Səudiyyə şahzadəsi və 7 rəsmi vertolyot qəzasında həlak olub

A Saudi special forces helicopter in silhouette against the sun, pictured flying during a graduation ceremony for new soldiers in May 2015 Fotonun müəllifi Getty Images
Image caption Foto: Səudiyyə xüsusi təyinatlıları 2015-ci ildə Ər-riyadda vertolyotla uçurlar

Səyahət etdiyi vertolyotun Yəmənlə sərhəd yaxınlığında qəzaya uğraması nəticəsində Səudiyyə Ərəbistanının şahzadəsi və başqa yeddi rəsmi həlak olub, dövlət televiziyası xəbər verir.

Asır vilayətinin qubernatorunun müavini olan şahzadə Mansur bin Muqrin vertolyotda bir sıra rəsmi şəxslərlə səhayət edirmiş, Al-Ikhbariya news kanalı bildirir.

Vertolyotun hansı səbəbə görə qəzaya uğraması məlum deyil.

Hadisədən bir gün əvvəl Səudiyyə Ərəbistanı bildirib ki, Ər-riyad hava limanının yaxınlığında Yəməndən buraxılan ballistik raket ələ keçirilib.

Həmçinin həftə sonu, anti-korrupsiya təmizləməsində onlarla insan, o cümlədən 11 şahzadə və dörd nazir saxlanıb.

Korrupsiyaya qarşı mübarizə aparan orqana vəliəhd şahzadə Məhəmməd bin Salman rəhbərlik edir.

Qəzada həlak olmuş şahzadə Mansur bin Muqrin, daha bir sabiq vəliəhd şahzadənin oğludur.

Fotonun müəllifi @alekhbariyatv

Onun atası Muqrin bin Əbdüləziz 2015-ci ildə taxt-taca sahib olduqdan bir neçə ay sonra atabir qardaşı kral Salman tərəfindən kənara sıxışdırılıb.

Vertolyotun digər sərnişinlərinin taleyi qeyri-müəyyən olaraq qalır, lakin Səudiyyə xəbər agentliyi Okaz deyir ki, təsdiqlənməmiş hesabatlar sağ qalanların olmadığını bildirir.

Məlumatlara görə, qrup həmin vaxt bölgənin hava nəzarətini aparırmış.

Əlaqəli mövzular

Bu barədə daha geniş