Rusiyaya məxsus vertolyotun qalıqları Şpitsbergen arxipelaqı yaxınlığında aşkar edilib

Ми-8 Fotonun müəllifi AFP
Image caption Rusiya məxsus Mi-8 vertolyotunun Barentsburg-da 2011-ci ild' ,'kilmi. fotosu

Norveçin axtarış-xilasetmə qrupu göyərtəsində 8 nəfərlə Arktikada dənizə düşən, Rusiyaya məxsus Mi-8 vertolyotunun qalıqlarını aşkar edib.

Rəsmilərin bildirdiyinə görə, cümə axşamı günündən yoxa çıxmış vertolyot Şpitsbergen (Svalbard) arxipelaqının Barentsburg məntəqəsi yaxınlığında, okeanın dibində aşkar edilib.

Norveç polisi qəzaya uğramış vertolyotda olanların şəxsiyyətini müəyənləşdirməklə məşğul olacaq, bəyanatda deyilir.

Barentsburg-da Rusiya konsulu deyib ki, vertolyot, göyərtəsində 5 nəfər ekipaj üzvünü və 3 alimi daşıyıb, onların hamısı Rusiya vətəndaşı olub.

Güman edildiyinə görə, vertolyotun göyərtəsində olanların hamısı həlak olub.

Vertolyot yerli vaxtla saat 15:35 (13:35 GMT) yoxa çıxıb.

Vertolyot Rusiyanın kömür hasil edən Arktikugol şirkətinə məxsus olub.

Fotonun müəllifi Lev Fedoseev/TASS
Image caption Barentsburq arxipelaqın ikinci böyük yaşayış məntəqəsi sayılır.

Şpitsbergen arxipelaqı Norvecə məxsusdur, lakin Rusiyanın orada bir neçə kömür mədəni var, Barentsburğ-da rusiyalı kömür mədənçiləri icması məskunlaşır.

1920-ci ildə bağlanmış çoxtərəfli beynəlxalq müqaviləyə əsasən, Şpitsbergen hərbisizləşdirilmiş zona sayılır və Rusiya bu arxipelaqda təsərrüfat fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir, 100 ilə yaxındır kı, arxipelaqda Rusiya şaxtacıları işləyir.

Barentsburg - arxipelaqın ikinci böyük yaşayış məntəqəsi sayılır.

Mi-8 vertolyotu Rusiyaya məxsus Piramida kömür mədənçiləri qəsəbəsindən Barentsburg-a doğru uçarkən qəzaya uğrayıb.

Barentsburg və Piramida qəsəbələrində yaşayanların ümumi sayı təxminən 500 nəfər təşkil edir.

Bu barədə daha geniş