Paradise Sənədləri: Ticarət katibi Wilbur Ross-un sanksiyaya məruz qalan rusiyalılarla əlaqəsi

Wilbur Ross Donal Trump-ın siyasi və biznes karyerasında mühüm rol oynayıb Fotonun müəllifi AFP
Image caption Wilbur Ross Donal Trump-ın siyasi və biznes karyerasında mühüm rol oynayıb

Donald Trump administrasiyasının yüksək vəzifəli üzvü ilə prezident Vladimir Putinin sanksiyaya məruz qalan rusiyalı müttəfiqləri arasında biznes əlaqələri ortaya çıxıb, Paradise Sənədlərində göstərilib.

Ticarət katibi Wilbur Ross, Rusiyanın enerji şirkəti Sibur üçün neft və qaz nəql edən və illik gəliri milyonlarla ölçülən Navigator Holdings-də pay sahibidir.

Sibur-un iki əsas səhmdarı ABŞ sanksiyalarına məruz qalıb.

Ticarət nazirliyinin sözçüsü iddialar barəsində şərh verməyib.


Həmçinin oxuyun:


"Katib Ross, transokean yük gəmilərinə yönəlmiş istənilən məsələ ilə bağlı sualı cavablandırmaqdan imtina edir," sözçü BBC Panorama-ya deyib. O əlavə edib ki, katib, "etik standartları təmin etmək üçün Ticarət Departamentinin etik rəsmiləri ilə yaxından əməkdaşlıq edir".

Sibur-un başqa bir səhmdarı prezident Putin-in kürəkəni Kirill Şamalov-dur.

O, şirkətdə 3.9% paya sahibdir. Birləşmiş Ştatlar tərəfindən fərdi olaraq sanksiyaya məruz qalan və adına bağlı ən az 12 şirkətin olduğu bildirilən Gennadi Timçenko və əsas şirkəti Novatek-in sanksiyaya uğradığı Leonid Mixelson əsas payçılardır.

Sibur ilə cənab Şamalov sanksiyaya məruz qalmasalar da, cənab Şamalov-un atası Nikolay məruz qalıb.

Ticarət nazirliyinin sözçüsü deyib ki, cənab Ross bu üç rusiyalı səhmdar ilə tanış deyil.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra, ABŞ bəzi sanksiyalar irəli sürüb. Qalan sanksiyalar isə Rusiyanın ötən ilki ABŞ prezident seçkilərinə müdaxiləsi iddialarından sonra tətbiq edilib.



Sızmalar yenidən Donald Trump komandası ilə Rusiya arasındakı əlaqələr haqqında suallar doğuracaq. Onsuz da, onun prezidentliyi Rusiyanın seçki nəticələrinə müdaxiləsi ilə bağlı iddialarla müşayiət olunur. O, iddiaları "saxta xəbərlər" adlandırıb. Məsələ üzərində xüsusi prokuror araşdırma aparır.

Wilbur Ross və Donald Trump 25 ildən artıqdır ki tanışdırlar. Cənab Ross, 1990-cu illərdə cənab Trump-ın Atlantic City-də açılan kazinosu Tac Mahalın iflası sazişində - şirkət və kreditor arasında razılaşdırılmış saziş - əsas rolu oynayıb.

"Wilbur Ross olmasa idi, Donald Trump indi Ağ Evdə olmazdı," Trump-ın bioqrafı David Cay Johnston BBC Panorama-ya söyləyib.

Böyük müştəri

Wilbur Ross tərəfindən əsası qoyulan WL Ross & Co, ilk dəfə Navigator Holdings-ə 2011-ci ildə sərmayə qoyub.

Müəyyənləşib ki, cənab Ross, Kayman adalarında yerləşən bir sıra şirkətlər vasitəsilə Navigator Holdings-də maddi maraqlarını qoruya bilir.

Kayman adalarında bu şirkətlərin bəzilərini cənab Ross, ticarət katibi təyin edildikdən sonra üzə çıxarıb. Lakin qaydalara əsəsən, Navigator Holdings-dəki payını üzə çıxarmaq məcburiyyətində olmayıb.

Holding-in 2016-cı ildə dərc olunan illik hesabatda göstərilib ki, onun 31.5%-i cənab Ross-un paya sahib olduğu şəxslərə aiddir. Bununla belə, cənab Ross-un şəxsi holdinqinin dəyəri açıqlanmayıb.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump Tac Mahal kazinosunda, 1990-cı il

Trump ilə Ross-un tanışlığı

1990-cı ildə uzun müddət davam edən maddi mübarizənin sonunda Donald Trump Atlantic City şəhərində Tac Mahal adlı üçüncü kazinosunu açır.

Amma işi yaxşı getmir. Cənab Trump bu iş üçün 14% kreditlə 675 milyon dollar borc götürübmüş. Pulu geri qaytarmaqda çətinlik çəkir.

Bu zaman Wilbur Ross köməyə çatır. Həmin vaxt Rothschild Inc-də işləyən Ross, Donald Trump-ın tərzini bəyənirmiş.

"Wilbur Ross, Donald Trump-ın iflasa uğrayıb, tarixin yaddaşına həkk olmasını istəmirdi, çünki Trump adındakı dəyəri sezə bilirdi," Trump-ın bioqrafı David Cay Johnson deyir.

Bu ilki Concordia İllik Sammitində cənab Ross söyləyib: "Böyük maliyyə basqısı altında olan insanları tanıdıqda, onların nəyə qadir ola biləcəyinə baxmaq lazımdır və o, çətinlikdə olan bizneslərin sahiblərinin hamısından daha güclü əsaslara sahib idi."



Bir öncədən hazırlanmış iflasdan sonra, Donald adı borcdan çıxaraq Forbes-ın varlılar siyahısına tərəf yol alır.

Wilbur Ross 2012-ci ildə Navigator-un idarə heyətinin üzvü olur. Amma ticarət şöbəsi bildirib ki, o, eyni ildə Navigator Sibur ilə nizamnamə müqaviləsi imzaladıqda heyət tərkibində olmayıb.

Lakin cənab Ross, cənab Timçenko və cənab Mikelson-un Novatek şirkəti də daxil olmaqla, ABŞ rusiyalılılara 2014-cü ilin mart və noyabr ayları arası sanksiya qərarı tətbiq edərkən, idarə heyəti üzvü olub.

Bu dövr ərzində Navigator Sibur ilə biznesini artırmağa başlayır. Bu enerji şirkəti 2015-ci ildə Navigator-un ümumi gəlirinin 9.1%-ni təşkil edib. Navigator-un öz göstəricilərinə görə bu rəqəm 2014-cü ildə 5.3% olub.

Cənab Ross 2014-cü ilin noyabrında Navigator-un idarə heyətini tərk etsə də, onu yerini Ross qrupun ortağı Wendy Teramoto alıb və 2017-ci ilə qədər vəzifəsində qalıb.

2016-cı ilin göstəricilərinə əsasən, Sibur Navigator-un ən böyük beş müştərisindən biri olub. Rusiya qazını Avropaya ötürərək Putin-in sanksiyalı müttəfiqlərinə böyük gəlir gətirib.

Bu il Navigator Sibur ixracında istifadə olunan donanma sayını dörd dəfə artırıb. 2014-cü ildə Sibur, Navigator-un gəlirinin 68 milyon dollarını təmin edib.

Cənab Ross-un hansısa qaydaları pozması ilə bağlı təklif yoxdur.

Fotonun müəllifi Getty Images
Image caption Wilbur Ross prezident Donald Trump-ın administrasiyasında ticarət katibidir

Prezident Barack Obama dövründə ABŞ-ın Rusiyaya sanksiyaların təqdimatına nəzarət edən Daniel Field Panorama-ya bildirib ki, istənilən amerikalı rəsminin Sibur ilə işbirliyi qurması yanlışdır.

"Mən müştərilərimə Sibur-dan, sanksiyaya məruz qalan və ya sanksiyaya məruz qalan şəxslərlə əlaqəsi olan hər kəsdən uzaq qalmağı məsləhət bilərdim... ən azından reputasiya riskinə görə."

Amma görünür ki, cənab Ross, daşıma şirkəti ilə yaxın münasibətdə olub.

Bloomberg-ə əsasən, prezident Trump tərəfindən ticarət katibi təyin edilən günün axşamı cənab Ross New York-da bir restorana baş çəkib və burada Navigator Holding-in rəhbərliyi onu yeni vəzifəsi münasibətilə təbrik edib.

Deyilənlərə görə cənab Ross Navigator-un icraçı direktoruna söyləyib ki, "Sizin maraqlarınız mənimki ilə üst-üstə düşür. ABŞ iqtisadiyyatı böyüyəcək və Navigator bundan xeyir götürəcək."

Navigator-un digər əsas müştərilərindən biri də Venesuela dövlət neft şirkəti PDVSA-dir. Həmin şirkət də bu il ABŞ sanksiyalarının hədəfi olub.

Ticarət şöbəsindən bildirilib ki, cənab Ross "Administrasiyanın Rusiya və digər ölkələrlə bağlı sanksiyaları ümumən dəstəkləyir".

Paradise Sənədləri nədir?

Paradise sənədləri, əsasən Appleby adlı ofşor hüquq şirkətindən sızmış nəhəng sayda sənədlərdən və 19 vergi yurisdiksiyalarının korporativ qeydiyyat siyahılarından ibarətdir. Bu sənədlər bir çox siyasətçilərin, məhşurların, biznes liderlərinin və korporativ nəhənglərin maliyyə əlaqələrinə işıq salır.

13.4 milyon sənəd Almaniyanın Süddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu (International Consortium of Investigative Journalists - BTJK) ilə paylaşılıb. BBC üçün təhqiqata onun Panorama proqramı, The Guardian qəzeti də daxil olmaqla, 67 ölkədə 100 media təşkilatının iştiraki ilə həyata keçirilən beynəlxalq miqyaslı araşdırmanın tərkibində rəhbərlik edir. Sızılmış sənədlərin mənbəsi BBC-ə məlum deyil.

Bu barədə daha geniş