"Əxlaqsız şəkildə banan yeyən" misirli müğənni saxlanılıb

Shyma appears in the video for I Have Issues Fotonun müəllifi Shyma
Image caption "Videonun belə reaksiya doğuracağını gözləmirdim", -Şimə öz Facebook səhifəsində yazıb.

Misirdə qadın müğənni musiqili videoda alt paltarında çəkildiyi və "əxlaqsız şəkildə" meyvə yediyinə görə bir həftə müddətinə saxlanılıb.

25 yaşlı Şimə (Şəimə Əhməd) Misir polisi tərəfindən "əxlaqsızlığa təhrik" maddəsi ilə şübhəli qismində şənbə günü saxlanılıb.

Buna səbəb onun "Problemlərim var" adlı musiqli videoklipdə çəkilməsi olub.

Misir cəmiyyətinin əxlaq cərçivələrini aşan həmin video cəmiyyətdə etirazla qarşılanıb.

Müğənni, videosu tamaşaçıların hisslərinə toxunduğuna görə onlardan üzr istəyib.

"Videonun belə reaksiya doğuracağını gözləmirdim", -Şimə özünün Facebook səhifəsində yazıb.

Videoda müğənni sinif otağında bir neçə gənc oğlanın əhatəsində və "Sinif#69" yazısı yazılmış məktəb lövhəsi qarşısında duraraq şəhvətli tərzdə alma, banan və çips kartof ləpələri yeyir.

Bu videoya eləcə də onun alt paltar geyinməsi kadrları əlavə olunub.

"Şimə gənclərmizə əxlaqsızlıq dərsi verir", - Yum əs-Səbə qəzeti video nümayiş olunduqdan sonra yazıb.

Müğənninin bazar ertəsi günü həbsindən sonra dövlət prokuroru Şimənin həbsdə saxlanması müddətinin bir həftəyədək uzadılmasına göstəriş verib, Yum əs-Səbə qəzeti yazıb.

Videonu çəkən rejissorun da həbs edilməsi barədə qərar çıxarılıb.

Ötən il Misir məhkəməsi üç qadın rəqqasəni əxlaqsızlığı təşviq edən musiqi videosuna çəkildiklərinə görə, hərəsinə 6 aylıq həbs cəzası kəsib.

Əlaqəli mövzular

Bu barədə daha geniş