Rajoy Kataloniyada "separatçılıq qarmaqarışıqlığına" son qoymağa çağırıb

Мариано Рахой (слева) и кандидат от Народной партии Ксавьер Гарсия Альбиоль Fotonun müəllifi Reuters
Image caption Mariano Rajoy (solda) və Xalq Partiyasının Kataloniya üzrə namizədi Xavier Garcia Albiol

Kataloniyada Madridin birbaşa idarəçiliyi yeridiləndən sonra ilk dəfə olaraq İspaniyanın Baş naziri Mariano Rajoy bu regiona gəlib.

Onun səfərinin məqsədi regionun ayrılması əleyhinə çıxış edənləri dəstəkləməkdir.

Barselonada Baş nazir Rajoy, partiyadaşı və Kataloniya parlamentində mühafizəkar Xalq Partiyası fraksiyasının rəhbəri Xavier Garcia Albiol-un seçkiqabağı mitinqində iştirak edib.

Bundan əvvəl, Kataloniyada Carles Puigdemont-un tanınmamış müstəqillik referendumu keçirildikdən sonra, Mariano Rajoy üsyançı regionda dekabrın 21-ə yeni parlament seçkiləri təyin edib.

Bazar günü mitinqdə çıxış edən Rajoy dekabrın 21-də keçiriləcək seçkilərin Kataloniyada "separatçılıq qarmaqarışıqlığına" son qoyacağına ümid etdiyini bildirib.

Şənbə günü noyabrın 11-də isə, Barselonada Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan siyasətçilərin həbsilə bağlı çoxminli marş keçirilib.

Aksiyada 750000-dək adam iştirak edib.

Etitazçılar həbs edilən keşmiş Kataloniya rəsmilərinin siyasi məhbus adlandırıb.

Fotonun müəllifi AFP
Image caption Müstəqillik tərəfdarları Mariano Rajoy-u iblis şəklində təsvir edir

Kataloniyanın böhrandan sonra buraxılmış parlamentinin başçısı Carles Puigdemont hökümətdəki bir neçə həmkarı ilə birgə Belçikaya qaçaraq orada rəsmilərə təslim olub və bundan sonra ölkəni tərk etməmək iltizamı ilə buraxılıb.

Lakin Kataloniyanın Solçu Respublika partiyasının (ERC) lideri və hökümətin keçmiş vitse-prezidenti Oriol Junqueras həbsdə qalmaqdadır.

Kataloniyada müstəqillik tərəfdarları Mariano Rahoy-u özlərinin əsas rəqibi sayır.

İki həftə bundan əvvəl Baş nazir Mariano Rahoy Kataloniyanın Madridin birbaşa idarəçiliyinə verilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, regionun referenduma qədər olan muxtariyyəti geri alınıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş