Martin Luther-in inqilabının 5 "əlavə effekti"

A portrait of Martin Luther hangs at the German Historical Museum in Berlin Fotonun müəllifi Getty Images
Image caption 1517-ci il oktyabrın 31-də Martin Luther Roma Katolik Kilsəsininə sərt tənqid ünvanlayıb.

Bu ilin oktyabrın 31-də Martin Luther-in Roma Katolik Kilsəsininə ünvanlanmış sərt tənqidin dərc olunmasının və Reformasiyanın başlanmasının 500 illiyi tamam olur.

500 il bundan əvvəl baş verən həmin hadisələr Xristianlığı birdəfəlik dəyişdirən Protestantlıq hərəkatının yaranmasına təkan vermiş oldu.

Luther-in Romaya qarşı çıxışı bir çox nəticələr verdi, lakin onlardan bəziləri hətta xristianlığın parçalanmasından da daha gözlənilməz görünən nəticələrə gətirdi.

Fotonun müəllifi Getty Images
Image caption Hazırda hər 10 xristiandan təxminən 4-ü protestantdır.

Qadın və geylər üçün açıq qapı

Martin Luther rahiblər üçün nikahsızlıq qaydasını rədd edərək, Katharina von Bora adlı keçmişdə rahibə olmuş qadınla 1525-ci ildə evlənib, bununla da Reformasiyanın daxilində islahatlara təkan verilib.

Belə ki, Metodistlər 200 ilə yaxındır kı, qadınları da rahiblik vəzifələrinə təyin edir. Bu yaxınlarda isə, mühafizəkar dini dairələrin etirazına baxmayaraq, ABŞ-da Yepiskop Kilsəsi LGBT nümayəndələrinən rahib seçiminə icazə verib.

Fotonun müəllifi Getty Images
Image caption Martin King-in atası 16-cı əsrdə yaşamış Martin Luther-ə pərəstiş etdiyindən onun Luther adını qəbul edib.

ABŞVətəndaş Haqları Hərəkatı

1934-cü ildə ABŞ naziri Martin King Berlində keçirilən 5-ci Baptist Dünya Alyansı Qurultayında iştirak etmək üçün Almaniyaya səfər edib.

Geriyə qayıtdıqdan sonra o, 16-cı əsrin üsyançı xristian xadiminin xatirəsinə ehtiram əlaməti olaraq özünün və oğlunun adına Luther adını əlavə edib.

Onun oğlu, Martin Luther King isə böyüdükdən sonra 20-ci əsrin ən nüfuzlu şəxslərindən birinə çevrilib və Nobel sülh mükafatına layiq görülüb.

"Nasizm toxumları"

Məlumdur ki, antisemitizm əhval-ruhiyyəsi Almaniyada nasistlər hakimiyyətə yüksəldikdən əvvəl də mövcud olub.

Lakin antsemitizm toxumlarının bugünkü Almaniyanın yerləşdiyi ərazilərdə məhz Martin Luther-in səpələdiyindən çoxları xəbərsizdir.

1536-cı ilədək Martin Luther Reformasiya hərəkatı çərçivəsində yəhudiləri xristianlığa çevirməyə var gücü ilə çalışıb.

Lakin bu sahədə göstərdiyi bütün səyləri uğursuz olub, nəticədə, 1543-cü ildə işıq üzü görmüş onun "Yəhudilər və onların yalanı" adlı kitabında Martin Luther yəhudiləri pisləyərək onları cəzalandırmağa, o cümlədən, sinaqoqları yandırmağa və ravvinləri məcburi əmək sahələrinə göndərməyə çağırıb.

Image caption Dahi bəstəkar Bach bir əsr zaman kəsiyindən sonra musiqi əsərlərini yaradarkən Martin Luther-in ideyalarından və onun dini xadim kimi təcrübəsindən ilham alıb.

Mən Bach olacağam

İslahatlarının tərkib hissəsi kimi, Luther kilsələrdə keçirilən dini mərasimlərin təşkilinə də öz dəstxəttini tətbiq edərək, kilsədə xor qaydası ilə oxumağın əhəmiyyətini önə çəkib, kilsələrdə xor müğənniliyini dinin qavranması prosesinin vacib və ayrılmaz tərkib hissəsi olduğunu təsbit edib.

Bunun nəticəsində, Almaniyada xor müğənniliyi geniş inkişaf edib

Dahi alman bəstəkarı Johan Sebastian Bach (1685-1750) bir əsrdən sonra məşhur kantata əsərlərini yaradarkən Martin Luther-in ideyalarından və onun dini fəlsəfəsindən ilham alıb.

Image caption Otuzillik Müharibə çoxsaylı insan həyatı itkisi ilə nəticələnib.

"Orta əsrlərin Brexit-i"

Martin Luther dözünü Romaya sevdirə bilməyib.

1521-ci ilin yanvarında Papa Leo X, Martin Luther-i Katolik Kilsəsindən qovub.

Lakin bu qərara alman rahibinin ideyalarının geniş yayılmasının qarşısını ala bilməyib.

Alman cəmiyyəti, kəndlidən tutmuş alman knyazlarınadək Martin Luther-in ideyalarını qıəbul edərək onunla həmrəylik nümayiş etdirib.

Nəticədə, Martin Luther-in ideyalarından ilhamlanan alman knyazları və həmin dövrün alman elitası, Avropanın mərkəzində yerləşən və müxtəlif xalqların ərazisini özündə birləşdirən Müqəddəs Roma İmperiyasının hökmdarı Charles V-ə qarşı üsyana qaxdı.

Bununlada Müqəddəs Roma İmperiyasının dini və milli sinirlər boyu parçalanma prosesinə start verildi.

Bu proses "Otuzillik Müharibə" (1618-48) kimi tarixdə qanlı iz qoymuş hərbi münaqişəyə gətirib çıxardı.

İmperiya tədricən dağılmağa başladı və proses rəsmi olaraq 1806-ci ildə başa çatdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş