Barack Obama, Jake Gyllenhaal, Emma Watson... qoyunlar insanı üzdən tanıya bilir

Овца Fotonun müəllifi SPL
Image caption Qoyunlar, primatlar kimi, sifətləri tanıya bilir.

Britaniya alimlərinin müəyyən etdiyinə görə, qoyunların insan sifətlərini tanımaq qabiliyyəti var.

Belə ki, keçirilən təcrübədə iştirak edən qoyunlar kinoulduzlar Jake Gyllenhaal və Emma Watson, ABŞ-ın keçmiş prezidenti Barack Obama və BBC televiziyasının aparıcısı Fiona Bruce-u fotolarından tanıya bilib.

Keçirilmiş təlimdən sonra qoyunlar təqdim olunan müxtəlif şəkillərdən onlara tanış olanları seçməyə üstünlük verib.

Bu isə, alimlərə görə, qoyunların da, primatlar kimi, sifətləri tanımaq qabiliyyətinə malik olduğunu sübut edir.

Bundan əvvəlki təcrübədə qoyunların onlara tanış olan digər qoyunları və eləcə də onlara qulluq edən işçiləri üzdən tanıya bildikləri aşkar edilmişdi.

Təcrübələr 8 qoyun üzərində keçirilib.

Onlara bir neçə şəkildən tanış olan sifəti seçmək inkanı verilib.

Fotolar qoyunlara iki kompüter ekranında nümayiş etdirilib.

Düz seçim etdiyi təqdirdə, qoyun yemlə mükafatlandırılıb.

Fotonun müəllifi University of Cambridge
Image caption Təcrübədə məşhurların fotoportretlərindən istifadə olunub.

Təcrübə zamanı qoyunlara şəkillər müxtəlif bucaqdan da göstərilib, buna baxmayaraq, qoyunlar hər dəfə düzgün seçim ediblər.

Tədqiqatçılar indi qarşılarına yeni bir məqsəd qoyub - onlar, qoyunun, insanın sifətindəki ifadələri fərqləndirməyə qadir olub-olmadığını aydınlaşdırmağa çalışacaqlar.

Alimlər ümid edir ki, keçirilən tədqiqatların nəticələri Parkinson xəstəliyi və Huntington xəstəliyi kimi sinir tənəzzülü xəstəliklərini daha yaxşı anlamağa imkan yarada bilər.

Tədqiqatın nəticələri London Kral Cəmiyyətinin Open Science elmi dərgisində dərc olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş