Paradise Sənədləri: Vergi açıqlamalarında Kanadanın baş nazirinin Justin Trudeau-nun da adı çəkilib

Justin Fotonun müəllifi Getty Images

Kanadanın Baş nazirinin əsas köməkçisinin ofşor layihələri ilə əlaqəsi, xalqın ödədiyi verginin milyonları hesabına başa gəlmiş kimi görünür, Paradise Sənədlərində göstərilib.

Açıqlamalar Justin Trudeau-nu utandıra bilər. Belə ki, o, vergidən yayınma və ya faydalanmaya qarşı kampaniya aparıb.

Sızmalarda cənab Trudeau-nun Liberal Partiyasının əsas fondçusu Stephen Bronfman və keçmiş senator Leo Kolber-in fəaliyyəti ilə bağlı suallara ortaya çıxıb.

Onların vəkilləri bildiriblər ki, vergidən yayınmaq üçün heç bir addım atılmayıb və hər şey qanuni şəkildə həyata keçirilib.

Paradise Sənədləri araşdırmasını Kanada televiziyası CBC və Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) birgə aparıb.

Onlar, sızmaların əsas mənbəyi olan ofşor hüquq şirkəti Appleby-da tapılan sənədlərdə cənab Bronfman-ın Claridge şirkətinin 20 ildən artıqdır ki, Kolber ailəsi üçün ofşora milyonlar nəql etdiyini bildiriblər.

Kolber Qəyyumluğu

Stephen Bronfman cənab Trudeau-nun əsas köməkçisi olmaqla yanaşı, yaxın dostudur və hakimiyyətində mərkəzi rol oynayır.

O, 2013-cü ildə cənab Trudeau-ya partiyasının liderlik mübarizəsində pul toplaması üçün kömək edib və sonra Liberal Partiyasının maliyyə mənbəyini idarə etməyə başlayıb.

Paradise Sənədlərində onunla bağlı əsas tapıntı, Clardige-in Kayman adalarında Leo Kolber adına qəyyumluğu idarə etməsidir.

Cənab Trudeau-nun atası Pierre tərəfindən senator təyin edilən və hazırda təqaüddə olan cənab Kolber, uzun illər Liberal Partiyasının əsas fondçusu olub və "Bagman" (Çanta adamı) ləqəbi qazanıb. Onun Bronfman ailəsi ilə - Kanadanın ən məşhur ailələrindən biri - dostluğu uzun illərə dayanır və o, Stephen-in xaç atasıdır.

Ötən il Stephen Bronfman ilə birgə təşkil etdiyi Liberal Partiyası ianə tədbiri Cənab Kolber-in evində keçirilib.

Stephen Bronfman kimdir?

Fotonun müəllifi Reuters
Image caption Stephen Bronfman (sağda) atası Charles ilə birlikdə

Bronfman ailəsi Kanadanın ən məşhur ailələrindən biridir.

Stephen-in babası Samueal Bronfman, dünyanın ən böyük alkoqol zavodu Seagram-ın əsasını qoyub.

Samuel-in oğlu Charles-in - Stephen-in atası - sərvəti 2.3 milyard dollardır. Stephen-in əmisi oğlu kiçik Edgar, Seagram-ı 2000-ci ildə Vivendi-yə sataraq ailə büdcəsindən milyardların itirilməsinə səbəb olmuşdu.

1963-cü il təvəllüdlü Stephen, hələ də icraedici direktoru olduğu özəl kapital şirkəti Clardige-i 1997-ci ildə ələ alır. Öncələri aşağı profillə fəaliyyət göstərir.

2013-cü ildə Justin Trudeau Liberal Partiyanın liderlik hərracında ianə yığa bilmək üçün ona müraciət edir. Qələbədən sonra, cənab Trudeau partiyanın maliyyə mənbəyinin idarə etməsini ondan istəyir. Cənab Bronfman cənab Trudeau-ya cavabında "çox, çox satıla biləndir" deyir.

2016-cı ilin martında o, cənab Truedau-nu Baş nazir kimi ilk dövlət səfərində, prezident Barack Obama ilə görüşdə müşayiət edir.

Liberal Partiyası CBC və ICIJ-yə bildirib ki, Milli Heyətdə cənab Bronfman könüllü iştirak edib və əməkdaşlığı təqdirə layiq olsa da, heç bir siyasi qərarda rol oynamayıb.

Sənədlərin izi Kolber Qəyyumluğunun fəaliyyəti ilə bağlı ciddi şübhələr doğurur. Belə ki, Qəyyumluğun əsası 1991-ci ildə cənab Kolberin oğlu Jonathan tərəfindən Kayman adalarında qoyulub.

Claridge-in idarə etdiyi qəyyumluğa milyonlarla dollar ötürülüb və onun böyük hissəsi Bronfman ailəsindən kredit şəkilində keçib.

Sızan sənədlərdə göstərilib ki, Bronfman kreditlərinin bir hissəsi faizsiz keçirilib. Bu isə vergi rəsmilərinə vergi yayınmasına işarə bir hal kimi görünə bilər.

Hətta ICIJ bir halda aşkarlayıb ki, ABŞ-da yerləşən Bronfman qəyyumluğundan Kolber Qəyyumluğuna keçirilən 3.1 milyon dollar kredit üçün ABŞ qanunları əsasında faiz ödənişi istənilir.

