Səudiyyə anti-korrupsiya araşdırması 100 milyard dollar mənimsəmə aşkarlayıb

Ritz-Carlton Hotel's entrance gate in Riyadh, Saudi Arabia (5 November 2017) Fotonun müəllifi Reuters
Image caption Anti-korrupsiya əməliyyatyı çərçivəsində həbs edilən şəxslər ər-Riyadda yerləşən Ritz-Carlton-da saxlanılır

Səudiyyə Ərəbistanı baş prokuroru bildirib ki, ən az 100 milyard dollar son on illiklər ərzində sistematik korrupsiya və mənimsəmə yolu ilə sui-istifadə edilib.

Baş prokuror Şeyx Saud əl-Moceb, ötən şənbə günü başladılan anti-korrupsiya əməliyyatı çərçivəsində 201.

Onların heç birinin adı çəkilməsə də, içərilərinə şahzadələr, nazirlər və nüfuzlu biznesmenlər daxildir.

"Qanun pozuntusu haqqında dəlillər çox əsaslıdır," Şeyx Moceb deyib.

O vurğulayıb ki, bu pozuntu krallıqdakı normal kommersiya fəaliyyətinə təsir göstərməyib və yalnız şəxsi bank hesabları dondurulub.


Həmçinin oxuyun:


Şeyx Saud əl-Macub istintaqın ali anti-korrupsiya komitəsi tərəfindən aparıldığını deyib. Komitə, 32 yaşlı vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən təsis edilib və prokurorun sözlərinə görə, "istintaq sürətlə inkişaf edir".

O bildirib ki, istintaqa cəlb olunan 208 nəfərdən 7-si sərbəst buraxılıb.

"Aşkar olunan korrupsiyaya bulaşmış fərd və qurumların potensial miqyası çox böyükdür," baş prokuror deyib.

"Ötən üç il ərzində apardığımız istintaqa əsasən, ən azı 100 milyard dollar sistematik korrupsiya və mənimsəmə yolu ilə sui-istifadə olunub."

Şeyx Moceb deyib ki, komitə istintaqın növbəti mərhələsinə keçmək üçün tam hüquqi mandata sahibdir və istintaqa cəlb olunan şəxslərin bank hesabları çərşənbə axşamı günü dondurulub.

"Şübhəli bilinən fərdlərin şəxsiyyəti və onlara qarşı ittihamlar barədə dünyada böyük fərziyyələr dolaşır," o əlavə edib.

"Səudiyyə qanunvericiliyinə uyğun olaraq onların hüquqlarından yararlanmasını təmin edəcəyik və indiki halda barələrində heç bir şəxsi məlumat verməyəcəyik. Hər kəsdən istintaq prosesi əsnasında cəlb olunan fərdlərin şəxsiyyət məxfiliyinə qarşı hörmətli olmağı xahiş edirik."

Saxlanılanlar arasında milyardçı investor şahzadə Alvalid bin Talal, keçmiş kralın oğlu və Milli Qvardiyanın keçmiç rəhbəri şahzadə Miteb bin Abdullah və onun qardaşı, ər-Riyad vilayətinin keçmiş icra hakimi Turki bin Abdullahın da olduğu deyilir.


"Heç bir müqavimət yoxdur"

Frank Gardner, BBC-nin təhlükəsizlik müxbiri

Artıq Səudiyyə Ərəbistanınıda həftəsonudur və ölkə hələ də baş verən dərin dəyişiklikləri həzm etməyə çalışır.

Şahzadə və onun tərəfdarları üçün hələlik hər şey yaxşıdır. Baş prokurorun "birinci mərhələ" adlandırdığı proses bitib. Təxminən 200 Kral ailəsi üzvləri və nüfuzlu iş adamları "dindirilməyə" çağırılıb və hələlik heç bir müqavimət yoxdur. Hərbi qüvvələr vəliəhdə sadiqdir və sosial mediada heç çevriliş çağırışı yoxdur. Əslində, insanların mövqeyi tam əksinədir.

Səudiyyə Ərəbistanının əksəriyyəti gənc olan əhalisi pulu düşünmədən xərcləyən elitaların "təmizlənməsini" yaxşı qarşılayırlar. Hətta vəliəhd şahzadənin digər dinlərə qarşı daha çox tolerantlıq nümayiş etməyin lazım olduğunu bəyan edən çıxışından məyus qalan vəhhabi din xadimləri də anti-korrupsiya əməliyyatına müsbət yanaşırlar.

Lakin hər kəsin verdiyi sual hələ də cavabsızdır - bu hara gedib çatacaq, və növbədə kimdir?


Çərşənbə axşamı günü, ABŞ Səudiyyə Ərəbistanının hökümətinə istintaqı "ədalətli və şəffaf" şəkildə keçirməyə çağırıb.

Human Rights Watch təşkilatı isə səudiyyəli rəsmiləri saxlanılan şəxslərə dair qanuni əsasları açıqlamağa və saxlanılan şəxsləri onların haqqı olan qanuni hüquqlarla təmin etməyə çağırıb.

Bu həbslərdən əvvəl, bir çox din xadimi, insan hüquqları fəalları və ziyalılar da xüsusi bir izah verilmədən həbs edilib.

Bu barədə daha geniş