Şəkillər: Tacikistan 1917-ci il inqilabından sonra

Fotonun müəllifi GAFUR SHERMATOV
Image caption Düşənbənin Azadlıq meydanı. Tacik muxtariyyətinin sakinləri TSSR-nin elan olunmasının birinci ildönümünü qeyd edir.

1917-ci ildə Xalq Komissarları Şurasının "Rusiya və Şərqin bütün zəhmətkeş müsəlmanlarına" müraciətində onların "azad və maneəsiz" milli həyatlarını qurmaq hüququ bəyan edilmişdi.

Tacik tarixçisi Qafur Şermatov Tacikistanın XX əsrdə simasını tanınmaz dərəcədə dəyişən və inqilaba həsr olunan unikal fotolar toplayıb.

Fotonun müəllifi GAFUR SHERMATOV
Image caption 1933-cü il, Düşənbə şəhərindəki yeddillik məktəbin siniflərindən birində

1924-cü ildə Muxtar Tacikistan SSR yaradıldı.

Beləliklə, taciklər ilk dəfə olaraq dövlət müstəqilliyi əldə etdi.

Beş ildən sonra TSSR tamhüquqlu SSRİ respublikasına çevrildi.

Fotonun müəllifi GAFUR SHERMATOV
Image caption Düşənbədə 1925-ci ildə tacik pionerlərinin ilk dəstəsi təşkil olunub.

Ötən əsrin 20-ci illərinin sonunda Tacikistanda hicaba qarşı fəal kampaniyaya start verildi.

Qadınlar üzlərini bağlayan baş örtüklərini çıxarıb atmağa başladı.

O dövrdə belə addım atan qadın özünü risk altına salırdı. Ötən əsrin 30-cu illərində qadın hüquqları uğrunda fəal mübarizə aparan Zeynəb-bibi Qurbanova vəhşicəsinə öldürülmüşdü.

Hicablarla mübarizə 10 ilədək çəkdi.

Fotonun müəllifi GAFUR SHERMATOV
Image caption Düşənbənin pərəncəni ilk dəfə çıxarmış sakinləri

Stalinabad Pedaqoji İnstitutunun tələbələri Moskvada keçiriləcək idman paradında iştirak etmək ərəfəsində məşq edir.

Cəmi 10-15 il bundan əvvəl Buxara əmirliyinin keçmiş əyaləti olan, Şərqi Buxarada belə bir mənzərəni görmək mümkünsüz idi.

Fotonun müəllifi GAFUR SHERMATOV
Image caption Stalinabad (Düşənbə), 1939-cü ilin mayı

Yeni hakimiyyətin qarşısında duran əsas vəzifələrdən biri savadsızlıqla mubarizə olub.

Tacik əlifbası əvvəlcə latın qrafikasına, 1939-ci ildə isə kirilə keçirildi.

Fotonun müəllifi GAFUR SHERMATOV
Image caption 1928-ci il. Düşənbədə savadsızlığı aradan qaldırmaq məqsədilə ilk kurslar təşkil edilib.

1927-1928-ci illərdə Düşənbədə ilk rus məktəbi açıldı.

Fotonun müəllifi GAFUR SHERMATOV

1925-ci il. TSSR MİK-in ilk dövlət binasının tikintisinə başlanılıb. İlk inşaatçılar respublikaya Rusiyanın Samara və Orenburq vilayətlərindən gələn sakinlər olub.

Fotonun müəllifi GAFUR SHERMATOV

1930-cu il. Düşənbədə Lenin adına küçədə ilk səkilərin qurulması işinə başlanılıb.

Fotonun müəllifi GAFUR SHERMATOV

1926-cı il. Düşənbədə sovet heykəltaraşı Vasiliy Kozlov tərəfindən işlənilmiş, Leninə ilk abidə açılıb.

Fotonun müəllifi GAFUR SHERMATOV

İlk müntəzəm "Düşənbə-Xoroq" hava reysi açılıb.

Bu, ən mürəkkəb uçuş marşrutlarından biri sayılır.

Sovet dövründə Dağlıq Bədaxşan müxtar vilayəti mərkəzinə gündə 15 reys həyata keçirilib.

İndi isə Pamirə uçuşlar, demək olar kı, tamamilə dayandırılıb.

Fotonun müəllifi GAFUR SHERMATOV

1966-cı il. Düşənbə. Məşhur Komsomol gölü - şəhər sakinlərinin sevimli istirahət yeri.

Qadınlar və kişilər o vaxt göl sahilində bir yerdə özlərini günəşə verib, istirahət edib.

İndiki dövrdə isə buna bənzər birgə istirahəti təsəvvür etmək çətindir.

Fotonun müəllifi GAFUR SHERMATOV

Pamirli ağsaqqallar ömürlərində ilk dəfə olaraq gerçək avtomobil görüblər.

Fotonun müəllifi GAFUR SHERMATOV

Stalinabadın (Düşənbə) ilk uşaq bağçalarından biri. 1931-1932-ci illər.

"Sovet uşaqları - ən sağlam və xoşbəxt uşaqlardır", - latın əlifbası ilə tacik dilində divara yazılmış şüarda deyilir.

Fotonun müəllifi GAFUR SHERMATOV

TSSR-in 10-cu ildönümü ilə əlaqədar keçirilən mitinqdə pioner qızlar.

Fotonun müəllifi GAFUR SHERMATOV

Əlaqəli mövzular

Bu barədə daha geniş