Qadağalara qarşı: indoneziyalı nudistlərin gizli həyatı

Адитья голый в кухне

Ciddiliyin yüksək qiymətləndirildiyi və cəmiyyətdə çılpaq vəziyyətdə görünməyin qadağan olunduğu bir ölkədə nudistlər özlərini necə hiss edirlər?

BBC-nin İndoneziya xidmətinin əməkdaşı Clara Rondonuwa suallara cavab tapmaq üçün ölkənin nudist icmasının bir neçə üzvü ilə görüşüb.

Aditya məni mətbəxdə tamamilə çılpaq vəziyyətdə qəbul edir. O, bu vəziyyətdə şam yeməyi - xərçəng, yumurta və Pekin kələmindən sobada yemək hazırlayır.

"Mən hər şeyi, həmçinin yeməyi çılpaq vəziyyətdə hazırlamağı sevirəm. Mənim nə iş görməyimdən asılı olmayaraq çılpaq olmaq mənə zövq verir. Mən geyimsiz özümü yaxşı və əmin hiss edirəm ", deyə o bildirir.

Əslində Aditya ciddi təhlükə ilə üzləşə bilər və buna görə də əsl adının açıqlanmasını istəmir.

İndoneziya əhalisinin böyük hissəsi müsəlmanlardır. Ölkədə nudizmə bərabər olan pornoqrafiyanı qadağan edən ciddi qanunlar qəbul edilib.

Buna baxmayaraq, o mütəmadi olaraq 4 nudistlə görüşür. Lakin bağlı qapılar arxasında. "Əgər biz küçəyə çılpaq vəziyyətdə çıxsaq, dərhal bizi həbs edərlər ", o deyir.

Aditya 2007-ci ildən nudizm tərəfdarı olub.

"Mən internetdə nudizmin tarixi barədə çox oxudum və bu mənim marağıma səbəb oldu. Mənə elə gəldi ki, bu məhz mənim həyatda axtardığımdır", o deyir.

O, həmfikirləri ilə əlaqə yaratdı. Cakartada özünü naturaçı adlandırmağa üstünlük verən nudistlər 10-15 nəfərlik qeyri-rəsmi qrupda birləşiblər.

Onların arasında qadınlar və kişilər də var. Adityanın fikrincə, çılpaqlıq insanlar arasında daha sıx əlaqələrin yaradılmasına imkan yaradır.


Həmçinin oxuyun:


"Biz özümüz ola bilərik. Bizim bədənimiz, bəzən gözəl olmasa da, hətta çirkin belə olsa, bu, bizim insan kimi necə olmağımız demək deyil. Bu sadəcə çılpaqlıqdır."

Aditya nudist koloniyalarının olduğu ölkələrdə olmağı arzu edir. Məsələn, onun seçdiyi həyat tərzinə heç kəsin təəccüblənməyəcəyi Fransada.

İnoneziya qanunları ictimai yerlərdə çılpaq vəziyyətdə görünməyi qadağan edir. Lakin bu o demək deyil ki, nudistlər həmişə gizlənməyə məcburdurlar.

Cakarta naturaçıları əhalinin az məskunlaşdlğı yerlərdə, məsələn dağlıq kurortlarda malikanə icarəyə götürərək toplaşırlar. Onların günü müxtəlif mövzularla keçir.

Onun sözlərinə görə, o məzuniyyətdən yenicə qayıdıb. O, məzuniyyətini onunla həmfikir olan nudistlərlə birgə dəniz sahillərindəkı kurortda keçirib.

Bu nudist koloniyası deyil, amma orada kimsə onları tənqid etmir. Buna baxmayaraq, həmişə ehtiyatlı olmaq lazımdır.

"Mən səhər tezdən, ətrafda kimsə olmayan zaman çimərlikdə gəzirdim ", - deyə Aditya danışır.

Fotonun müəllifi Instagram

Təhlükələrə baxmayaraq Aditya şəkillərini və fikirlərini nudistlərin saytında paylaşır.

Onun Instagram-da bir neçə, o cümlədən bağlı hesabı var . Bir qədər əvvəl o bağlı hesabında çılpaq, o cümlədən məbəddə olan şəkillərini paylaşıb.

Lakin o bu paylaşımı tez bağlamağa məcbur olub. Çünki onu ölkədə qüvvədə olan antipornoqrafiya qanunlarına uyğun olaraq məsulliyətə cəlb edə bilərdilər.

"Mənin naturaçı yoldaşlarım deyirlər ki, internetdə bu cür paylaşımım həddən artıq ehtiyatsızlıqdır ", - deyə o izah edir. O, isə öz davranışını nudizm barədə yalan təsvirləri dağıtmaq istəyilə izah edir.

"İndoneziyada insanlar düşünür ki, nudizmin necəsə sekslə əlaqəsi var, lakin nudizm heç də eksqibisionizm (intim əlaqə olmadan cinsi orqanları nümayiş etdirməklə seksual həzz almaq kimi anormal davranış) deyil. Əgər biz bir yerə toplaşıb soyunuruqsa, insanlar bizim sekslə məşğul olduğumuzu düşünürlər. Əslində isə bunda seksual bir şey yoxdur ", - Aditya deyir.

"İnsanlar geyimli insanın çılpaq insandan daha nəzakətli və kübar olduğunu deməklə ikiüzlülük edir ", - deyən nudist buna əmindir.

Axına qarşı

Borneoda yaşayan və adının açıqlanmasını istəməyən digər nudist də İndoneziyada nudist olmağın çətin və riskli məşğuliyyət olması fikriylə razıdır.

O, çılpaqlığın kimsədə narahatlıq yaratmadığı Fransa və Almaniyaya qibtə hissi ilə baxır və düşünür ki, ölkə nudistlərə xidmət göstərsə, İndoneziya turizm sənayesi bundan yalnız qazana bilər.

Onun fikrincə, İndoneziyanın digər rayonlarından fərqli olaraq adətlərin daha yumşaq olduğu Balidə etmək daha yaxşı olar. Onun sözlərinə görə, nudizmin qadağan olunmadığı kurortlarda yalnız xaricilərə xidmət göstərilir.

Fotonun müəllifi AFP
Image caption Bali adası çimərlikləri bütün dünyada məhşurdurlar

Bali adasında əsasən hindular yaşayır və burada nudistlərə münasibət həmişə başqa cür olub.

Hələ 40 il əvvəl yerli qadınlar burada yarıçılpaq gəzərək tez-tez tamamilə çılpaq çimirdilər.

Hazırda adada rəsmi nudist çimərlikləri qalmayıb. Lakin nudistlər arasında onlara qarşı qeyri-ciddi baxışlardan kənar olan məhşur çimərliklər var.

Kurortlardan birinin inzibatçısı danışır ki, onun iki oteli var və bu otellər özlərini geyimin məcburi olmamasıyla reklam edirlər.

O, Seminyak turistik mərkəzi rayonunda onlarla belə yerləri tanıdığını deyir. Onun sözlərinə görə, nudizm cəmiyyətin yüksək təbəqəsinin nümayəndələri arasında populyardır.

Çətin seçim

Aditya deyir ki, o, İndoneziya cəmiyyətinin onun və naturist yoldaşlarının hamı kimi adi insan olmasını anlamasını istəyir.

"İnsanların əksəriyyəti qeyri-adi bir şeylə qarşılaşınca aqressiya və anlamazlıq göstərirlər. Onların transseksualları necə döydüklərinə baxın ", - o, qeyd edir.

"Biz pornoqrafiya ilə məşğul olmuruq. Məni əxlaqsızlıqda ittiham edəndə və heyvan adlandıranda mən çox kədərlənirəm. Mən özüm olmaq istəyirəm, burda dəhşətli bir şey yoxdur. Axı mən kiməsə ziyan yetirmirəm."

Bəzən o, çox istəyir ki, onu eşitsinlər və sosial şəbəkələrdə cəfəngiyyat yazmağa son qoysunlar. Lakin düşündükdn sonra o, vaxtını və gücünü internet trolleri ilə boş və faydasız mübahisələrə sərf etməmək qərarına gəlir.

"Həmsöhbətlərimin çoxu hələ də çılpaqlığa səbrlə yanaşmağı öyrənməyiblər ", - deyə Aditya etiraf etməyə məcburdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş