İran-İraq sərhəddindəki zəlzələdə 348-dən çox adam həlak olub

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İran-İraq sərhədində ölümcül zəlzələ anı

İran-İraq sərhəddində baş vermiş 7,3 ballıq zəlzələ nəticəsində azı 348 adam ölüb və minlərlə insan xəsarət alıb.

Yeraltı təkanlar Azərbaycanın Naxçıvan və cənub bölgələrində də hiss olunub. Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlayıb.

Dağıntı və xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

İranda bir yardım agentliyi bildirib ki, bu il baş verən ən böyük zəlzələdən sonra 70 min nəfərin sığınacağa ehtiyacı var.

Fotonun müəllifi Reuters/TASNIM NEWS AGENCY

Həlak olanların çoxu İranın qərbi Kərmənşah vilayətindədir, rəsmilər dövlət kütləvi informasiya vasitələrinə bildirib. Burada 4000-ə yaxın insanın xəsarət aldığı deyilir.

İraqın paytaxtı Bağdadda isə azı 7 nəfərin həlak olduğu güman edilir.

Zəlzələ vahimə yaradıb, sakinlər küçələrə axışıblar.

Həlak olanların çoxu İranın Sarpol-e Zahab şəhərinin sakinləridir. Şəhərin əsas xəstəxanası da zədələnib.

İranda 8 kənddə dağıntılar var, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Morteza Salim yerli kanallara bildirib.

Fotonun müəllifi EPA
Image caption İranın Kərmanşah vilayətində Pole-Zahabda binalar zədələndiyindən sakinlər çöldə çadır qurublar

"Bəzi kəndlər elektrik enerjisiz qalıb, kommunikasiya xətləri zədələnib", o deyib.

Torpaq sürüşmələri xilasetmə işlərini çətinləşdirib, rəsmilər bildiriblər.

Image caption Bir çox Bağdad sakini də gecəni küçədə keçirib

İraqın Kürdüstan regionunda yerləşən Darbandikhan şəhərində ciddi dağıntılar var.

"Burda vəziyyət mürəkkəbdir", Kürdüstan səhiyyə naziri Rekawt Hama Rasheed Reuters-ə deyib.

Zəlzələ İraqın şimal-şərqindəki Hələbcə şəhərindən 32 kilometr cənub-qərbdə, 33,9 kilometr dərinlikdə baş verib, ABŞ Geoloji Xidmət bildirib.

Yeraltı təkanlar Türkiyədə, İsraildə, Küveytdə də hiss olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş