Emin və Araz Ağalarovlar Rusiya-Trump qalmaqalının qəhrəmanları sırasında

Putin - Trump Fotonun müəllifi Getty Images

Bəli, televiziya ekranlarındakı heç bir seriya filmi bu qədər maraqlı ola bilməz.

Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi və Trump-ın seçki kampaniyası ilə Kreml arasında əlaqənin olub-olmaması ilə bağlı davam edən istintaq, hər gün bir yeniliklə müşayiət olunur.

House of Cards onun yanında heç nədir.

Moskva ilə Trump komandası arasında iddia olunan əlaqələri araşdıran xüsusi prokuror Robert Mueller tərəfindən artıq üç nəfər ittiham olunub.

Əsl siyasi seriya filminin ilk üç mövsümünün əsas qəhrəmanları ilə tanış olun.


Birinci Mövsüm - Seçki

Bu, televiziya ulduzu Donald Trump-ın prezident kampaniyasına başlayaraq seriala start verdiyi ilk mövsümdür.

Onu ailəsi dəstəkləyir və yavaş-yavaş rusiyalıların diqqətini də cəlb etməyə başlayır.

Mövsüm qərəzli sual ilə bitir: kənar şəxs Trump, qalib gələ bilərmi?

Mövsüm bitəli bir xeyli olsa da, gəlin onun əsas qəhrəmanlarını xatırlayaq.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump - Boss

O kimdir? Donald Trump milyarder namizəddir (və Üçüncü Mövsüm bitənə qədər Birləşmiş Ştatların 45-ci prezidenti olacaq).

Süjet xətti Donald Trump-ın başı seçki kampaniyası çərçivəsində ölkəboyu gəzintiyə qarışdığı müddətdə, ABŞ kəşfiyyatı rəsmiləri onun Demokratik rəqiblərinin e-maillərinin Rusiya tərəfindən ələ keçdiyi xəbərini yayırlar.

Sual yaranır ki, niyə? Kreml seçkinin nəticəsini qarışdırmağa çalışırmı və Trump və komandası nə bilirdi?

Əgər belədirsə, Donald Trump davam edən Rusiya istintaqında nəyisə ört-basdır etməyə çalışıbmı?

Fotonun müəllifi Reuters
Image caption Paul Manafort - Menecer

O kimdir? Adı Rusiya oliqarxları və Ukrayna ilə əlaqəli ittihamlarda hallandıqdan sonra, istefaya getməyə məcbur edilən Paul Manafort, Trump-ın seçki kampaniyasının meneceri olub.

Süjet xətti Paul Manafort on ildən çox Ukraynada siyasi məsləhətçi kimi çalışıb. 2016-cı ilin avqustunda Rusiya yönlü qruplarla əlaqəsi barədə ittihamlardan sonra, kampaniya rəhbərliyi vəzifəsindən istefa verib.

Eləcə də o, Trump komandasını xüsusi məlumatla təmin edən rusiyalı hüquqşünas ilə görüşdə iştirak edib (bu haqda daha ətraflı bir az sonra).

2016-cı il seçkisi ilə bağlı olmayan başqa 12 ittiham - buraya pul yeyintisi də daxildir - üzrə bəraət qazanıb.

Onun biznes həmkarlarında biri olan Rick Gates də ittihamları rədd edib.

Biz onunla Üçüncü Fəsildə yenidən rastlaşacağıq. Belə ki, istintaqın bir hissəsi kimi Federal Təhlükəsizlik Bürosu (FTB) onun evində axtarış aparıb.

Fotonun müəllifi Getty Images
Image caption Oğul Donald Trump - Bossun oğlu

O kimdir? Prezidentin ən böyük övladıdır. Rusiyalılar ilə görüşündən xəbərdar olduğumuz Trump ailəsinin üzvü. Böyük sual isə görüşün səbəbinə ünvanlanıb: niyə?

Süjet xətti Oğul Donald Trump-ın rolu, musiqi publisisti (müfəssəl məlumat Üçüncü Mövsümdə üzə çıxacaq) tərəfindən təşkil edilən rusiyalı hüquqşünasla görüş ilə bağlıdır. Əgər təsadüfi səslənirsə, demək ki elədir.

2016-cı ilin iyununda Rob Goldstone adlı publisist ona, hüquqşünas Nataliya Veselnitskaya ilə görüş təklif edir və söz verir ki, o, Oğul Trump-a Hillary Clinton-a qarşı tutarlı məlumat verə bilər.

"Aydındır ki, yüksək səviyyəli və həssas məlumatdır, amma bu, Rusiya və onun hökumətinin cənab Trump-a olan dəstəyinin bir hissəsidir," Goldstone yazıb.

"Əla səslənir," Oğul Trump cavab verib və publisist ilə hüquqşünası Trump Tower Qülləsinə dəvət edib. Görüşdə Trump komandasından Jared Kushner və Paul Manafort da iştirak ediblər.

Bu görüş süjet xəttində əsas yeri tutur ki, ortaya bir neçə mühüm sual da çıxarır.

Bu böyüklükdə seçki kampaniyası xarici dövlət ilə əlbir aparılıb? Niyə o, görüşə razılıq verib?

Oğul Donald-a əsasən görüş Rusiyanın qəbul siyasəti barəsində olub. Veselnitskaya isə Rusiya hökumətinin agenti olmadığını deyir.

Amma bu səhnə, hər hansısa uyğunsuzluğu müəyyənləşdirmək üçün təhqiqatçıların dəfələrlə nəzərdən keçirəcəkləri bir səhnədir.


İkinci Mövsüm - Keçid

Donald Trump tənqidçilərini prezident seçilərək çaşdırdı.

Lakin keçid ilk mövsümdəki qədər həyəcanvericidir.

Belə ki, Trump-ın yeni kabinetinin üzvləri arasında aparıcı obrazları bir az dəyişib.

Mövsüm Trump-ın soyuq bir yanvar səhəri andiçməsi ilə bitir - amma daha maraqlı məqamlar hələ qabaqdadır.

Fotonun müəllifi Getty Images
Image caption Michael Flynn - General

O kimdir? Bu qaraqabaq simalı keçmiş general, Donald Trump kabinetinin ən az xidmət göstərən üzvü olur.

O, bir rusiyalı rəsmi ilə münasibəti haqqında səmimi məlumat vermədikdən sonra, istefaya getməyə məcbur edilir.

Bəs o, nə bilirdi və bu haqda kiməsə danışıbmışmı?

Süjet xətti Michael Flynn, keçmiş prezident Obamanın məsləhətinin əksinə seçkidən bir neçə gün Trump tərəfindən sonra milli təhlükəsizlik müşaviri təyin edilir. Flynn, 2016-cı ilin dekabrında Rusiya səfiri Sergey Kislyak ilə söhbətindən sonra məşhurlaşır.

Washington Post və New York Times deyib ki, onlar Rusiya sanksiyalarını müzakirə ediblər və sonradan Flynn vitse-prezident Mike Pence-ə müzakirə haqqında yalan danışıb (Kislyak isə bildirib ki, onlar "adi mövzulardan" danışıblar).

FTB Flynn-i istintaqa cəlb edir və artıq məsələdə prezidentin də adı hallanır - agentlik Trump-ın bu məsələni ört-basdır etmək cəhdini araşdırır.

Fotonun müəllifi Getty Images
Image caption Sergey Kislyak - Səfir

O kimdir? Filmin bir çox yolları bu adamda kəsişir - 2017-ci ilin iyuluna qədər Rusiyanın Washington-dakı səfiri - şən və xarizmatik obraz Sergey Kislyak.

Süjet xətti Kislyakın bu məsələdəki rolu aydın deyil.

Amma bizim aktyor heyətimizin kişiləri ilə baş tutan bir neçə görüşü onu da səhnəyə gətirib.

Prokurorlar üçün onunla bağlı iki əsas sual var: Niyə məhz Kislyak və arada nə danışılıb? Rusiya səfiri həm Flynn, həm də Sessions ilə danışıb. Trump rəsmiləri görüşlərdən bixəbər olduqlarını bildiriblər.

Onun haqqında bilməli olduğumuz başqa nə isə varmı?

Rusiya, CNN-in Kislyakin ilə bağlı "casus və casusları işəgötürən" ittihamlarına qarşı sərt mübarizə aparmalı olub.

Fotonun müəllifi Getty Images
Image caption Jeff Sessions - Amerikanın Baş Prokuroru

O kimdir? Jefferson Beauregard Sessions Alamaba ştatının senatoru və Trump-ın etibarlı məsləhətçisi kimi Birinci Mövsümdə arxa planda hərəkət etsə də, onu İkinci Mövsümdə üzə çıxır.

Sonra isə Trump-ın baş prokurorluğa namizədinə çevrilir.

Süjet xətti Sessions, Trump komandasının Rusiya səfiri Sergey Kislyak ilə görüşən üzvlərindən biridir və onun səfir ilə görüşlərinin təbiəti ilə bağlı cavabsiz bir neçə sual var.

FTB təhqiqatı Trump-ın seçki kampaniyasına yönləndiyindən, Sessions məsələdən uzaq idi. Bu qərar böyük gərginliyə səbəb oldu.

Sessions isə Rusiya ilə münasibəti ilə bağlı fikirləri "dəhşətli və həssas yalan adlandırıb."


Üçüncü Mövsüm - Prezidentlik

Bu mövsümdə filmimiz artıq sürətlə inkişaf etməyə və süjet xətləri kəsişməyə başlayır.

Birinci mövsümün arxa plan obrazları kəskin şəkildə önə çıxır və daxili çəkişmələr dərinləşir.

Hələ hiss olunmasa da artıq polis də məsələni əhatələməyə başlayıb.

Fotonun müəllifi Reuters
Image caption Nataliya Veselnitskaya - Ara düzədlən

O kimdir? ABŞ-ın Rusiyaya qarşı məhdudiyyətlərinə qarşı mübarizə aparan, qorxunc reputasiya və qalmaqala meylli rusiyalı hüquqşünas. Bəs Kremlin marionetkası deyilmi? Özü deyir ki yox.

Süjet xətti Kiçik, amma vacib rol. Oğul Trump, Kushner və Manafort ilə 2016-cı ilin iyununda görüşən qadın.

Bu haqda məlumat, yalnız Trump prezident seçildikdən sonra yayılır.

O deyir ki, görüşün mövzusu tamamilə başqa şey olub.

Fəqət görüşü təşkil edənlər deyirlər ki, o, Demokratlar və Hillary Clinton-un kampaniyasına qarşı təklif irəli sürüb. Görüş isə bir nəfər olmasa baş tutmazdı:

Fotonun müəllifi Getty Images
Image caption Ağalarovlar - Pop ulduz və atası

Onlar kimlərdir? Emin Ağalarov Azərbaycanın ən böyük pop ulduzudur, heç şübhəsiz.

Love is a Deadly Game (Sevgi Ölümcül Bir Oyundur) adlı mahnısını eşitməmiş olmazsınız.

Emin, Donald Trump-ın Miss Universe yarışının Rusiyada təşkilində köməkçi olub və onlar bir-birlərinə doğum günü təbriki göndərəcək qədər yaxındırlar.

Onun atası Araz, Moskvanın nüfuzlu yuxarı çevrələri ilə oturub-duran milyarderdir.

Süjet xətti Oğul Trump-ın görüşü planının arxasında duran şəxs məhz Emindir.

Oğul Trump-a göndərilən e-maildə Emin Demokratlar haqqında məlumat təklif edib (Emin isə bunu təkzib edir).

E-maildə həmçinin deyilir ki, Araz Ağalarov Rusiyanın "kral prokuroru" - belə bir vəzifə yoxdur, sən demə - ilə görüşüb və Hillary Clinton haqqında məlumat əldə edib.

Fotonun müəllifi Getty Images
Image caption Sally Yates - İnadkar hüquqşünas

O kimdir? Mövsümün qalan hissəsində böyük rol oynayan və bilinməyən bir yerdən peyda olan müdafiəçi obraz.

O, Sessions posta təyin olunmamışdan qabaq baş prokuror olub. Və sonra işdən çıxarılıb...

Süjet xətti Ağ Evə Flynn-in rusiyalılarla görüş haqqında həqiqəti söyləmədiyini xəbərini verən də o olub.

Rusiyalıların görüşdən xəbərdar olub, Ağ Evin xəbərsiz olması faktının Flynn-i şantaj üçün uyğun olduğu barədə iddialar irəli sürüb.

Bəs qazancı nə oldu? Donald Trump onu bir neçə həftə sonra əlaqəsiz bir əsasla işdən çıxardı.

O zamanda bəri Yates, prezidentin davamlı tənqidçisinə çevrilib.

Fotonun müəllifi Reuters
Image caption Rod Rosenstein - Müavin

O kimdir? O, Jeff Sessions-un rəhbərliyi altında baş prokurorun müavini olur.

Rusiya qalmaqalı televiziya silsiləsində onun rolu, üzünü tanıyıb adını xatırlamadığınız Broadway aktyoruna bənzəyir.

Süjet xətti Adı, əsas istintaqdan uzalqlaşandan sonra a rəhbərlikdən Trump-Rusiya əlaqələrində iştiraka enən Sessions-dan sonra, işi icra etmək Rosenstein-in boynuna düşür.

Given Sessions stood down from leading the main investigation into the Trump-Russia ties, it fell to Rosenstein to do that job.

İnkişaf edən hadisələr fonunda o, xüsusi prokuror təyin olunur. Bu Ağ Ev üçün fərqli bir addım olur.

FTB rəhbəri Comey-in işdən çıxarılmasını məsləhət bilən də odur. Prezident də bu təklifin tərəfdarı idi.

Fotonun müəllifi Getty Images
Image caption Jared Kushner - Kürəkən

O kimdir? Trump-ın qızı İvanka ilə evli olan Kushner, görünsə də, haqqında az eşidilən obrazdır.

Süjet xətti Nepotizm izlərinin artdığı bir dövrdə ona Ağ Evdə vəzifə həvalə edilib: prezidentin baş müşaviri.

Bu oyunda adının çəkilməsinə səbəb isə seçki kampaniyası ərzində və daha sonra rusiyalılarla münasibətidir. 2016-cı ilin iyununda oğul Donald Trump və rusiyalı hüquqşünasın iştirakı ilə baş tutan HƏMİN görüşdə Kushner də olub.

Onun sözlərinə görə, görüş o qədər cansıxıcı olub ki, oradan çıxmaq üçün köməkçisinə mesaj yazaraq ona zəng vurmasını istəyib.

Kushner həm də Rusiya səfiri Sergey Kislyak ilə əlaqəsi olan heyət üzvüdür.

Özü təkzib etsə də, səfirlə telefon əlaqəsi qurmaq və 2016-cı ilin dekabrında Moskva ilə gizli planlar barədə danışıqlarda ittiham edilir.

Amma prokurorlar onun bu görüşləri öncədən üzə çıxarmadığını bilmək istəyirlər.

Fotonun müəllifi Getty Images
Image caption Jay Sekulow - Prezidentin hüquqşünası

O kimdir? Ağ Ev, "bütün suallarınızı Cənab Trump-ın vəkilinə yönləndiririk" dedikdə bu kişini nəzərdə tuturlar.

Süjet xətti Washington DC hüquqşünaslara zəngin bir şəhərdir, amma onların heç biri Jay Sekulow qədər mühüm deyillər.

O, prezidentin şəxsi hüquqşünasıdır. Bir çox siyasi sima kimi o da talk şou aparır, amma adətən ekranlarda istintaqla bağlı son xəbərlər fonunda Ağ Evi müdafiə edərkən görünür.

