Facebook-da dostluq təklifi “təcavüz” sayıla bilərmi?

Sharmeen Obaid-Chinoy Fotonun müəllifi Getty Images

Pakistanlı Oskar mükafatı qalibi olan film rejissoru və prodüseri Sharmeen Obaid-Chinoy bir sualla ölkəsində böyük müzakirəyə səbəb olub - Facebook-da dostluq təklifi "təcavüz" sayıla bilərmi?

Hər şey, onun bacısının xəstəxanaya gedişilə başladı. Müayinədən keçdikdən sonra, rejissorun bacısı həkimindən Facebook dostluq təklifi aldı.

Buna qəzəblənən xanım Obaid-Chinoy Twitter-də şərh yazaraq sosial şəbəkədə qızğın müzakirəyə səbəb oldu.

Fotonun müəllifi Sharmeen Obaid / Twitter
Image caption "#Pakistanda heç bir hədd yoxdur! Dünən gecə bacım AKU təcili yardıma getdi və ona baxan həkim onu Facebook-da əlavə etməyə çalışdı 1/2"
Fotonun müəllifi Sharmeen Obaid / Twitter
Image caption "Mən tamamilə anlamıram necə təcili yardım müayinəsindən keçən xəstələrə baxan həkim bir qadın pasientin məlumatını alaraq ona dostluq təklifi göndərməyin məqbul olduğunu düşünür! 2/2 qeyri-əxlaqi"
Fotonun müəllifi Sharmeen Obaid / Twitter
Image caption "Lakin o sataşmaq üçün səhv qadınları və səhv ailəni seçib və mən onun barəsində mütləq şikayət edəcəm! Təcavüzə son qoyulmalıdır!"

Xanım Obaid-Chinoy-un Facebook dostluq təklifini "təcavüz" kimi təsvir etməsi, onu hadisəyə aşırı reaksiya verməkdə təqsirləndirən bir çox pakistanlıdan qəzəbli cavablara səbəb olub.

Onu dəstəkləyənlər deyirlər ki, Obaid-Chinoy-un tənqidçilərindən gələn şərhlərdə qadınlara qarşı nifrət hissi sezir.

Onun tənqidçilərindən biri, jurnalist Ali Moeen Nawazish, Facebook-dakı dostluq təklifinin təcavüzlə müqayisəsini "gülünc" doğurduğunu deyir və təcavüzün əsil qurbanlarına pis təsir edəcəyini deyib.



"Daha nə qalıb? Bir qələm xahiş etmək təcavüz olacaq?...Kiməsə üç saniyə baxmaq təcavüz olacaq???", o, əlavə edib və xanım Obaid-Chinoy-u "Pakistanı rüsvay" etməkdə günahlandırıb.

Bundan sonra cənab Nazawish həkimin tvitlərə görə vəzifəsindən azad edildiyini deyib, lakin digər mənbələr Aga Khan Universitet Xəstəxanasının daxili araşdırma apardığını və bu müddətdə onun işindən müvəqqəti olaraq uzaqlaşdırıldığını bildirirlər.

Xanım Obaid-Chinoy-un "namus qətlləri" və turşu hücumu qurbanları barədə çəkdiyi sənədli filmləri müsbət rəylər qazanıb və, o, keçmişdə də buna bənzər ittihamlarla üzləşib.

O, Pakistanın bəzi ərazilərində qadınlara qarşı zorakı və nifrətdən doğuran ənənələri işıqlandırdığına görə Pakistana qarşı "satqın" olmaqda təqsirləndirilib. Onun Twitter-dəki şərhləri bu tənqidlərin bir daha səslənməsinə səbəb olub və, o, ölkənin imicinə zərər vurmaqda təqsirləndirilib.

Bəziləri onun "səhv qadınları və səhv ailəni" kəliməsinə görə, onu özünü yüksək təbəqə üzvü kimi digərlərindən üstün saymaqda təqsirləndirib. Lakin bu ittihamlarına cavabında, xanım Obaid-Chinoy deyib: "mənim ailəmdə qadınların güclü olduğunu" demək istəyirdim, "üstünlüyə və ya xüsusi gücə malik olduğumu" demək istəmirdim.

Lakin bu, ona qarşı Twitterdə hücumlara son qoymayıb. Bəziləri onun başqa kişilərlə şəkillərini paylaşaraq, bunun riyakarlığın əlaməti olduğunu idda ediblər. Digərləri Facebook-da saytlar yaradaraq başqalarını ona dostluq təklifi göndərməyə cəlb etməyə çalışıblar.

Fotonun müəllifi Saith Abdullah / Twitter
Image caption "Sharmeen Obaid-in bədəninin yarısı bu Hollywood aktyoruna dəyir, lakin o, bir keçəl həkimdən gələn dostluq təklifinə görə özünü təcavüz qurbanı sayır."

Bəzi insanlar isə dostluq təklifinin təcavüz həddinə çatıb-çatmadığını sual altına qoyublar.

Fotonun müəllifi Hamza Ali Abbasi / Twitter
Image caption "Məhşur olmamışdan da əvvəl mən, mənimlə qəflətən tanış olan qadınlardan dostluq təklifləri almışam. Amma mən onları "təcavüz" ittihamları ilə təqib etmədim."

Lakin onu müdafiə edənlər də olub.

Pakistanlı yazıçı Bina Shah, BBC-yə deyib ki, direktora qarşı yönələn "işgəncə və nifrət" onu təəccübləndirmir.

"Hər dəfə (patriarxiyaya) qarşı mübarizə aparanda sənə qarşı dərhal zərbə gəlir", Shah deyib.

Başqa bir bəyanatında Obaid-Chinoy yazıb ki, "təəssüf ki, söhbət qadınların təhlükəsizliyi, qeyri-əxlaqi hərəkətlər və təcavüzdən kənarlaşıb".

O, həkimin bacısı üzərində "çox məxfi müayinə" keçirdiyini və bundan sonra internetdə onun "şəkillərinin altında şərhlər yazıb onu dostluğa əlavə etməyə" çalışdığını deyib.

O, həmçinin "yad adamlardan tez-tez istənilməyən dostluq təklifləri" aldığını, lakin bacısının üzləşdiyi hadisənin "həkim və pasient arasında etibara" ziddiyyətli olması ilə fərqləndiyini deyib.

Pakistanın Tibbi və Stomatologiya Şurası BBC-yə bildirib ki, şuranın etik qaydalarında sosial şəbəkələr barədə söhbət edilməsədə, tibbi işçilərin vəzifələrindən istifadə edərək pasientlər və ya onların qohumları ilə emosional və ya cinsi əlaqə yaratmağa səy göstlərmək qadağandır.

Qalmaqalın mərkəzində olan həkimin şəxsiyyəti açıqlanmasa da, Pakistanda başqa bir xəstəxananın sahibi bəyanat yayaraq ona iş təklifi verib:

Fotonun müəllifi Hashmanis Hospital / Facebook
Image caption "Bir həkim keçmiş pasientinə Facebook-da dostluq təklifi göndərdiyinə görə işindən təcavüzə görə çıxarılıb. Bizim təşkilat bunu cinsi təcavüz hesab etmir. Bizə hələ bu həkimin əlaqə nömrəsi məlum deyil, lakin kimdəsə bu varsa lütfən bu ismarıcı ona yollayın. Bizim müdirlik ona Hashmanis Xəstəxanasının təcili yardım departamentində əvvəlki maaş və vəzifəyə bərabər şərtlərlə iş təklif edir. #Dəyişikliket #Hərəkətlərsözlərdəngüclüdür #Dəyişiklik -Baş İcraçı Direktor"

Secunder Kermani-nin bloqu

Bu barədə daha geniş