Britaniya mətbuatı: Türkiyə dini dövlətə doğru daha bir addım atır

Turkey

"The Telegraph" yazır ki, Türkiyədə müftilərə vətəndaş nikahlarını bağlamaq və ya kəbin kəsmək üçün icazə verən yeni qanun qəbul edilib.

Ölkənin liberal tənqidçiləri bildirirlər ki, bu qanun Türkiyənin dünyəvi konstitusiyasına ziddir.

Prezident Recep Tayyip Erdoğan tərəfindən bu həftə imzalanmış yeni qanun hökumət tərəfindən təyin edilmiş müftilərə, nikah rəsmiləri kimi vətəndaşların nikah qeydiyyatını həyata keçirmək icazəsi verir.

Bu qanundan əvvəl vətəndaşlara dövlət nikah qeydiyyatı ilə yanaşı, həm də də müsəlman kəbin ayinini icra etdirmək imkanı verilirdi.

İndiki qanun isə ümumiyyətlə dövlət nikah rəsmilərinin qeydiyyatı olmadan da evlənmək şəraiti yaradır.

Türkiyənin əsas müxalifət partiyası CHP bu qanunun qəbuluna kəskin müqavimət göstərirdi. Tənqidçilərin fikrincə qanun AKP hökumətinin ölkəni islamlaşdırmaq xəttinin davamıdır.

"Siz təhsildən nikaha qədər dövlətin bütün seqmentlərini dinləşdirmisiniz. Bu dünyəviliklə daban-dabana ziddir" - deyib CHP-dən millət vəkili Murat Bakan.

Liberal türklər həm də bundan narahatdırlar ki, nikah barədə bütün qeydiyyat sənədləri müftinin idarəçilyində qalcaq.

Vətəndaş haqları qrupları bildirirlər ki, müftilər nikaha daxil olan qızların azyaşlığına göz yuma bilərlər və beləliklə də azyaşlıların evləndirilməsi arta bilər.

Türkiyədə uşaq evliliyi (18 yaşından az) 15 faiz təşkil edir və bu bütün dünya üzrə yüksək göstərici sayılır.

Girls Not Brides (Qızlar Gəlin Olmamalıdır) kampaniyaçı qrupu bildirir ki, Türkiyədə uşaq evliliyinə dair göstərici rəqəm əslində daha yüksək ola bilər.

Müstəqil millət vəkili Aylin Nazlıaka deyib ki, qanun uşaqlara qarşı seksual təcavüzə birbaşa yol açır.

Türkiyə hökuməti isə bildirir ki, yeni qanun qeydiyyatsız nikahların sayını azaldacaq və dindar ailələrin dövlət nikahına daha çox can atmasına şərait yaradacaq.

"Bu qanun qeyri-rəsmiliyi ləğv edəcək" - deyib Erdoğan.

O bu qanun barədə danışarkən onu tənqid edən CHP-ni xalqdan uzaq düşməkdə ittiham edib.

ABŞ Londonu aldadıb?

Fotonun müəllifi Press Eye
Image caption 2003-cü ildə İraqa qarşı müharibəyə başlamaq barədə Bush administrasiyasının qərarını Britaniyanın o dövrdəki Baş naziri Tony Blair dəstəkləmişdi.

"The Guardian" yazır ki, ABŞ Müdafiə Nazirliyi İraqa müdaxilə etməzdən əvvəl Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olmadığını bilirmiş.

Bu sensasiyalı bəyanatı Britaniyanın keçmiş baş naziri Gordon Brown verib.

Keçmiş baş nazir fövqəladə bəyanatında açıqlayıb ki, ABŞ kəşfiyyat məlumatı Britaniyaya təqdim olunmayıb və bu da hadisələrin sonrakı inkişafını tamamilə dəyişdirib.

O həm də vurğulayıb ki, İraq müharibəsini araşdıran Chilcot komissiyası bu məsələyə baxmayıb.

Bu bəyanatdan belə çıxır ki, Britaniya hələ ortalıqlda dinc variantlar olduğu halda müharibəyə qoşulub.

Beləliklə Brown faktiki olaraq Londonun ABŞ tərəfindən bilərəkdən azdırılıdığını iddia edib.

Brown bu barədə özünün təzəcə çapdan çıxmış "Mənim həyatım, bizim dövrümüz" kitabında yazır. Keçmiş baş nazir dəfələrlə öz-özündən sual edir: Görəsən o müharibəni dayandırmaq üçün daha nələrisə edə bilərdimi?

O yazır ki, maliyyə naziri kimi onun kəşfiyyat informasiyasına çıxışı məhdud olsa da, MI6 onu İraqda kütləvi qırğın silahının olmasına əmin etmişdi.

Fotonun müəllifi PA
Image caption Sensasiyalı bəyanat Britaniyanın keçmiş baş naziri Gordon Brown-un təzəcə çapdan çıxmış "Mənim həyatım, bizim dövrümüz" kitabında dərc olunub.

"The Guardian" qəzetində dərc olunmuş məqalədə deyilir ki, keçmiş baş nazirin bu bəyanatı ölkədə İraq müharibəsinə dair debatları yenidən qızışdıra bilər.

Brown 2002-ci ilə aid çox həyati sənədlərə toxunur və qeyd edir ki, bu sənədlərdə İraqın kütləvi qırğın silahına malik olduğuna dair dəlillər "yox dərəcəsində zəif idi".

"Nəzərə alsaq ki, İraqın istifadə oluna biləcək kimyəvi, bioloji və nüvə silahı yox idi, deməli ona qarşı müharibə də ədalətli ola bilməzdi" - yazır Brown.

O yazır ki, 2007-ci ildə baş nazir vəzifəsinə gələn kimi Britaniya qoşunlarını İraqdan çıxarmaq istəyib. Qoşunlar nəhayət 2009-da çıxarılıb.

Əlaqəli mövzular