Fransa: İslam alimi Tariq Ramadan zorlamalarda ittiham olunur

Henda Ayari on BFMTV, 30 Oct 17 Fotonun müəllifi BFMTV website (screenshot)
Image caption Henda Ayari, Fransa televiziyasına deyib ki, Tariq Ramadan onu Paris otelində 2012-ci ildə döyüb və zorlayıb.

Fransada prokurorlar iki qadının zorlandıqları barədə irəli sürdüyü iddiaları araşdırır.

Qadınlar, tanınmış İslam alimi və Oxford professoru Tariq Ramadan tərəfindən zorlandıqlarını bildirib.

Onlardan biri, Henda Ayari, Fransa televiziyasına deyib ki, Tariq Ramadan ona Paris otelində 2012-ci ildə hücum edib.

"O, vəhşi heyvan kimi üstümə atıldı", - qadın deyib.

Facebook səhifəsində professor Ramadan ittihamları özünə qarşı aparılan "yalan kampaniyası" adlandıraraq rədd edib və deyib ki, onun vəkili qadınları "böhtana" görə məhkəməyə verəcək.

Henda Ayari bir vaxtlar üzünü örtən müsəlman paltarında gəzib, hazırda isə feminist hərəkatının fəalıdır.

O deyib ki, Hollywood məşhuru Harvey Weinstein ətrafında seks qalmaqalı başlandıqdan sonra Ramadana qarşı ittiham irəli sürmək fikrinə gəlib.

Twitter səhifəsində #MeToo həştəqindən istifadə edərək qadınlar cinsi zəmində təcavüzə məruz qaldıqları barədə postlar paylaşır.

Fransada həmin həştəqin ekvivalenti "donuzunu ifşa et" kimi tərcumə olunan #balancetonporc həştəq sayılır.

Henda Ayari bundan əvvəl öz kitabında iddia etdiyi təcavüz hadisəsini ad çəkmədən təsvir etmişdi.

Fransada yerli televiziya kanalına danışan xanım deyib ki, o, Ramadanın otel otağına İslam haqqında sual soruşmaq üçün gəlmişdi.

Qadın etiraf edib ki, həmin dövrdə o, Tariq Ramadanın pərəstişkarı olub.

"O, məni çox möhkəm öpdü... sonra bir neçə saniyə ərzində məni boğdu, fikirləşdim ki, öləcəyəm", - iddia edilən zorlama hadisəsini təsvir edən Henda Ayari deyib.

İkinçi qadın - İslamı sonradan qəbul edib - iddia edir ki, Tariq Ramadan onu Lyon otelində 2009-cü ildə zorlayıb.

Tariq Ramadan bu iddiaları rədd edərək, özünə qarşı "çoxdankı əleyhdarları tərəfindən idarə olunan böhtan kampaniyasının aparıldığını" bildirib.

Fotonun müəllifi AFP
Image caption Tariq Ramadan İslam üzrə ziddiyətli alimlərdən sayılır (2011-ci ilin fotosu)

İslam alimləri arasında Tariq Ramadan ziddiyyətli və nüfuzlu fiqur sayılır.

O, təməlçi İslama tənqidi yanaşır, lakin şərhçilər hesab edir ki, Tariq Ramadan siyasi İslamı dəstəkliyir.

İsveçrə vətəndaşı olan Ramadan, Müsəlman Qardaşlığı hərakatının yaradıcısı Həsən əl-Bənnanın nəvəsidir.

2009-ci ildən o, Oxford-da müasir İslam araşdırmaları professoru vəzifəsini tutur və eləcə də, Britaniya Xarici İşlər nazirliyinin dini azadlıq məsələləri üzrə məşvərətçi qrupunun üzvüdür.

Əlaqəli mövzular

Bu barədə daha geniş