Zimbabve: Mugabe xalqa müraciətində hakimiyyətdə qalacağını söyləyib

Video grab of President Mugabe reading his speech on 19 November from his official residence Fotonun müəllifi AFP
Image caption Robert Mugabe canlı yayımlanan çıxışı zamanı deyib ki, dekabrda hakim partiyanın qurultayını idarə edəcək

Hakimiyyətdən getməsinə dair çağırışlar olmasına baxmayaraq Zimbabvenin hərbi lideri Robert Mugabe bir neçə həftə ərzində hakimiyyətdə qalmağa söz verib.

Cənab Mugabe televiziyada xalqa müraciətində deyib ki, o, dekabrda hakim partiyanın qurultayını idarə edəcək.

Bundan əvvəl hakim Zanu-PF partiyası, Robert Mugabe-nin təşkilatın rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul edib. O, istefa verməyə çağrılıb , əks halda 24 saatdan az bir vaxtda impiçment ediləcəyi bildirilib.

İki həftə bundan əvvəl Mugabe-nin vəzifədən kənarlaşdırdığı 75 yaşlı keçmiş vitse-prezident Emmerson Mnangagwa Zanu-PF partiyasının yeni rəhbəri seçilib.

Fotonun müəllifi PA
Image caption Zanu-PF partiyası böyük səs çoxluğu ilə Robert Mugabe-nin partiya rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul edib

Mugabe gözləntilərə zidd hərəkət edir

Əhali Hararedə toplanıb Mugabe-nin nitqinə qulaq asıb. Mugabe-nin istefa verəcəyi gözlənib.

Bunun əvəzində o, hərbi generalların əhatəsində qeyd edib ki, "partiya [hakim Zan-PF] qurultayı bir neçə həftəyə baş tutacaq və o, qurultayı idarə edəcək".

Prezident Mugabe Zan-PF partiyası, hərbiyyə və ictimaiyyətin tənqidlərini dərk edib və Zimbabvenin normal həyata qayıtması zəruriliyini vurğulayıb.

BBC-nin Afrika redaktoru Fergal Keane güman edir ki, cənab Mugabe istefaya getməyə razılaşıb, amma sonra fikrini dəyişib.

Fotonun müəllifi Reuters
Image caption Harare sakinlərinə Mugabe-nin Zanu-PF partiyası rəhbəri vəzifəsindən kənarıaşdırılması barədə xəbərin çatdığı anlar

Pariyadan kənarlaşdırılmalar

Zimambvedə çoxları keçmiş vitse-prezident Emmerson Mnangagwa-nı 93 yaşlı Mugabe-nin siyasi varisi kimi qəbul edib və onun vəzifədən kənarlaşdırılması ölkənin hakim dairələrində narazılığın yaranmasına səbəb olub.

Manangagwa-nın vəzifədən kənarlaşdırılmasını Zimbabvedə çoxları, prezident Mugabe-nin, hakimiyyəti özündən 40 yaş cavan olan arvadı Grace Mugabe-yə təhvil vermək üçün gördüyü hazırlıq kimi yozub.

Bazar günü keçirilən Zanu-PF partiyasının toplantısında həmçinin Grace Mugabe-nin hakim partiya sıralarından xaric edilməsi barədə də qərar çıxarılıb.

Ölkənin olduqca nüfuzlu təşkilatı sayılan Müstəqillik uğrunda müharibə veteranları assosiasiyasının rəhbəri Chris Mutsvangwa Reuters agentliyinə bildirib ki, Zanu-PF partiyası həmçinin Robert Mugabe-nin dövlət başçısı vəzifəsindən də kənarlaşdırılması prosesinə başlayıb.

Bundan əvvəl, Robert Mugabe-nin yaratdığı hakim Zanu-PF partiyasında onun ən yaxın müttəfiqləri Zimbabve prezidentini istefa verməyə çağırmışdılar.

Fotonun müəllifi Reuters
Image caption Robert Mugabe və onun xanımı Grace Mugabe Zanu-PF partiyasının Gənclər Liqası ilə oktyabr ayında görüşüblər - lakin indi Gənlər Liqası Mugabe-nin əleyhinə çıxış edir.

Mugabe-yə həmişə loyal olan partiyanın Gənclər Liqası mövgeyini dəyişərək indi onun əleyhinə çıxış edir.

Ordu rəhbərləri də Mugabe ilə bazar günü görüşməyi planlaşdırır.

Dövlət televiziyasının məlumatına görə, tərəflər arasında danışıqlar Katolik kilsə vaizinin vasitəçiliyi ilə keçiriləcək.

Zimbabve 1980-ci ildə Britaniyadan müstəqillik qazandığı gündən ölkəyə Robert Mugabe rəhbərlik edir.

Şənbə günü Zimbabve paytaxtı Hararedə on minlərlə adam küçələrə çıxaraq, ordunun ölkəyə nəzarəti ələ almasını dəstəkləyib və prezident Mugabe-ni vəzifəsindən getməyə çağırıb.

Bu barədə daha geniş