamie-ə qarşı iddialar tamamilə lazımsız, əsassız və böhtandır", xanım Stirling əlavə edib.

Xanım Stirling cənab Harron-un artıq, ona qarşı iddia qaldırmış iş adamına qarşı inzibati şikayət müraciətini nəzərdən keçirdiyini bildirib.

Bu barədə daha geniş