Şimali Koreya ilə bağlı gərginlik fonunda Trump Çinə səfərə gəlib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
ABŞ prezidenti Donald Trump-ın təyyarəsi Çin paytaxtı Pekinə çatıb.

ABŞ prezidenti Donald Trump Çinə səfərə gəlib.

Səfər zamanı əsas diqqətin ticarət məsələlərinə və Şimali Koreya ilə gərginliyə veriləcəyi güman olunur.

Trump-ın təyyarəsi Pekində enib, onun Çin həmkarı Xi Jinping ABŞ prezidentinə təmtəraqlı qəbul mərasimi hazırlayıb.

Bundan əvvəl Cənubi Koreya parlamentində etdiyi çıxışında Trump Çini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb.


Həmçinin oxuyun:


Fotonun müəllifi Reuters
Image caption Donald Trump-ı aeroporta uşaqlar qarşılayıb

Donald Trump-ın Çinə gəlişi, onun Asiya ölkələrinə planlaşdırdığı səfərin növbəti mərhələsidir.

Bundan əvvəl, o, eləcə də Yaponiyada da səfərdə olub.

Pekinə çatmamışdan əvvəl, Donald Trump Çin prezidenti ilə "onun böyük qələbəsindən sonra", görüşü səbirsizliklə gözlədiyini bildirib.

Bu yaxınlarda keçirilmiş Çin Kommunist Partiyasının qurultayında Xi Jinping hakim mövqeyini daha da möhkəmləndirib, bu səbəbdən, təhlilçilər onun Trump ilə danışıqlarda mümkün güzəştlərə azmeyilli olcağanı zənn edir.

Trump-ın təbriklərinə baxmayaraq, iki lider arasında gərginliyin mövcudluğuna diqqət çəkilir, belə ki, Trump Çini, iddia etdiyi kimi, qeyri-ədalətli ticarət fəaliyyəti hallarına görə tənqid edir.

Bu barədə daha geniş