Fotonun müəllifi Reuters
Image caption Rob Goldstone - Musiqi agenti

O kimdir? Keçmiş sarı mətbuat jurnalisti bu britaniyalı, gülməli papaqlarla selfi çəkdirməyi çox sevir.

Ola bilsin ki, adının burada hallanması qəribə səslənir, amma bütün seriallarda bir qəribə obraz olur.

Süjet xətti Rob Goldstone Donald Trump çevrəsinə, rusiyalı pop ulduz Emin Ağalarov ilə münasibət sayəsində yol tapır.

Goldstone pop ulduzun meneceri olur və oğul Donald Trump ilə müştərisi adına əlaqə qurur.

Beləliklə, 2016-cı ilin iyununda Trump Tower Qülləsindəki görüş baş tutur. Bu istintaqın əsasında dayan e-mail yazışmasında Goldstone oğul Trump-a bildirib ki, ona Hillary Clinton-a qarşı məlumat ötürə bilər.

Goldstone-un tərcümeyi-halının digər önə çıxan tərəfi, Rusiyada keçirilən Miss Universe yarışındakı işi və bu yolla Donald Trump ilə görüşüdür.

Fotonun müəllifi Reuters
Image caption James Comey - FTB Rəhbəri

O kimdir? İki metrdən azca hündür boya malik James Comey, özünü ələ verməsə də, bu hekayədə ən böyük şəxsi rola malik simadır.

Süjet xətti Serialda ilk dəfə adı Birinci Mövsümdə çəkilir. FTB rəhbəri kimi Hillary Clinton-un e-maillərnin açılması istintaqının yenidən açır.

Bu, seçkidən bir neçə həftə əvvəl baş tutur. Demokratlar onu məğlubiyyətinin səbəbkarı kimi gördükləri halda, Respublikaçılar qəhrəman elan edirlər. Amma onun rolu bununla bitmir.

Trump-ın prezidentlik müddəti başladıqdan bir neçə ay sonra, yeni prezident Comey -i işdən çıxarır.

Əsl televiziya seriya filmində o bu xəbəri, Los Angeles-ə səfəri zamanı televiziyadan alardı. Artıq Comey Trump kampaniyası ilə Rusiya arasındakı əlaqə üzrə başladılan istintaqa rəhbərlik edirdi. Buna görəmi işdən qovuldu?

Onun Senatdakı ifadəsi serialın ən həyəcanlı səhnələrindən biri olub. Belə ki, o, siyasətçilərdən prezidentə qarşı sədaqət sözü vermələrini istəyi ittihamını rədd edib.

Həmçinin deyib ki, Trump ondan Michael Flynn-in istintaqa cəlb edilməməsini istəyib.

Fotonun müəllifi Getty Images
Image caption Robert Mueller - Prokuror

O kimdir? Trump-ın prezidentlik müqəddəratını həll edə biləcək kişi.

Süjet xətti Bəzi qəhrəmanlar daha çox gücə malik olsalar da, Rober Mueller qədər deyillər.

Bu kişi, James Comey-dən sonra, "xüsusi prokuror" kimi Rusiya istintaqını ələ alıb. Mueller Comey ilə eyni keçmişi paylaşır - hər ikisi keçmiş FTB rəhbəridir. Bəziləri buna görə Mueller-i qərəzsizlikdə ittiham edirlər.

Prezidentin Mueller-i işdən çıxaracağı barədə söz-söhbət gəzsə də, hələ ki, işinin başındadır.

15-dən çox vəkilin və 35-dən çox işçisinin olduğu komanda ilə o, sakitcə səhnə arxasında işini yerinə yetirir. Yeni cinayət ittihamları haqqında məlumatlar yayılır və tezliklə həbslər baş tutacaq.

Mueller-in işi Konqresdəki siyasətçilərin gördüyü işlə demək olar ki eynidir, amma o, istənilən kəsə qarşı ittihamı cinayət işi kimi irəli sürə bilər.

Dördüncü Mövsüm və sonrası üçün o, çox böyük rol oynaya bilər.

Bu barədə daha geniş