Trump-ın keçmiş köməkçisi vergi fırıldaqçılığında ittiham olunur

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Trump-ın keçmiş köməkçisi Paul Manafort (solda) FBİ idarəsinə gəlir

Donald Trump-ın prezidentlik kampaniyası üzrə keçmiş meneceri Paul Manafort ABŞ-ı aldatmaq niyyətilə Ukraynada fəaliyyət göstərməkdə təqsirləndirilir.

Cənab Manafortvə onun biznes həmkarlarından biri Rick Gates-ə qarşı 12 ittiham irəli sürülüb.

İttihamlar Rusiyanın ABŞ seçkilərinə müdaxilə iddialarından qaynaqlanır.

Aydın olub ki, cənab Trump-ın digər məsləhətçisi bu ay Rusiya ilə münasibətlərinə dair yalan danışmaqda ittiham olunub.

Cənab Manafort və cənab Gates-ə qarşı ittihamların cənab Trump-ın seçki kampaniyası ilə əlaqəsi olmadığı deyilir. İttihamlar hər iki şəxsin 2015-ci ilədək Ukrayna ilə biznes əlaqələrinə aiddir.

Robert Mueller-in rəhbərliyi ilə həyata keçirilən istintaq Rusiya ilə Trump kampaniyası arasında hər hansı bağlılığın olub-olmadığını araşdırır. Hər iki tərəf hər hansısa sözləşmənin olmasını inkar edir.

Xəbərlə bağlı tvit edən cənab Trump, ittihamların onun seçki kampaniyası ilə bağlı olmadığını bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş