Şəkillərdə: Yaxın Şərqdə yaralıları sağaltmağa çalışan hospital

Sərhədsiz Həkimlər - Medecins Sans Frontieres (MSF) təşkilatının İordaniyadakı xüsusi hospitalı Yaxın Şərqdə son illərin amansız münaqişələrində yaralanan və xəsarət alanlara kömək etməyə çalışır.

Xəstələr arasında İraq, Suriya və Yəmən vətəndaşları var.

Onlar xəstəxanada fizioterapiya müalicəsi, psixoloji yardım və müasir cərrahiyə xidməti ilə təmin olunub.

Ötən 10 il ərzində hospitalda bütün yaş seqmentlərindən olan 4,500 pasiyentin üzərində 1,000-dən çox cərrahiyyə əməliyyatı keçirilib.

Həmin xəstələrdən 10-nun əhvalatı.

Şəmsə

Shamsa Fotonun müəllifi Alessio Mamo/ MSF

Hələbdə ailəsilə birlikdə nahar edəndə, evinə bomba düşüb.

"Bizim ailəmizdə hamımız birgə nahar edirik. Beş bacı və iki qardaşıq.", - o deyir.

Partlayış nəticəsində onun üzü yanıb.

Shamsa Fotonun müəllifi Alessio Mamo/ MSF

Cərrahlar onun yanıqlarının örtülməsi üçün əlavə dəri nümunələri əldə etmək məqsədilə qızın boğazında dəriartrma qurğusu yerləşdiriblər.

Aişə

Aisha Fotonun müəllifi Alessio Mamo/ MSF

Ayuş kimi çağırılan Aişə Yəməndəndir.

O, rəqs etməyi sevir.

Altı aylığında olarkən onun üzü və sol qolu yanıb.

MSF hospitalına gətirilməzdən əvvəl Yəməndə o, dörd cərrahiyyə əməliyyatından keçib.

Hospitalda onun yanıq çapıqlarının azaldılması üzərində iş getməklə yanaşı, onun yanmış qolu üçün protez də hazırlanır.

Aisha Fotonun müəllifi Alessio Mamo/ MSF

"Ayuş getdikcə düzəlir. Yavaş-yavaş, amma vəziyyəti yaxşılaşır", - onun atası deyir.

Yusif

Yousef Fotonun müəllifi Alessio Mamo/ MSF

Yusif Bağdaddandır. O, motosiklet sürməyi sevir. Günlərin bir günü, maska taxmış bir qrup kişi onun motosikletini oğurlayır, özünə isə od vurur.

O, elə ağır yanmışdı kı, çənəsi boğazına yapışmışdı.

İndi isə, çoxsaylı cərrahiyyə əməliyyatlarından sonra o, yenə özü, kənardan yardım olmadan yeyir, içir və geyinə bilir.

Yousef Fotonun müəllifi Alessio Mamo/ MSF

Bu yaxınlarda o, ilk dəfə olaraq, yenidən motosiklet sürməyə başlayıb.

Qatada

Qatada Fotonun müəllifi Alessio Mamo/ MSF

Qatada 2015-ci ildə Yəməndə, Aden şəhərində maşın sürərkən minaya düşüb.

Partlayışın gücü onu maşının oturacağından vurub atıb.

Nəticədə, o, bir ayağını itirib, digəri isə Yəməndə hospitalda amputasiya edilib.

Qollarının hər ikisi zədələnib.

Qatada Fotonun müəllifi Alessio Mamo/ MSF

Sinir transplantasiyası da daxil çoxsaylı cərrahiyyə əməliyyatlarından sonra, o, indi özü geyinə bilir.

O yaralanandan, onun və arvadının üçüncü oğlu olub. Onlar günlərin bir günü Qərbə köçəcəklərinə ümid edirlər.

Manal

Manal Fotonun müəllifi Alessio Mamo/ MSF

İraqdan olan Manal 2015-ci ildə Kərkük şəhərində raket partlayışı nəticəsində xəsarət alıb.

Özünü İslam Dövləti (İD) adlandıran qrup Həvicə şəhərini alandan sonra onun anası və iki qardaşı daha təhlükəsiz sayılan Kərkükə gəlmişdi.

Manal Fotonun müəllifi Alessio Mamo/ MSF

11 yaşlı qız rəsm çəkməyi və gitarada çalmağı sevir.

MSF hospitalında onun çoxsaylı dostları var.

Məhəmməd

Mohammad Fotonun müəllifi Alessio Mamo/ MSF

Suriyadan olan 23 yaşlı Məhəmməd 2016-cı ilin noyabrında Homs kənarında yaralanıb.

Qumbara partlayışı nəticəsində onun cənəsi və dişləri parçalanıb.

O danışa bilməyib, yemək isə onun üçün dözülməz dərəcədə ağrıverici prosesə çevrilib.

Mohammad Fotonun müəllifi Alessio Mamo/ MSF

35 cərrahiyyə əməliyyatından sonra Məhəmməd deyib: "İndi danışa bilirəm".

MSF hospitalında o oxumağı və yazmağı öyrənib və indi özünü "90% yaxşı" hiss edir.

İndi o, ailəsi və dostlarını görmək üçün Suriyaya qayııdacağı günü gözləyir.

İbrahim

Ibrahim Fotonun müəllifi Alessio Mamo/ MSF

Yəmənli İbrahim 2015-ci ildə Sanaa şəhərində evi bombalanan zaman sağ qalıb.

Aldığı yara isə nənəsinin evində baş verib - uşaq, işərisində kanalizaiya borularında əmələ gələn tıxacları əridən maye olan şüşədən qurtum alıb.

Kimyəvi turşu maddəsi onun ağzını yandırıb, dodaqları bişərək biri-birinə yapışıb, nəticədə uşaq çeynəməli yeməkləri yeyə və danışa bilməyib.

Ibrahim Fotonun müəllifi Alessio Mamo/ MSF

Çoxsaylı əməliyyatlardan sonra o, indi yenidən dodaqlarını ayıra və ağzını açabilir.

Uşağın atası indi yenidən oğluna danışmağı öyrədir.

Vail

Wa’el Fotonun müəllifi Alessio Mamo/ MSF

Yəməndən olan Vail futbolçudur, o 28 cərrahiyyə əməliyyatından keçib, yəni əməliyyatların sayı yaşı ilə bərabərdir.

O, 2011-ci ildə yaralanmışdı... keçmiş prezident Ali Abdullah Saleh əleyhinə etirazlar zamanı.

Polis etirazçılara qarşı güc işlətdi, Vail üz, kürək, əlləri və qollarından üçüncü dərəcəli yanıq yaraları aldı.

Wa’el Fotonun müəllifi Alessio Mamo/ MSF

"Yanıqlardan sonra, zahiri görünüşümə görə bayıra çıxmırdım. Lakin çoxsaylı əməliyyatlardan sonra və buradakı insanların sayəsində özümü daha rahat hiss etməyə başladım, çoxlu dostlarım var indi."

Amal

Amal Fotonun müəllifi Alessio Mamo/ MSF

İraqdan olan Amal dərzidir, o, Kərkükdə yaralanıb.

Nənəsi ilə bazarlıq etdiyi zaman avtomobilə yerləşdirilmiş bomba partlayıb, nəticədə, qız yaralanıb.

"Üstüm yanırdı, sinəmdəki odu söndürməyə çalışırdım - əllərimdə yandı. MSF hospitalına gətiriləndə boynum bişərək sinəmə bitişmişdi.", - o, xatırlayır.

23 yaşlı Amal deyir ki, yanıqlar onun zahiri görünüşünü elə dəyişmişdi ki, heç oğlu da onu tanımadı.

Çoxsaylı əməliyyatlardan sonra, indi Amal yenidən dərzilik edir və İraqdakı qohumu üçün hazırda paltar tikir.

Amal Fotonun müəllifi Alessio Mamo/ MSF

Bütün şəkillərə müəlliflik hüququ qorunur.

Bu barədə daha geniş