Fotonun müəllifi Reuters
Image caption "Bagman" ləqəbi qazanan Leo Kolber Liberal Partiyasının keçmiş fondçusu olub

Jonathan Kolber-in investisiya məsləhətçisi cənab Kolber-ə deyib ki, əgər faiz ödəsə, Clardige bunun bir yolunu tapacaq. Ona görə də şirkətə "həyata keçirilən dəqiqləşdirilməmiş xidmətlər" üçün tam o məbləğdə faktura yollasın.

Vergi mütəxəssisi Marwah Rizqi CBC-ə deyib ki, əgər doğru olarsa, "bu əsl borc mənasına gəlməyəcək".

Bununla belə, cənab Kolber və cənab Bronfman-ın vəkilləri ICIJ-ə bildiriblər ki, "ABŞ vətəndaşının faizsiz kredit götürməsi ABŞ qanunlarına zidd deyil. Əksinə, bəzi hallarda maraq anlayışı ilə qarşılanır".

Bu anlayış çox mürəkkəb bir konsepsiyadır. Belə ki, alınmasa belə, kreditin faizi alınmış kimi görünür. Bunun üçün adətən borcverənin ölkəsindəki vergi rəsmiləri, gəlirlərdə dəyişiklik etməli olurlar.

Digər bir sual isə qəyyumluğun təbiətilə bağlıdır. Onlar haqqında bir əsaslı qayda var ki, bu da qərarların oşfordakı qəyyumlar tərəfindən verilməsidir.

Əgər Kanadada həddən artıq çox qərar verilərsə, vergi rəsmiləri qəyyumluğun ofşor təbiətini sorğulayacaq və bu da təşkilat qurulan andan vergi mükəlləfiyyətlərini ortaya çıxara bilər, vergi mütəxəssisləri CBC-ə deyiblər.

CBC bildirib ki, Kanada ilə əlaqəni azaltmaq üç atılan bir neçə addıma rast gəlinib.

SOURCE DOCUMENT

Bir sənəddə, Monrealda yerləşən investisiya məsləhətçisi Don Chazan-a göndərilən fakturanın "qəyyumluğun xərcləri kimi yox, şəxsi xərclər kimi baxmaq gərəkdiyini" deyir. "Bu qəyyumluqlar ilə Kaymandan kənardakı vəsaitlər arasındakı formal əlaqənin bir qat az göstərilməsinə səbəb olur."

CBC ilə müsahibəsində Kolber Qəyyumluğunu kimin idarə etməsi ilə bağlı suala cavab olaraq Jonathan Kolber deyib ki, cənab Chazan "məsləhətçisidir. Qərarları verən də odur".

Fəqət, KolberBronfman vəkilləri ICIJ-ə bildiriblər ki, Kolber Qəyyumluğu Kayman adalarından idarə olunur və cənab Chazan "heç bir zaman Qəyyumluğu idarə etməyib".

Başqa bir şübhə isə Kolber Qəyyumluğundan ianə alan digər şəxsin ətrafında dolaşır: Jonathan-ın bacısı Lynn Kolber Halliday.

ABŞ vətəndaşı kimi ona göndərilən pulun vergisi yarana bilər. Onun adı sonralar qəyyumluqdan götürülüb.

Bir sənəddə deyilir ki, "onun qayğısına qəyyumluq başqa yolla qalacaq".

İsraildə yaşayan Jonathan, "qəyyumluğun hədiyyə payı əvəzinə, ona ərməğan göndərəcək".

Kolber və Bronfman vəkilləri ICIJ-ə deyiblər: "Şəxsi ərməğanlar maliyyə yardımının səciyyəvi bir hissəsidir."

"Məsələ üzrə köçürülmələr və ya vəsaitlərdən heç biri vergidən yayınma üçün istifadə edilməyib," deyə onlar əlavə ediblər. "Onlar tətbiq olunan qanun və tələblərin şərtlərinə tam uyublar."

İstənilən vergidən yayınma halı, vergidən yayınma və haqlı vergi uğrunda çalışan partiya üçün pis təsir bağışlayar.

Mart ayında cənab Trudeau "vergidən yayınanlar üzrə daha yaxşı işləyəcəyi" barədə söz vermişdi.

O, CBC/Radio-Kanadanın bir sıra varlı kanadalıların Man adasındakı şirkətlərlə əlaqəsi üzrə araşdırmasına cavabında demişdi:

"Boynuna düşən vergi payından yayınmaq qəbuledilməzdir. Biz cidd-cəhdlə bunun üzərində işləyirik."

Paradise Sənədləri nədir?

Paradise sənədləri, əsasən Appleby adlı ofşor hüquq şirkətindən sızmış nəhəng sayda sənədlərdən və 19 vergi yurisdiksiyalarının korporativ qeydiyyat siyahılarından ibarətdir. Bu sənədlər bir çox siyasətçilərin, məhşurların, biznes liderlərinin və korporativ nəhənglərin maliyyə əlaqələrinə işıq salır.

13.4 milyon sənəd Almaniyanın Süddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu (International Consortium of Investigative Journalists - BTJK) ilə paylaşılıb. BBC üçün təhqiqata onun Panorama proqramı, The Guardian qəzeti də daxil olmaqla, 67 ölkədə 100 media təşkilatının iştiraki ilə həyata keçirilən beynəlxalq miqyaslı araşdırmanın tərkibində rəhbərlik edir. Sızılmış sənədlərin mənbəsi BBC-ə məlum deyil.

Əlaqəli mövzular

Bu barədə daha geniş