Rusiya ilə əlaqəli postlar “126 mln amerikalı Facebook istifadəçisinə çatdırlıb”

Faecbook Fotonun müəllifi AFR/Getty Images
Image caption Facebook deyir ki, təxminən 80 min post ABŞ prezident seçkisindən əvvəl və sonra yayılıb

Son iki ildə təxminən 126 milyon amerikalı Rusiyada mənzillənən əməliyyatçılar tərəfindən yerləşdirilmiş postları görmüş ola bilər, sosial şəbəkə hesab edir.

Facebook bildirib ki, təxminən 80 min post 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisindən əvvəl və ya sonra yayılıb.

Postların əksəriyyəti bölücü sosial və siyasi mesajlardan ibarət olub, şirkət açıqlayıb.

Facebook bu rəqəmləri Senatda Twitter və Google-la birlikdə dinləmələri gözlənən ərəfədə açıqlayıb. Onlar Rusiyanın populyar saytlara təsirlərini ətraflı izah edəcəklər.

Rusiya Donald Trump-ın Hillary Clintona qalib gəldiyi sonuncu prezident seçkisinə təsir göstərməsi ittihamlarını rədd edir.

80 min post 2015-ci il iyun və 2017-ci il avqust aralığında yayılıb.

Facebook deyib ki, bu postlar Kremlə bağlı olan Rusiya şirkəti tərəfindən paylaşılıb.

Reuters yazır ki, Facebook-un baş məsləhətçisi Colin Stretch bu hərəkətlərin, Facebook-un "ünsiyyət yaratmaq və digər missiyasını pozduğunu" deyib:

"Biz yeni təhlükəyə dayanmaq üçün əlimizdən gələn hər şeyi etməyə qərar verdik".

Bazar ertəsi Google da açıqlayıb ki, Rusiya trolları You Tube portalına 18 müxtəlif kanaldan 1000-dən çox video yükləyib, Washington Post yazır.

Bu arada Twitter aşkarlayıb və şübhələnib ki, 2752 hesab Rusiya İnternet Araşdırmaları tərəfindən izlənir, Reuters bildirir.

Facebook nə deyir?

Facebook-a əsasən 29 milyon istifadəçi 2015-ci ilin iyun ayı ilə 2017-ci ilin avqust ayınadək sayta yerləşdirilmiş 80 min postu bilavasitə görə bilib, ABŞ mediası Senata təqdim olunacaq sənədə istinadən xəbər verir.

Facebook bildirir ki, Kremllə bağlı şirkət tərəfindən hazırlanan postlar layk, paylaşım və şərhlər vasitəsilə yayılaraq 10 milyonlarla istifadəçiyə çatdırılıb.

"Bu hərəkətlər Facebook-un icma yaratmaq vəzifəsinə və bizim bütün dəyərlərimizə ziddir", - Facebook şirkətinin baş məsləhətçisi Colin Stretch bildirib. "Bu yeni təhlükəni aradan qaldırmaq üçün əlimizdən gələni etməkdə qərarlıyıq".

Başqa sosial şəbəkələr nə deyir?

Bazar ertəsi Google bildirib ki, Rusiya trolları YouTube-dəki 18 kanal vasitəsilə 1000 siyasi video yayıb.

Şirkətə görə, onları izləyənlərin sayı az olub və videoların amerikalıları hədəf aldığını demək üşün dəlil yoxdur.

Bu arada Twitter Rusiyada mənzillənən Internet Research Agency ilə bağlı 2,752 hesabı müəyyən etdikdən sonra bağlayıb.

2016-cı ilin sentyabrından başlayaraq noyabr ayına kimi həmin hesablardan 131 min klip post edilib.

  • Noyabr 2016: Facebook-un təsisçisi Mark Zuckerberg deyir ki, "Facebook-dakı saxta xəbərlərin (ABŞ-dakı) seçkilərə təsiri barədə ideya bütün baxımlardan kifayət qədər sərsəm səslənir.
  • Avqust 2017: Facebook bildirir ki, o saxta xəbərlərlə mübarizə aparmaq məqsədilə onları fakt yoxlayanlara göndərdikdən sonra nəticələri internetdə çap edəcək.
  • Oktyabr 2017: Google seçkilərə təsir göstərmək üçün Rusiya agentlərinin on minlərlə dollar xərclədiyini təsdiqləyən dəlil aşkar etdiyini bildirir.
  • Oktyabr 2017: Seçkilərə müdaxilə cəhdilə bağlı iddialar fonunda Twitter Russianın RT və Sputnik media qurumlarından reklam sifarişini qadağan edir.