Buckingham sarayı önündəki qarovulda ilk dəfə olaraq dənizçilər də iştirak edib

моряки у ворот Букингемского дворца Fotonun müəllifi Getty Images
Image caption Dənizçilər mərasimdə ilk dəfə olaraq iştirak edib.

Londonda Buckingham sarayı önündəki fəxri qarovulun dəyişməsi ənənəsi 357 ildir ki davam edir, lakin Kral Hərbi Dəniz Qüvvələrinin əsgərləri bu mərasimdə ilk dəfədir ki iştirak edib.

Fəxri qarovulun dəyişməsi ilə əlaqədar keçirilmiş paradda 86 dənizçi iştirak edib.

Parad iştirakçıları Kral Hərbi Dəniz Qüvvələrinin 45 gəmisini təmsil edib.

Bazar günü səhər saatlarında keçirilmiş mərasimə hərbi dənizçilər bir ay ərzində hazırlıq aparıb.

Fotonun müəllifi Getty Images
Image caption Qarovulun dəyişməsi mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilir.

Bu fəxri mərasim, bir qayda olaraq, Kral qvardiya diviziyasına daxil olan beş qvardiya alayından birisi tərəfindən həyata keçirilir.

Britaniyada 2017-ci il "hərbi dəniz qüvvələri" ili elan olunduğundan, dənizçilərə Buckingham sarayı qarşısında fəxri qarovulun dəyişməsi mərasimində iştirak etmək imkanı verilib.

Fotonun müəllifi PA
Image caption Parad iştirakçıları Kral Hərbi Dəniz Qüvvələrinin 45 gəmisini təmsil edib.
Fotonun müəllifi EPA

Hərbi dənizçilər eləcə də Londonun St James, Windsor və Tower sarayları önündə də keşik çəkəcək.

Fotonun müəllifi Getty Images
Image caption Buckingham sarayı qarşısında fəxri qarovulun dəyişməsi Londona gələn turistlərin diqqətini çəkən tamaşalarından biridir.
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Buckingham sarayı önündə fəxri qarovulun dəyişməsi mərasimində dənizçilər də ilk dəfə olaraq iştirak edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş