Səudiyyə Ərəbistanında bir sıra "həbrçi saxlanılıb"

Şahzadə Məhəmməd bin Salman Fotonun müəllifi Ronald Grant
Image caption Korrupsiyaya qarşı mübarizə qurumunun rəhbəri vəliəhd Məhəmməd bin Salmandır.

Səudiyyədə davam edən korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində bir sıra yüksək rütbəli hərbçi saxlanılıb, mətbuat bildirir.

Bundan əvvəl həbsə alınmış şəxslər arasında 10 şahzadə, 4 nazir, məmur və iş adamları var, ABŞ-ın The Wall Street Journal nəşri xəbər verir.

Korrupsiyaya qarşı mübarizə qurumunun rəhbəri 32 yaşlı şahzadə vəliəhd Məhəmməd bin Salmandır.

"The Guardian" qəzetinə əsasən bahalı otellərdə saxlanan şəxslərə aktivlərinin bir qismi müqabilində azadlığa çıxmaq təklif olunur.

The Financial Times nəşri yazır ki, söhbət varidatın 70 faizinin büdcəyə köçürülməsindən gedir. Bu məlumatlar rəsmi şəkildə təsdiq olunmayıb.

Reuters agentliyi həbsdə olanlarla dövlət arasında ilk razılaşmaların əldə oldunduğunu yazır.

Şənbə günü dərc olunan xəbərdə bir biznesmenin hesabından 10 milyonlarla riyal həcmində pul köçürmələrinin qeydə alındığı bildirilir. Daha bir sabiq rəsmi isə dəyəri 4 mlrd riyala yaxın səhmlərini təhvil verməyə razılaşıb, Reuters agentliyinin təhlilində deyilir.

Ər-Riyad bu məlumatı şərh etməyib.

Həbs olunanların adları barədə məlumat verilmir. Lakin mətbuat 200-ə yaxın şəxsin həbsə alındığını və 2000 min bank hesabının dondurulduğunu xəbər verir.

Bu barədə daha geniş