Iran-Iraq zəlzələsi: "Bibim, bibim oğlu, onun uşaqları ölüb"

Building damaged by earthquake in Iran Fotonun müəllifi Khosrow

Bazar günü İran-İraq sərhəddində baş vermiş 7,3 ballıq zəlzələ sərhədyanı ərazilərdə böyük dağıntılara səbəb olub.

Hadisənin şahidləri zəlzələnin nəticələri barədə BBC-ə danışıb.

Xosrov: "Bibim, bibim oğlu, onun uşaqları ölüb"

Fotonun müəllifi Khosrow
Image caption Xosrovun ailə üzvlərindən bir neçəsi ölüb

Xosrov zəlzələ nəticəsində ən ciddi zərər çəkən məntəqələrdən biri olan və İraq sərhədinə yaxın yerləşən Sərpol Zəhab yaxınlığındakı kənddə yaşayır. O, zəlzələ nəticəsində ailə üzvlərinin öldüyünü və kəndin xarabalığa çevrildiyini bildirib.

"Divarlar bacılarımın və atamın üstünə uçub. Mən onları dağıntılar altından çıxarmalı oldum".

"Anam yaralanıb. Bibim, bibim oğlu və onun uşaqları ölüb", - o deyib.

"Bütöv kənd dağılıb. Qəbirlər çat verib, cəsədlər torpaq üzünə çıxıb".

"Su yoxdur. Camaat çaydan axan sudan istifadə edir. Ərzaq yoxdur. Bizə su və isti paltar lazımdır".


Əmir: "Ölənlərin sayının artacağını düşünürəm"

Fotonun müəllifi Alireza

Əmir Sərpol Zəhabda yaşayır. Onun sözlərinə görə, şəhərin 30 faizi dağıdılıb.

"Mehrdə yaşayış binaları yerlə yeksan olub", - o deyib.

"Şəhərdə binaların 30 faizi dağılıb. İnsanların yemək və suya ehtiyacı var. Şəhərdə xilasedicilər işləyir, lakin düşünürəm ki, ölənlərin sayı arta bilər".


Mehrdad: "Kəndlər yerlə yeksan olub"

Fotonun müəllifi UGC
Image caption Zəlzələ nəticəsində evlərin çoxu dağılıb

Mehrdadın Kirmanşahdakı qohumlarının evi dağıldıqdan, onlar çadıra sığınıb.

"Kirmanşahda zəlzələnin episentrinə yaxın kəndlərə baş çəkdim, qohumlarıma ərzaq və çadır apardım", - o deyib.

"Kəndlər yoxa çıxıb . Camaata çörək və su çatmır, çadırlara ehtiyac var".


Salah: "Çamaat çöldə qalır"

Fotonun müəllifi Salah
Image caption Kirmanşahda camaat çadırlarda qalır, zəruri olan təchizata ehtiyac var.

Salah, Kirmanşah vilayətinin Səlas Babacani şəhristanının sakinidir.

"Biz zəlzələ episentrinə yaxın yerləşirik", - o deyib.

"Camaat çöldə yaşayır. Yalnız bir neçə çadır var, evlərin 50--80 faizi dağılıb".

"Dərman və ərzaq yoxdur".

BBC UGC& Social News BBC Fars Xidməti

Əlaqəli mövzular

Bu barədə daha geniş