Xi Jinping "Mao Zedong-dan sonra Çinin ən güclü lideridir"

Xi-Mao Fotonun müəllifi AFP/GETTY IMAGES

Çin Kommunist Partiyası Xi Jinping-in ideologiyasını partiya konstitusiyasına möhkəmləndirmək üçün səs verərək onu Mao Zedong-dan sonra ölkənin ən güclü lideri kimi təsbit edib.

Cənab Xi 2012-ci ildə hakimiyyətə gəldikdən sonra öz mövqelərini daha da möhkəmləndirib.

"Xi Jinping təfəkkürü" Kommunist Partiyası qurultayının sonunda yekdilliklə qəbul edilib.

Pekində baş tutan ölkənin ən mühüm siyasi görüşü 2,000-dən artıq nümayəndə heyəti bağlı qapılar arxasında görüşüb.

Qurultay ötən həftə cənab Xi-nin 3 saatlıq nitqi ilə başlayıb. Çıxışı zamanı o, "yeni dövrdə Çin xüsusiyyətlərinə malik olan sosializm" fəlsəfəsini açıqlayıb.

Bundan sonra yüksək vəzifəli məmurlar və dövlət mediası bu ideologiyanı dəfələrlə xatırlatmağa başlayıb və buna "Xi Jinping təfəkkürü" adını verib.

BBC Çin redaktoru Carrie Gracie deyir ki, partiyanın konstitusiyasına "Xi Jinping təfəkkürü"-nü daxil etmək o deməkdir ki, indi rəqibləri Çinin güclü şəxsinə Kommunist Partiyası qaydalarını təhdid etmədən etiraz edə bilməzlər.

Əvvəlki Çin Kommunist Partiyasının rəhbərliəri də öz ideologiyalarını partiya konstitusiyasına daxil etmişdilər, lakin bani Mao Zedong-dan başqa heç bir rəhbərin fəlsəfəsi "təfəkkür" olaraq qəbul edilməmişdi.

Yalnız Mao və Deng Xiaoping ideologiyalarına adlarını həkk edə biliblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş