Şri-Lanka: müsəlmanlarla buddistlər arasında toqquşmalar

Moped qalıqları

Şri-Lankanın cənubunda müsəlmanlarla buddistlər arasında davam edən toqquşmalar ardınca komendant saatı elan olunub.

Bölgəyə iğtişaş polisi və ordu qüvvələri yerləşdirilib.

"Vəziyyəti nəzarət altına almaq üçün ötən gecə bölgəyə əlavə polis qüvvələri, xüsusi təyinatlılar, iğtişaş polisi və hərbçilər cəlb olunub", - DİN-in açıqlamasında bildirilir.

BBC-ə danışan parlament üzvü Manuşa Nanyakkara, çoxu müsəlmanlara məxsus, 10 avtomobilin məhv edildiyini və 62 ev və kommersiya obyektinin hücuma məruz qaldığını deyib.

Qalle əyalətində müsəlman qadın və buddist kişinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ardınca yer alan zorakılıq dalğasında 4 nəfər xəsarət alıb, 19 nəfərin həbs olunduğu bildirilir.

Polis nümayəndəsinə əsasən iğtişaşı qızışdıran sosial mediada yayılan saxta xəbər və şayiələr olub.

3 il əvvəl bənzər qarşıdurmadan sonra minlərlə müsəlman bölgəni tərk etməli oldu.

Əlaqəli mövzular

Bu barədə daha geniş